Yaraşıqlı, xarizmalı, ağıllı qatil - Ted Bundy

Ted Bundy 1974-1978-ci illərdə ABŞ-da 30-dan çox qadını öldürmüş silsilə cinayətlər törətmiş qatildir. Onu digər qatillərdən fərqləndirən, yaraşıqlı geyimi, təmiz görünüşü, kübar, təhsilli, mədəniyyətli olması və qadınların marağını özünə cəlb edən cazibəyə sahib olmasıdır. Ted Bundy qeyri-qanuni uşaq idi və anası bunu ondan gizlətmişdir. Anasının onun bacısı olduğunu düşünürdü.

Vaşinqton Universitetində oxuyarkən Stefan adlı qıza aşiq olan Ted özünü ona sevdirmək üçün çox çalışdı, ancaq buna nail ola bilməmişdi. Bu hadisədən sonra depressiyaya düşən Ted Bundy universiteti tərk etdi. Ardınca “bacı” dediyi şəxsin anası olduğunu öyrəndi. Bütün bu olanlar ona çox təsir etmişdi və ətrafındakı bütün qadınlara nifrət etməyə başlamışdı.
Davamı →