Teodor Ruzvelt (THEODORE ROOSEVELT)

Bəzən Teodor Ruzvelti müasir Amerikanın simvolu hesab edirlər. O, Mak-Kinli öldürüldükdən sonra Ağ Evin sahibi olmaqla ən gənc prezident kimi tarixə düşmüşdür. ABŞ-ın inkişaf edərək dünyanın qüdrətli, hegemon dövlətinə çevrilməsində misilsiz xidmətləri olub. Ruzvelt prezidentlik institutunun konstitusional imkanlarından ar­dıcıl istifadə edərək islahatlar vasitəsilə ABŞ siyasi sistemi­ni XX əsrin tələblərinə uyğun qurmuşdur.


Davamı →

Teodor Ruzvelt

6 sentyabr 1901-ci il tarixində Buffaloda panamerikan sərgisində ABŞ prezidenti Vilyam Makkinlinin (William McKinley) həyatına sui-qəsd edilmişdi. Tapança gülləsi ilə qarın nahiyəsindən yaralanan Makkinli bir neçə gündən sonra vəfat edir. ABŞ Konstitusiyasına əsasən gələn seçkilərə qədər dövlət başçısı vəzifəsini vitse-prezident həyata keçirməli idi.
Bu postu, yaxınlarda, dünyaya səs salmış ispan-amerikan müharibəsində fərqlənən polkovnik Teodor Ruzvelt (Theodore Roosevelt) tutmağa nail oldu. Ömrünün 20 ilini siyasətə, tarixə, publisistikaya, ova və hərbə (iki ay Kubadakı hərbi fəaliyyət və 10 ildən az olmayaraq hərbi təbliğat) həsr edən 43 yaşlı Ruzvelt artıq kifayət qədər siyasi təcrübə və nailiyyət əldə etmiş, hədsiz dərəcədə şöhrətpərəstlik və ondan da çox məğrurluq keyfiyyətlərinə malik idi. O, siyasətdə bilərəkdən öz seçdiyi peşə ilə – tərbiyə və baxışları ilə mənsub olduğu hakim burjuaziya sinfinin nümayəndəsi kimi çıxış etdi.
Ardı →

Çılğın Demokrat

Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədən bir — «Mən demokratam!» qışqırıb onun əsəblərinə toxunan adamdan soruşur:


Ardı →