Teymur imperatorluğu

Teymurun Mavəraənnəhri idarə etməsi. XIV əsrin sonu-XV əsrin əvvəllərində şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini  əhatə edən qüdrətli bir türk dövləti-Teymur imperatorluğu meydana gəldi. Bu dövlətin tərkibinə Mavəraənnəhr, Xorasan, Pəncab, İran, Azərbaycan və Cənubi Qafqaz torpaqları daxil idi. Teymur imperatorluğunun yaradıcısı Əmir Teymur (1370-1405) olmuşdur. O, mənşəcə Cağatay ulusunun türkləşmiş Barlas tayfasının Gürgan qoluna mənsub idi.  Hərbi işi öyrənmək üçün Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanına gedən Teymur tez bir zamanda onun hörmətini qazanmışdı.
Teymur 1356-cı ildə Əmir Qazanın Xorasan yürüşündə fərqləndiyinə görə qiymətli hədiyyələrlə mükafatlandırıldı. Əmir  Qazandan sonra hakimiyyət oğlu Hüseynə keçdi. Əmir Hüseyn düşmənləri ilə mübarizə aparmaq üçün Teymurla ittifaqa girdi.
Davamı →

Teymurilər imperiyası

Əmir Teymur 1336-cı ildə Türküstanın Kiş şəhərinin Yaşılşəhər qəsəbəsində anadan olmuşdu. Çağatayların türkləşmiş Barlas tayfasının Gürgan qolundan idi (Gürgan gözəl deməkdir). Teymur 20 yaşında Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanına hərbi işi öyrənməyə gəlir. O, hərbi yürüşlərdə Əmir Qazanın etimadını qazanır. 1356-cı ildə Xorasana hərbi yürüş zamanı Teymur düşmənin məğlub edilməsində fərqlənir, qiymətli hədiyyələrlə mükafatlanır. Əmir Qazan öləndən sonra hakimiyyətə oğlu Hüseyn gəlir və o, düşmənlərinə qarşı Teymurla ittifaqa girir. Teymur onun bacısı ilə evlənir. Teymur eyni zamanda Çağatay hakimi Toğluq Teymurun yanında xidmətə girir və Qaşqadərya vadisini idarə edir. Teymur və Toğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bundan sonra onu Teymurləng, Avropada isə Tamerlan adlandırdılar.
Davamı →