Dünyanın müəmmalı sirrlərindən biri: UNO

Bəzi teoriyalara görə yad planetlərdə həyat, çox güman ki, Yer kürəsində bəşəriyyətin yaranmasından çox-çox əvvəl olmuşdur və məhz yadplanetlilər Yer Kürəsini canlı orqanizmlə təmin etmiş, sonra isə “yeni dünyada” baş verən prosesləri və inkişafı izləməyə başlamışlar.

Eyni zamanda, müəyyən alimlər tərəfindən irəli sürülən mülahizələrə görə, yadplanetlilər bizim planeti müəyyən məqsədlərə görə izləyirlər və öyrənirlər. Bəşəriyyət tarixinin inkişafı mərhələlərində bunu təsdiq edən real faktlar var.

Qədim əsatir və miflərdə dəfələrlə göyə qalxan hansısa sirli obyektlərdən söz açılır. Alimlər tərəfindən İrlandiya, Fransa kimi ölkələrin bəzi mağaralarında (La-Plata, No, Karo Looma mağaraları kimi) divarlarda çəkilmiş diskəbənzər obyekt rəsmləri tapılıb. Buna bənzər rəsmlər İspaniyanınSantanderəyalətində yerləşən Altair mağarasında da tapılıb. Yaponiyanın Kyüsyü əyalətindəki Çin San sərdabəsində maraqlı bir freska tapılıb. Freskanın üzərində əllərini göyə qaldırıb 7 uçan diski salamlayan çar rəsmi var. Ekspertlərin fikrinə görə, bu rəsm eramızdan əvvəl 2000-ci illərə məxsusdur.


Ardı →