Tim Parks | Nobelin qüsuru nədədir?

İsveçli şair Tomas Transtörmer Nobel mükafatını qazandı. İnternetdəki bir neçə uzun şeirindən başqa Tranströmerdən heç nə oxumamışam, amma düşünürəm ki, onun qalib olması hər cəhətdən çox yaxşı seçimdir. Əvvəla Nobel jürisi baxımından. Açıqlayım.

Jürinin on səkkiz üzvü var, bunlar İsveç Akademiyası adlanan, XIX əsrin axırlarından Nobel mükafatını vermək üçün seçilmiş bir qurumun nümayəndələridir. Əvvəllər qurumun iki üzvü demişdilər ki, bu öhdəliyi öz üzərlərinə götürməkləri doğru deyil. Qurumun 1786-ci il tarixli yaranma sənədində Akademiyanın məqsədi belə ifadə olunmuşdu: “İsveç dilinin saflığını, gücünü və ucalığını dəstəkləmək.” Dünyanın hər hansı bir yerindən ən dəyərli, “idealist yönümlü” əsərləri seçmək bu məqsədlə uyuşurdumu?
Davamı →

Pulun yaxşı yazmağa təsiri varmı? | Tim Parks

Puldan danışaq. E.H.Qombriç dünya sənət tarixindən bəhs edən kitabında bir-birinə uyğun gəlməyən rəsmlər çəkən müəmmalı bir İntibah rəssamını yad edir; sənət tarixçiləri axırda həmin rəssamın gəlir-çıxarla bağlı hesablamalarını tapırlar və buna əsasən rəssamın əsərləri ilə qazancı arasında qarşılaşdırma aparanda müəmma çözülür: Rəssam aşağı əmək haqqı alanda həvəssiz işləyib, yaxşı pul alanda özünü də aşıb keçib. Son illərdə yazıçıların gəlirindəki düşüşü nəzərə alsaq (bir az kitab bazarının durğunluğundan, bir az da internetin dinamizmi ilə piratçılıqla bağlı olan müstəqil jurnalistlərin əmək haqqının və əksər romançıya verilən avanslardakı düşüş yada düşür), oxuduqlarımızın keyfiyyətində buna adekvat düşüş varmı? Aradakı bağlantı, əlaqə doğurdan bu qədər bəsitdirmi? Digər tərəfdən, hər hansı sənətkarlıq işinin iqtisadi məsələlərdən təsirlənməməsi mümkündürmü?

Mənə oxucu kütləsi daha geniş olan müxtəlif saytlara bloq yazmaq təklifi gələndə “Nyu-York Revyuda” qalmağı seçdim, bir az əski zamanlara söykənən sədaqət hissiylə, bir az da daha çox pul ödədikləri üçün. Daha az pul müqabilində daha populyar bir sayta yazmağa başlasam, daha pismi yazacaqdım? Yoxsa saytın geniş oxucu kütləsi məni izlədiyi üçün həyəcanlanıb daha yaxşı yazacaqdım? Və bu geniş oxucu kütləsi daha sonra başqa cəhətdən, tutalım, amerikalı bir naşirə kitabımı satanda mənə daha çox pul kimi geri dönəcəkmi? Fərz edək ki, populyar saytdakı bloqdan müştəri çəkmək üçün istifadə edərək kitabdan yaxşı pul qazandım, bu o deməkdir ki, növbəti kitabım daha yaxşı olacaq? Yoxsa qazancdan asılı olmadan həmişə eyni şəkildə yazıram; yəni bu maddi əməliyyatlar və bundan irəli gələn qərarlar bank hesabıma, narahatlıq səviyyəmə təsir edir, amma gördüyüm işin keyfiyyətinə təsir etmir?
Davamı →