Tanrını axtarmağı vəsiyyət edən yazıçı

Dünya ədəbiyyatına şedevr əsərlər qazandıran görkəmli rus yazıçısı Lev Nikolayeviç Tolstoy zadəgan ailənin övladı kimi 9 sentyabr 1828-ci ildə Moskvada dünyaya gəlib. 

Nə təhsil, nə də iş həyatında uğur qazana bilməyən yazıçı ilk gənclik illərində içki və qadınlara olan marağı ilə bilinib. 23 yaşında ordu sıralarına daxil olan Tolstoy ədəbiyyatla da həmin vaxt tanış olub. Onun ədəbiyyata gəlməsində Aleksandr Puşkin, İvan Turgenev, Çarlz Dikkens kimi yazıçıların böyük təsiri olub. İlk romanlarını pul və şöhrət üçün yazıb.

Sonralar varlı bir ailənin qızına aşiq olsa da bu sevgi macərası çox uzun çəkməyib. Məhşurluğuna haqqında daima xoş sözlər deyilməsinə baxmayaraq Tolstoy xoşbəxt deyildi. Qurtuluşu ailə həyatında görən yazıçı evlənmək qərarına gəlir.
Davamı →

Lev Nikolayeviç Tolstoy

Tolstoylar nəslinin bütün nümayəndələri bədəncə sağlam olublar. Öz ömrünü müharibə və ya ölüm cəzası ilə başa vuranlardan başqa qalanları çox uzun və səmərəli həyat yaşayıblar. Lev Nikolayeviç məlum olduğu kimi xəstəxanada deyil, yolda ölmüşdü. Özü də 82 yaşında, indiki ölçülərlə götürsək kifayət qədər uzun ömürdür.

Qəhvədən də, ətdən də imtina
Tolstoy sağlam həyat tərzinin təbliği ilə bağlı da xeyli işlər görmüşdü. İçmir, çəkmirdi, ömrünün ortalarında qəhvədən, yaşlı vaxtı isə ətdən imtina etmişdi. Gimnastik hərəkətlər kompleksi işləyib hazırlamışdı. Onun tərtib etdiyi gimnastik hərəkətlər dövrü üçün qabaqcıl tapıntı idi, elə müasir dövrdə də kifayət qədər yararlıdır. Başqa sözlə Tolstoy sağlamlıq məsələlərində də nümunə sayıla bilərdi.

Bütün bunlara baxmayaraq əsas sual açıq qalır – Tolstoy belə sağlam həyat tərzinə necə gəlib çıxmışdı? Adətən deyirlər ki, sadaladığımız uğurlar aramsız mənəvi axtarış və düşüncələrin məhsuludur. Prinsipcə bu, doğrudur. Sadəcə bir şeyi dəqiqləşdirmək gərək: Lev Nikolayeviç ali ruhani dəyərlərdən çox sağ qalmaq kimi elementar şeylər haqqında düşünürdü. Çünki yumşaq desək, onun sağlamlığı yerində deyildi.
Davamı →

Lev Tolstoy və Sofya Bers

  • Sevgi
Tarix ona nəsə yazanları hər zaman xatırlayır. Bir çox məşhurlar — yazıçılar, musiqiçilər, rəssamlar təkcə işləri ilə deyil, həm də həyatları ilə yadda qalıblar. Bu həyatlar arasında kədərlisi də var, faciəlisi də, xoşbəxti də. Sevgi isə yaradıcı insanların ruhundadır. Onların sevgiləri hər zaman oxunulur, izlənilir.

Onun 18 yaşı vardı, Tolstoyun isə 34. Məşhur yazıçı ideal axtarırdı. Sofya Bers isə aşiq idi, gənc idi. Onların sevgisi heç bir kitaba sığmır. Rusiya tarixində ən çox müzakirə edilən ailə həyatı bəlkə də elə Lev Nikoloyeviç Tolstoy və xanımı Sofya Andreyevnanın həyatıdır. Onlar haqqında o qədər şaiyələr gəzirdi ki...

Ailələrinin ən gizli sirləri belə müzakirə edilirdi. Həmçinin bəlkə də Sofya qədər tənqid edilən ikinci qadın da olmayıb. Onu dahi ərinə pis baxmaqda, yaxşı həyat yoldaşı olmamaqda qınayırdılar. Amma o, bütün həyatını yazıçıya həsr etmişdi. Özü yaşamaq istədiyi kimi deyil, Lev Nikolayeviçin arzu etdiyi kimi yaşamışdı.
Davamı →

Tolstoyla söhbət

Dostoyevskinin həyat yoldaşı Anna Qriqoryevnanın gündəliyindən bir parça
 
L. N. Tolstoyla söhbət 
Həyatım boyu mənə yalnız bir dəfə qraf  Lev Nikolay Tolstoyu görmək və söhbət etmək xoşbəxtliyi nəsib olub. Söhbətimiz Fyodr Mixayloviç haqqında olmuşdu və məhz buna görə mən bu görüşü xatirələrimə əlavə etməyi lazım bildim.
 
Qrafinya Sofiya Andreyevna Tolstoy ilə mən 1885-ci ildə, Peterburqa səfərlərinin birində, məndən mətbəə ilə bağlı məsləhət istəməyə gəldiyi zaman tanış olmuşdum. Qrafinya izah etdi ki, həyat yoldaşının hekayələri indiyədək Moskvada, kitabsatan Salayev tərəfindən çap olunurdu və buna görə ona kifayət qədər ciddi məbləğ ödəyirlər (əgər səhv etmirəmsə 25 min rubl).

Qrafinya tanışlarından eşidəndə ki, mən öz həyat yoldaşımın yazılarını özüm çap edirəm, qərara gəldi ki, qraf  L.N.Tolstoyun yazılarını nəşr etmək üçün o da cəhd göstərsin və kitab çapının incəliklərini öyrənmək üçün mənimlə tanış olsun. Qrafinya məndə kifayət qədər xoş təəssürat yaratdı və mən onunla tam səmimi olaraq öz “nəşriyyat sirlərimi” bölüşdüm. Çap etdiyimiz nümunələr, verdiyimiz elanlar, səhvlərə yol verməmək üçün hansı metodlardan istifadə etdiyim haqqında danışdım. Mövzu bir qədər geniş olduğundan, qrafinya görüşmək üçün bir neçə dəfə bizə gəlmiş və bir neçə dəfə də mən onun bacısı T.A.Kuzminskayagilə getməli olmuşdum.
Davamı →

Tolstoya "səyahət"

Biz yaşamaq sənəti barədə Tolstoyun “Hərb və sülh” əsərindən çox şey öyrənə bilərik. Hələ nəzərə alaq ki, Tolstoyun həyatında təkəbbür və yelbeyinlik, seksual qısqanclıq və mürəkkəb ailə münasibətləri də olub.

Roman Krznaric yazır ki, bütün bunlara baxmayaraq, bizim ustad romançıdan öyrənə biləcəyimiz çox həyat dərsləri var.

 1828-ci ildə doğulmuş və 1910-cu ildə vəfat etmiş Tolstoy öz malikanəsi və yüzlərlə təhkimlisi olan rus aristokratik ailəsindən çıxmışdı. Gənc qrafın erkən gəncliyi gur, yüngül əxlaqlı və zorakı olmuşdu.

“Mən müharibələrdə adam öldürür və ya adam öldürmək üçün onları duelə çağırırdım, — yazırdı Tolstoy, — Qumarda uduzur, kəndlilərin əməyini istismar edir, onlara cəzalar verir, avara həyatı yaşayır və adamları aldadırdım. Beləcə on il yaşamışdım”...

Lakin o, tədricən özünü onu məhv edən, avara həyat tərzindən xilas etdi, zadəgan irsinin inanclarından yaxa qurtardı və radikal, qeyri-adi dünyagörüşü əldə edərək həmsiniflərini mat qoydu. Yaxşı, bəs görəsən onun bu şəxsi səyahəti bizə də öz həyat fəlsəfəmiz barədə təkrar düşünməkdə necə kömək edə bilər?


Ardı →

Turgenev,Tolstoy,Dostoyevski

Rus romantizminin üç nəhəngi rus klassikləriTurgenevdə bir rəssam məharəti var. Onun yaradıcılığının qüdrəti, eyni zamanda, müəyyən qədər birtərəfəliliyi də bundan irəli gəlir. Gözəllikdən zövq almaq onu həyatla çox asanlıqla barışdırır. Turgenev, təbiəti insan ruhundan daha dərin və nüfuzedici nəzərlərlə müşahidə edir. O, Lev Tolstoy və Dostoyevski kimi psixoloq deyil. Amma o, insanın da kiçik bir zərrəsi olduğu bu dünyanı dərindən anlayır! Onun üslubu saf, səlis, yazı dili ahəngdar və musiqilidir! Bu həlim poeziya ilə uzun müddət təmasda olanda adama elə gəlir ki, həyat yalnız onun gözəlliklərindən zövq
almaq üçündür.

Dostoyevski bizə daha yaxın, daha doğmadır. O bizim aramızda — bu qüssəli, soyuq şimal şəhərində yaşayıb. Həyatın keşməkeşlərindən və həllolunmaz müşküllərindən, bizim də çəkdiyimiz əziyyətlərdən, əsrin bəlalarından çəkinməyib. Dostoyevski bizi, Turgenevə xas poetik ülviliklə, yaxud Lev Tolstoy tək ruhani təkəbbürü ilə yox, sadəcə, dost, tay-tuş kimi sevir. O, bütün düşüncələri və sarsıntıları ilə birgə bizimkidir. Bizimlə eyni qabdan su içsə də, lap bəlkə zəhərlənsə də, o, nəhəng və qüdrətlidir. Tolstoy «xəbis» ziyalı mühitinə həddindən artıq nifrət bəsləyir, günahkar insanların zəiflikləri onu iyrəndirir. Dostoyevski isə bəzi hallarda bizə birgə yaşadığımız, sevdiyimiz, doğma və dost saydığımız adamlardan daha yaxın olur. O, ağrını, xəstəliyi bizimlə paylaşır, təkcə xeyirdə yox, şər işdə də yanımızda dayanır. İnsanları da ki, öz zəiflikləri qədər heç nə birləşdirə bilməz. Dostoyevski ən məhrəm düşüncələrimizdən, qəlbimizin ən gizlin istəklərindən xəbərdardır. Dostoyevskini oxuyarkən onun "çoxbilmişliyi", özgənin qəlbinə nüfuzetmə bacarığı adamı hər an təəccübləndirir. Onda elə mübhəm düşüncələrə rast gəlirsən ki, həmin fikirləri nəinki ən yaxın dostuna, heç özün də özünə açıb deməzsən. Ürəyimizdəkiləri «oxuyan» belə bir insan, hər halda, yenə də bizi bağışlayır, «xeyirə üz tutun, Allaha, özünüzə inanın» — deyir. Bu isə gözəllik önündə yaranan heyranlıqdan, yabançı bir ruhaninin moizəsindən daha möhtəşəm və təsirlidir.

Ardı →