Uşaq rəsmləri nə deyir?

Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən yoxsa ananı?”) ailəsinə münasibətini öyrənməyə çalışırıq. Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqqında məlumat almaqda yardımçı olaq. Bunun üçün biz uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik.

Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə ( hansısa ailə üzvün və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamət verməməliyik. Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona olan yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək.
Davamı →

Uşaq tərbiyəsində nələrə diqqət etməli?

Son zamanlar, demək olar ki, hər gün «3 yaşlı uşaq quyuda boğuldu», «2 yaşlı uşağı elektrik cərəyanı vurdu», «6 yaşlı uşaq dənizdə boğuldu» kimi xəbərləri eşidirik. Əlbəttə, bu tip hadisələrin baş verməsinin əsas səbəblərindən biri valideynlərinin övladlarına düzgün nəzarət etməməsi, yetərincə diqqətli davaranmamasıdır. Ümumiyyətlə, bizdə uşaq tərbiyəsində, valideyn-uşaq münasibətlərində bəzi problemlər var. Biz tərbiyəli uşaq deyərkən sakit, heç nəyə qarışmayan, valideynlərindən qorxan uşaqlar başa düşürük. Halbuki, bu cür uşaqlar sonralar cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər.
Davamı →

Uşaq ağlı (İbrətamiz kiçik hekayə)

Böyük bir yük maşını kiçik bir körpünün altında ilişib qalmışdı.Polis “problemi həll etməkçün” şəhərin ən təcrübəli mühəndislərini çağırdı.Mühəndislər nə qədər ölçüb biçsələr də,yük maşınını körpünün altından çıxarmaq üçün bir qərara gəlmədilər.Bu vaxt kənardan tamaşa edən yeddi yaşlı bir uşaq onlara yaxınlaşdı və məsum bir ifadə ilə: “Bəlkə təkərlərin havasını çıxarasınız”-dedi...




Beləliklə “böyük bir problem” “kiçik bir ağılla” həll olmuşdu...


Davamı →

Uşaq gözüylə baxa bilmək

Kiçik qızın atası İspaniyanın ən ağır siyasi cəzalarının verildiyi bir həbsxanada məhkum idi. Fürsət tapdığı hər həftəsonu atasını ziyarət üçün anasıyla birlikdə həbsxabaya gedərdi. Yenə bir ziyarətə gedərkən atası üçün çəkdiyi rəsmi yanında apardı, ancaq həbsxana qaydalarına görə azadlığı xatırladan hər cür şeyin məhkumlara verilməsi qadağan idi.
Bu səbəblə kağıza çəkdiyi quş şəkilini qəbul etməmiş və oradaca cırmışdılar...
Çox kədərlənmişdi kiçik qız… Atasına söylədi bunu, o da «kədərlənmə qızım, yenə çəkərsən; bu dəfə çəkdiklərinə diqqət yetirərsən olarmı?» dedi.
Kiçik qız digər ziyarətində atasına yeni bir şəkil çəkib apardı. Bu dəfə quş yerinə bir ağac və üzərinə qara kiçik xallar çəkmişdi. Atası şəkilə baxdı və soruşdu: «Hmmm! Nə gözəl bir ağacdır bu! Üzərindəki xallar nədir? Portağaldır?
Kiçik qız atasına əyilərək, səssizcə: Hşşşşt! O xallar ağacın içində gizlənən quşların gözləridir!..


Davamı →

Dayanın...

Dostlar, bu məqaləni mən rus dilində oxumuşdum, mənə çox təsir etdi və sizlərlə bölüşmək istədim. İndi yaşadığımız cəmiyyətdə məncə ən böyük problemlərdən biridir.

“Biz tərbiyələndirdiyimiz insanlara cavabdehik” ( Ekzyüperi)

" Mən narkoman ailəsində anadan olmuşam. Deyirlər ki, insanlar yalnız 5-6 yaşlarından etibarən həyatında olan hadisələri xatırlayarlar. Bəlkə də heç kim mənə inanmaz, amma mənim uşaqlıq xatirələrim 2 yaşımdan başlayır. Məncə buna səbəb həyatımda baş verən hadisələr idi.
Mənim 2 yaşım vardı, o zaman ki, atam məni çarpayımdan götürüb 2-ci mərtəbədən həyətə atmışdı.İlk qorxunu mən o zaman hiss etmişdim,anamın qışqıraraq pillələrdən aşağı düşməsi… O zaman mənə heç nə olmamışdı, hətta bu hadisədən sonra mən atama nifrət də etmədim, sadəcə olaraq mən belə hislərə hələ hazır deyildim.
Ardı →