Umberto Eko: Ədəbiyyatın bəzi funksiyaları haqqında

Əfsanəyə görə Stalin bir gün Roma Papasından soruşubmuş ki, onun neçə diviziyası var. Bu hətta uydurma olsa belə çox yaxşı yerinə düşür. Sonrakı hadisələr göstərdi ki, ordu, əlbəttə, müəyyən şəraitdə əhəmiyyətli şeydir, amma hər şey demək deyil. Maddi olmayan dəyərlər vardır ki, tərəzidə çəkmək olmur, lakin onların istənilən halda çəkisi mövcuddur.

Davamı →

Postmodernizm, kinayə, həzz

Postmodernizm anlayışı,  əsasən, iki mənada anlaşılır: mədəniyyət və ədəbiyyatın bütün üslub və imkanlarının sinkretik qarışıqlığından ibarət müasir vəziyyəti; moderndən «sonra» deyil, onunla yanaşı meydana çıxan konseptual yanaşma, müxtəlif mərhələlərdə aktuallaşan xüsusi yaradıcılıq növü. Dəyərlərin tənasübünü qəbul edən, özünü keçmişlə tutuşduran, utopiyaya inanan modernizmdən fərqli olaraq, postmodernizmə sabit ənənə, dəyərlər tənasübü, qiymətləndirmə yaddır. Əgər ənənəvi mədəniyyət dünyanı və bu dünyada insanı əks edirdisə (modernizm – ekstremist formalarda olsa da təcridlənmiş şəxsiyyətin dünyasını), postmodernizm özü-özünü əks və ifadə edir, qapanır.  Hər şeyə şübhə edilir və eyni zamanda bu şübhəli ifadə olunur. Yaradıcılıq oyuna, dünya mətnə çevrilir. Dünya inikas edilmir, dünya-mətn yaradılır, özü də bir yox, çoxlu dünyalar.

Davamı →

Özünü ölümə necə hazırlamalı...

  • Esse

Bilmirəm, dediyim nə dərəcədə orijinal məsələdir, amma insan cəmiyyətini düşündürən ən böyük problemlərdən biri də ölümlə necə üzləşməkdir. Elə düşünülə bilər ki, bu problem ancaq inancı olmayanlar üçün çətindir (axı ölümdən sonra bizi gözləyən “heç nə” ilə necə üzləşmək olar?) amma statistika göstərir ki, bu məsələ ölümdən sonra həyatın var olduğuna ürəkdən inanan və ölümdən sonrakı həyatı özü-özlüyündə xoşagəlimli, onu tərk etməyi isə lazımsız hesab edən, ölümdən sonrakı həyatı səbirsizliklə gözləyib amma mələklərin dəstəsinə gec qoşulmaq istəyən bir çox inanclıları da narahat edir.

Bu yaxınlarda bir fikirli (Kritone adlı) şagird məndən soruşdu: “Müəllim, insan özünü ölümə necə hazırlamalıdır?” Cavab verdim ki, ölümə hazırlaşmağın yeganə yolu, bütün digər insanların sarsaq olduğuna inanmaqdır.

Davamı →

Emberto Eko: Həyatın qaydaları

Mən borsolino-papaqları ilə məşhur olan Alessandroda anadan olmuşam. İtaliya intelektuallar ölkəsidir kimi düşünmək lazım deyil. Mikelancelonun və ya Rafaelin əslən İtaliyadan olması hələ heçnə demək deyil.
Hər bir avropalı küçəyə çıxarkən orta əsr kilsələrini görür, ona görə də onlara orta əsrlər maraqlı deyil. İndianapolis — bu başqa məsələdir. Ən maraqlı məktubları belə yerlərdən alıram.

Başqa insanları qulaqlarından tutub kokos yeməkdən ayıra bilmədiyiniz kimi, məni də qulaqlarımdan tutub orta əsrlərdən ayıra bilməzsiniz.

Düşünürəm ki, əgər orta əsrlərdə yaşamış olsaydım çoxdan ölmüşdüm. Atam mühasib idi, onun atası isə tipoqrof idi. Atam ailədə 13 uşaqdan ən böyüyü idi, mən isə atamın ilk oğlu idim. Mənim də ilk övladım oğlan idi və analoji olaraq oğlumun da ilk övladı oğlan idi. Bunu nəyə gətirirəm? Əgər məlum olsa ki, Eko ailəsi Bizans imperiyasının törəmələridir, onda belə çıxır ki, mənim nəvəm dofindir (dofin- kral ailəsinin varisi).
Davamı →

Babil söhbəti | Umberto Eko

Dəclə və Fərat arasında, asma bağların kölgəsində, min ildən bir az artıq!

Uruk:
Bu mixi yazım xoşuna gəlirmi? Mənim bu kölə-çap sistemim saat onda bütün Hammurapi kodeksini bitirdi.

Nimvrod:
— Səninki hansındadı ki? Cənnət Vadisindən Apple Nominatordu?

Uruk:
— Sən dəli olmusan? Onları daha, hətta, Tirdəki kölə bazarında tapa bilməzsən. Yox, mənimki Misir kölə-mirzəsi. — Toth 3 Magis-Dos.
— Çox az, gündə bir ovuc duyu sərf eləyir, həm də heroqliflə yaza bilir.

Nimvrod:
— Amma yaddaşında heç nə qalmır ki.


Ardı →

Terror, yalan və onların televiziya effekti

  • Esse
Terror kütləvi informasiya vasitələri (KİV) dövrünün fenomenidir. Əgər KİV olmasaydı, onda yeni xəbər yaratmaq üçün nəzərdə tutulmuş hadisələr də baş verməzdi. Terrorizmin mahiyyəti, siyasi məqsədlərə çatmaq üçün terrorun yayılmasından ibarətdir.

Terrorizmi aşağıdakı üçbucaq yaradır: terrorçu, onun qurbanı (bu üçbucağın ən mühüm tərkib hissəsidir) və terrorçunun qorxu yaradaraq özünə tabe etməyə çalışdığı kütlə. İstifadə olunan metodlar və ideologiya dəyişə bilər, bu sadəcə fundamental strategiyanın detallarıdır. Məqsəd hər cür zorakı yollardan istifadə edərək, qorxu yaratmaq və qarşıya qoyulan məqsədə çatmaqdan ibarətdir.

Terrorizm hər zaman rasionaldır, çünki terroru hərtərəfli gəlir-xərc hesablamaları apardıqdan sonra tətbiq edirlər. Məgər kütləvi, ya da tək bir qətl törədərək cəmiyyətə mesaj vermək, sadəlöv düşüncənin məhsulu ola bilərmi?
Davamı →

Umberto Econun nəvəsinə məktubu

Mənim əziz nəvəm!

İstəməzdim ki, bu milad məktubu De Amicis sayağı səslənsin və bizim kimilərə, vətənə, dünyaya və bu qəbildən olan digər şeylərə sevgi bəsləməyi təbliğ etsin. Əks təqdirdə mənə qulaq asmazdın və bu tövsiyəmə əməl edərkən (sən yeniyetmə, mən isə tarix olanda) dəyərlər sistemi elə dəyişə bilər ki, mənim məsləhətlərim artıq vaxtı keçmiş sayılar.

Beləliklə, iPad-i istifadə edərkən (iPad-dən istifadə etməməyi sənə rəva bilməməkdə məqsədim özümü çox danışan baba olmaqdan sığortalamaq deyil; Sadəcə özüm də onu çox istifadə etdiyimdən bu məsələyə toxunmuram) belə əməl edə biləcəyin bir məsləhətin üzərində dayanmaq istəyirəm. Sənə maksimum bu məsləhəti verə bilərəm: əgər təsədüfən iPad-ində iki insan övladı arasındakı və yaxud bir insan övladı ilə bir heyvan arasındakı əlaqəni göstərən yüzlərlə porno saytlardan birinə daxil olsan, çalış, seksin yalnız bundan ibarət olduğuna inanmayasan.

Bundan əlavə kifayət qədər monoton olan bu səhnəciklər, sənin çölə çıxıb həqiqi qızları görməmən üçün təşkil olunub. Əvvəlcədən deyim ki, bu məsləhətimi sənin heteroseksual olduğunu düşünərək dilə gətirirəm, yox belə deyilsə, mənim tövsiyyəmi öz mühitinə uyğunlaşdır: diqqətini məktəbdəki və yaxud oynadığın yerdəki qızlara yönəlt, çünki həqiqi qızlar TV-də gördüyün qızlardan daha yaxşıdırlar və bir gün internetdəki qızlardan daha çox həqiqi qızlardan məmnun qalacağının şahidi olacaqsan. Səndən daha təcrübəli birinin sözlərinə inan (əgər mən ancaq kompyuterdə seksə baxsaydım, sənin atan doğulmazdı, sən də kim bilir harda olacaq, hətta bəlkə heç olmayacaqdın).
Ardı →

Umberto Ekonun həyatdan öyrəndikləri

Mutaliə etdiyin istənilən kitabın səni digərini oxumaga təhrik etdiyindən əminəm.Borsalino şlyapalarıyla (Borsalino, XIX əsrin ortalarından şlyapa istehsalıya məşğul olan italyan firması – red.) məşhur olan İskəndəriyyədə anadan olmuşam.

İtaliyanı əbəs yerə intellektuallar ölkəsi sayırsınız. Rafaellə (Rafael Santi, dahi italyan rəssamı, qrafiki və memarı – red.) Mikelancelonun (Mikelancelo Buonarotti, dahi italyan heykəltəraşı, rəssam, memar, şair, mütəfəkkir – red.) buralı olması faktının əslində heç bir əhəmiyyəti yoxdur.

Küçəyə çıxan hər bir avropalı orta əsrlərdən qalma kilsələrlə rastlaşır, həmin dönəm ona niyə maraqlı olsun ki? İndianapolis (İndianapolis, ABŞ-ın Orta Qərbində şəhər, İndiana ştatının paytaxtı – red.) – bax bu başqa məsələ.  

Boynuma ip salsanız belə, məni orta əsrlərdən üzü bu tərəfə sürüyə bilməzsiniz. Necə ki, çoxlarını kokos ağaclarının kölgəsindən qopara bilməzsiniz.

Atam mühasib idi, babamsa mətbəəçi. Atam on üç uşağın ən böyüyü idi, mənsə onun ilk övladıyam. Mənim də birinci uşağım oğlan olub. Oğlumun oğlu da bu sıralamanı pozmayıb. Bu zəncirdən niyə söhbət açdım ki? Eko nəsil şəcərəsinin Bizans imperatorluğuna söykəndiyini söyləsələr, yəqin nəvəm də dofin (kral taxt-tacının varisi – red.) sayılacaq.

Atam cavanlıqda yaman kitab həvəskarıydı. Amma özündən savayı on iki bacı-qardaşı vardı, ailə güclə dolanırdı və atam kitab kimi dəbdəbəyə sahiblənə bilməzdi. Beləcə, küçə köşklərində mütaliə edərdi.


Ardı →

"O" | Umberto Eko

— Işinizdə nə irəliləyiş var, Professor? — General hövsələsini zorla basıb soruşdu.
— İrəliləyiş? – Professor verilən sualı təkrarladı. O, cavab verməyə tələsmirdi.
— Beş ildi burda — aşağıda işləyirsiz və bu günəcən bir dəfə də olsun sizi narahat eləyən olmayıb. Biz sizə etibar edirik, amma quru sözlərə nə qədər inanmaq olar. Ortaya konkret iş qoymağın vaxtı çatıb.
Generalın səsində təhdid hiss olunurdu və Ka yorğun-arğın əlini yelləyərək gülümsündü.
— Quşu gözündən vurdunuz, General. Mən bir az da gözləməyi düşünürdüm, amma siz məni qızışdırdınız. Mən işi başa çatdırmışam, O artıq hazırdır, — Professor pıçıltıya keçdi, Günəşə and olsun ki, Onu dünyaya nümayiş etdirməyin vaxtı çatıb.
O əlinin işarəsiylə Generalı mağara dəvət etdi. Ka qonağı mağarın ən dərin yerinə apardı. Divarın dar dəliyindən içəri xəfif işıq düşürdü. O, düz, hamar çıxıntı üzərinə qoyulmuşdu.


Ardı →