Damansk: Sovet-Çin qarşıdurması

Ötən əsrin 60-cı illərinin axırlarında Uzaq Şərqdəki SSRİ-Çin sərhədində baş vermiş münaqişə, daha doğrusu, Damansk adası uğrunda silahlı toqquşma barədə bu günkü Azərbaycan oxucusu nə bilir? Sovetlərin həmin döyüşdə tətbiq etdiyi «bütün canlıları külə döndərən» silah nə idi?

Münaqişənin səbəbi


Tarixçilər Damansk münaqişəsinin kökünü 1860-cı ildə imzalanmış Pekin müqaviləsi ilə əlaqələndirirlər. Həmin müqaviləyə görə, Rusiya ilə Çin arasında sərhəd Amur və Ussuri çaylarının sahili üzrə müəyyən edilmişdi. Onda nə çaylar özü, nə də oradakı adaların kimə məxsusuluğu dəqiqləşdirilmişdi. Lakin ötən əsrin 50-ci illərində, xüsusən İ.Stalinin ölümündən sonra sovet rəhbərliyinin apardığı yeni siyasətlə razılaşmayan Çin rəhbərliyi sərhədləri dəqiqləşdirmək qərarına gəlir. Daha doğrusu, Çin Ussuri çayındakı Damansk adasının bu ölkəyə məxsus olduğunu iddia etməyə başlayır.
Davamı →