Sehrli uşaqlıq

Mədəni, etnik, dini, irqi fərqlərindən, iqtisadi vəziyyətlərindən asılı olmayaraq uşaqlar həmişə əylənməyin yolunu tapırlar. Onların geniş xəyal dünyaları və sehrli uşaqlıq anları bu 33 fotoda öz əksini tapıb.

Qərb ölkələrində valideynlər uşaqlarının texnologiyadan asılı qaldıqlarını, təbiətdə yetəri qədər vaxt keçirmədiklərindən narahatlıq keçirirlər. Ola bilər ki, texnologiya onların intellektual cəhətdən inkişafına kömək edir, amma palçıqda eşələnməyi, qumdan qalalar düzəltməyi də unutmamalıyıq.

Ardı →

Uşaqların qidalanmasında vacib olan 10 qida

Balanslı qidalanma ilə uşaqlarınızın sağlamlığını qoruya bilərsiniz.

Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Bir çox ləzzətli yeməklər və qidalar uşaqların aktiv yaşam tərzini təmin etməyə kömək edir.

Uşaqların qidalanmasında önəmli yer tutan 10 vacib qida:

Şirin kartof

Gül kələmi- (Gül kələmi — Bu bitki C vitamini bazasıdır. Bir stəkan süddən daha çox kalsiuma malikdir. Ürək xəstəliklərinin qarşısını alır, xərçənglə mübarizədə, immunitetin güclənməsinə kömək edir)

Buğdalı qidalar
Pendir
Qatıq
Balıq,
Qaragilə
Süd
Yumurta
Mal əti


Davamı →

Uşaqların qaranlıqdan qorxma səbəbləri

Əgər uşaq qaranlıq qorxusundan qurtula bilmirsə, mütləq psixoloqa müraciət edilməli və problem aradan qaldırılmalıdır

Nədənsə, uşaqlar qaranlıqdan daha çox qorxurlar. Bəzən onlara elə gəlir ki, anaları yanında olmasa, heç nə edə bilməzlər.
Bu vəziyyəti aradan qaldırmaq yollarından biri, uşaqların erkən yaşlarında yataq otaqlarını ayırmaq və yuxu saatlarını müəyyənləşdirməkdir. Bu saat sabit olmalıdır, yəni dəyişməməlidir. 2-6 yaşlı uşaqlar üçün yuxu saatı 20.00-21.30, 7-12 yaşlı uşaqlar üçün 20.00-21.30, 15-18 yaşlı uşaqlar üçün isə saat 23.00 olmalıdır.

Həmçinin uşaq saat neçədə yatacağını bilməlidir. Qaranlıq olmasın deyə, uşaq yuxuya gedənə qədər gecə lampasından istifadə etmək olar. Dəhlizin işığı içəri düşürsə, yataq otağı dəyişdirilməli, yaxud qalın pərdə, günəşliklə işığın qarşısı alınmalıdır. Uşağın yatdığı otağın qapısı şüşəlidirsə, mümkün qədər bu şüşələr işığı keçirməyəcək şəkildə olmalıdır. Bütün bunlarla yanaşı, valideyn uşağın nədən narahat olduğunu bilməli və səbəbini aradan qaldırmalıdır.

Qaranlıq qorxusu uşağın yanında qanqaralığı salmaqdan, ailədaxili münaqişələrdən, dəcəllik edəndə onları ağlasığmaz şəkildə qorxutmaqdan, qorxulu şeylər danışmaqdan da irəli gəlir. Əgər uşaq qaranlıq qorxusundan qurtula bilmirsə, mütləq psixoloqa müraciət edilməli və problem aradan qaldırılmalıdır.


Davamı →

Enurez

Uşaq psixikasını ən önəmli hissəsi hər yaş dövründə bu yaşa uyğun davranışların düzgün mənimsənilmiş olmasıdır. Bunların içərisində ən önəmli hesab etdiyimiz davranışlardan biri uşaqların tualet vərdişidir. Körpəsi olan hər bir ana uşağının tualetə getmə isdəyini bildirməsini, sidiyini muəyyən müddət tuta bilmələrini,gecələr yatağını islatmamalarını arzulayır və buna olduqca boyük səy göstərir. Tez və ya gec, çox asan və ya çətin də olsa bütün uşaqlar bu vərdişə zamanla öyrəşir. Lakin elə hallar da olur ki, uşaqlar bütün bu vərdişləri öyrənsələr də, düzgün və vaxdinda isdəklərini ifadə edə bilsələr də, günün müəyyən vaxdi, xüsusən də gecələr yataqlarını isladırlar.
Davamı →

Uşaqların torpaq yeməsinin səbəbi

Bəzən uşaqları həyətə gəzməyə çıxardığımız zaman onların torpağı yerdən ovuclayaraq yediklərinin şahidi oluruq, bəs bunun səbəbi nədir görəsən?
ABŞ-ın kaliforniya Universitetinin tədqiqatlarına görə uşaqların torpaq yeməsinin əsas səbəbi uşaqlarda qan azlığının olmasıdır. Mütəxəssislər uşaqlarda qan azlığına əsas səbəb kimi dəmir çatışmamazlığını göstərirlər. Dəmir çatışmamazlığına səbəb isə normal qidalanmanın olmamasıdır. Uşaqlarda inkişaf zamanı dəmirə olan təlabat artır və bu təlabatı tərkibində dəmir olan qidalarla ödəmək mümkündür. Qanazlığının digər əlamətləri isə aşağıdakılardır:

* halsızlıq,
* iştahsızlıq,
* rəngin solması,
* yorğunluq,
* iməkləmə və yeriməkdə gecikmə

Qanazlığının qarşısını almanın əsas yollarından biri körpənin ilk 6 ay ana südü ilə qidalanmasıdır. Müəyyən yaşdan sonra isə uşağa tərkibində dəmir olan ət, süd, yumurta, balıq, əncir və ərik qurusu, fındıq və qoz kimi qida məhsulları vermək lazımdır.

 


Davamı →

Uşaqlarda xarakterin meydana gəlməsi və formalaşması

Davranış tipləri, xarakterin meydana gəlməsinə necə təsir edir? Bu sual istər psixologiya sahəsində fəaliyyət göstərən həkimləri, istərsə də günümüzdə adi insanlardan vəzifəli şəxslərə kimi hamımızı düşündürməlidir. Çünki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam bir mühitdə yetişməsi üçün hər birimiz öz əməyimizi əsirgəməməliyik. Bu baxımdan uşaqların xarakterli olması prosesində cəmiyyətin təsiri ilə bərabər ailə də əhəmiyyətli bir faktor hesab olunur.

K.i.v də bu mövzu ilə əlaqədar yayımlanan məlumatların birində deyilir ki, uşaqlar özlərinə məxsus şəxsiyyət xüsusiyyətləriylə dünyaya gəlirlər. Hər uşaq fərqli xüsusiyyətlər daşıyır. Məlumatda xarakterin bir şəxsiyyət quruluşu olması və bu quruluşun ümumi xətlərlə daha doğulmadan təyin olunmuş olduğu bildirilir. Bundan əlavə qeyd olunur ki, sahib olunan bir çox xüsusiyyət kimi şəxsiyyət xüsusiyyətləri də genlər yolu ilə müəyyən edilir. Uşaqlar bu dövrdə öz davranışlarını və bu davranışlara cavab verən reaksiyaları qiymətləndirərək, şəxsiyyətin meydana gəlməsində əhəmiyyətli addımlar atmağa başlayırlar.
Ardı →

Evlərdə uşaqlar üçün yaradılmış həbsxanalar

Uşaqların kompüter və televizor qarşısında keçirdikləri vaxtı tarazlaşdırmaq valideynlərin vacib vəzifələrindən biridir. Kompüter və televizora gün ərzində 1-2 saatdan çox vaxt ayırmaq olmaz.

Kompüter və televizor asılılığı
Xüsusilə, uşaqlar tətil zamanı kompüter və televizorların qarşısından qalxmırlar. Ancaq bu vəziyyət uşaqların inkişafına mənfi təsir edir. Həddindən artıq televizora baxmaq, uşaqlarda sosial inkişaf geriliyindən piylənməyə qədər müxtəlif pis nəticələr doğura bilir.
2 yaşdan kiçik uşaqların isə televizora baxmaqları çox ziyandır.

Televizorun uşaqlara təsiri
Körpəlik dövrü 0-2 yaş arasıdır. Bu müddətdə televizora baxan körpələrin inkişafında gerilik müşahidə edilir. Uşaqlar yaşıdları və böyüklər ilə ünsiyyət qurmağa həddindən artıq ehtiyac duyurlar. Televiziyada uşaqlara uyğun olmayan proqramlar, onların qorxmasına və zorakılığa meylli olmasına səbəb olur. Valideynlər uşaqların kompüter və televizor arxasında keçirdikləri vaxta nəzarət etməlidirlər. Bunun üçün sərhədlər, limitlər qoymalı və nəzarət etməlidirlər.


Ardı →

Yeni nəsli anlamağın 10 yolu


Nəsillər arasında intriqa mövzusundakı dialoqlar dünya var olduğu müddətcə davam edəcək. Hər dəfə də ana-ata olan nəsil uşaqlar olan nəsli anlamaq üçün fərqli üsullara baş vuracaqlar. Həmin vaxt uşaqlar “valideynlərim məni anlamır” deyə öz aralarında danışacaqlar. Ana-ata olan nəsil öz valideynlərinin onları anlamadığını, ancaq onların uşaqlarını anladığını iddia edəcək. Həllini tapmayan bu vəziyyətə “nəsillərin toqquşması” deyiləcək.

2000-ci illərin əvvəlində doğulan və indi məktəbdə oxuyan dövrə “Z nəsli” adı verilir. Bu nəsil xəyalpərəst və pessimist X nəsli ana-atalarından, optimist X nəsli olan bacı-qardaşlarından fərqlənir.

“Nəsillərarası toqquşma”nın  yaşanmaması, yeni nəsli anlamaq üçün 10 asan yol:

1. Realist olduqlarını unutmayın!
Z nəslinin ən əsas xüsusiyyəti realist olmağıdır. Ətrafda baş verənləri çox yaxşı müşahidə edirlər. Yeri gələndə realist olduqlarını göstərirlər.


Ardı →

Uşaqlarda hıçqırıq

Hıçqırıq nədir?
Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alınmasına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu hissə bağlanar və buradan keçən hava ani olaraq kəsilər. Bu vəziyyət hıçqırığın çıxardığı səsin səbəbidir.

Hıçqırıq Səbəbləri
Səbəbləri çox müxtəlifdir. Bununla birlikdə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən çox rast gəlinilən səbəblərdir. Həm də bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də görülə bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda həkimə müracitə etmək lazımdır.
Ardı →

Uşaqların intellektual səviyyəsini artıran qidalar

İntellektuallar dedikdə öz yazı və danışıq qabiliyyəti ilə fərqlənən, məsğul olduqları kompitentlik sahəsindən kənara çıxan, ictimai və digər vacib sahələrdə özlərini sübut edən şəxslər başa düşülür. Onların uğuru yaşadıqları cəmiyyətin göstəricilərinə əsaslanaraq özünü təsdiqləndirmək qabiliyyəti ilə bağlı olur.

Uşaqlar bizim gələcəyimiz olduğundan onların intellektual, hərtərəfli ekspert formada inkişafı, milli-mənəvi dəyərlərə malik bir şəxs kimi formalaşması, vətəninə, elinə, obasına, torpağına bağlılığı və sədaqəti, vətənpərvər olması hamımızın arzusudur. 

Bu arzuya çatmaq üçün isə onlardan sadəcə sağlamlıqlarına və təhsillərinə ciddi fikir vermək tələb olunur. Sağlamlığın, təhsilin və intellekt səviyyəsinin yüksək olması üçün onlar sağlam mühitdə yaşamalı, sağlam həyat tərzində düzgün qidalanmalıdırlar. Müxtəlif mənbələrdə olan məlumatlara görə tərkibində vitaminlər, minerallar, karbohidratlar və s. orqanizim üçün faydalı olan qidalar beyinin normal fəaliyyətinə və intellekt səviyyəsinə müsbət təsir edir.

Appetite jurnalının araşdırmalarına əsasən saqqız yaddaşı möhkəmləndirir. Beyinə gedən qanı artırır. Ağız və diş sağlığı üçün əvəzolunmaz vasitədir. Həkimlər də uşağın intellektual inkişafına müsbət təsir göstərən 10 məhsulun adlarını açıqlayıbalr. Bu məhsullara qızılbalıq, yumurta, yerfındığı, kəpəkli taxıl məhsulları, yulaf, giləmeyvələr, paxlalılar, müxtəlif rənglərdə olan tərəvəzlər, süd və qatıq aid ediblər.


Ardı →