Dənizlər kraliçası , kanallar və körpülər şəhəri

Ömrümdə məndən bu qədər üzr və yol istəyən olmamışdı. Bu şəhərdə addımbaşı kiməsə yol vermək üçün kənara çəkilməli olursan. Yollar dar, turist çox… 118 adadan ibarət Vensiyadayıq…
İtaliyanın şimal-şərqində olan Venesiya mənim üçün dünyanın ən gözəl şəhərlərindəndir. Adına “Dənizlər kraliçası”, kanallar, körpülər şəhəri də deyilir. 170 kanalı, 400-ə yaxın körpüsü var. Venesiya o qədər gözəl, arzulanan şəhərdir ki, buraya gələ bildiyim üçün özümü həm şanslı, həm də nağıl qəhrəmanı kimi hiss edirdim. Yayı həm çox isti keçir, həm də turistlərlə dolub-daşır. Gözün qalır möhtəşəm saraylarda, binalarda bir də ayılırsan ki, kiminsə ayağını əzmisən. Deyirlər, şəhərdə 200-dən çox tarixi saray var.

Davamı →

Avropanın ən gözəl 10 şəhəri

  • Turizm

Avropa zəngin tarixi, qədim mədəniyyəti, nəfəs kəsən təbiəti və əyləncəli atraksionları ilə məşhur olan möhtəşəm bir qitədir. Avropalı sənətkarların əsərləri ilə bəzədilmiş paytaxtları, tarixi orta əsrə dayanan memari üsluba sahib tikililərə ev sahibliyi edən heyrətamiz küçələri ilə başdan çıxaran bir qitədir. Dünyanın ən kiçik ikinci qitəsi olsada ən çox turist axını olan qitədir.Gəzməli, görməli çox möhtəşəm yerləri özündə ehtiva edən Avropa ziyarəti hər zaman çox maraqlı və əyləncəli olur. Sizə Avropa səyahətiniz zamanı gəzməli olduğunuz 10 ən gözəl şəhəri təqdim edirəm.

1. Venesiya

Venesiya
Ardı →

Fotolarda İtaliyanın gözəllikləri

Leonardo Da Vinçi və Dantenin, Kolizey və Pizan qalasının, makaron və pizzanın vətəni olan möhtəşəm İtaliya bu gün də gözəl dağ və dəniz peyzajları, orta əsr şəhərlərinin qeyri-adi memarlığı və hər yerdə hiss olunan qədim mədəniyyəti ilə bütün dünyadan tuirstləri cəlb edir. İntibah dövrü mədəniyyətinin izləri burada memarlıqdan, rəssamlıq və musiqidən tutmuş hər şeydə görünür. «Əbədi şəhər» Roma – öz meydanları və fontanları, qədim abidələri və Vatikan muzeyləri ilə ürəyinizi fəth edəcək. Renessansın beşiyi olan Florensiya heç də Romadan geri qalmır. Burada demək olar ki, hər bir ev incəsənət abidəsidir. Sevgililərin arzusu və karnavallar vətəni olan Venesiya şəhəri 122 adaya bölünən, çoxsaylı kanallarla hərəkət edən qondolalarla bütün turistləri cəlb edir. 

Neapolda siz şən mahnılarla və dağılmış Pompeylə, portağal meşəcikləri və boz Vezuvi ilə, Milan isə mövsümün ən dəbli geyimləri ilə tanış olacaqsınız. İtaliya, həmçinin, gözəl çimərlikləri ilə də fərqlənir. Burada aktiv istirahət etmək üçün hər cür şərait var. Bütün dünyadan turistlər bura xizək sürmək, dəniz dibi və kanyonları tədqiq etmək, çaylarla səyahət etmək və Avropanın «çəkmə»si üzərindən uçmaq üçün gəlirlər. Italiya sizi biganə qoymayacaq. O sizin ürəyinizi fəth edəcək, sizi valeh edəcək. Siz Sofi Lorenin vətənini tərk edəcəyiniz günün gəlməsinə heyfslənəcəksiniz. Amma, ruhdan düşməyin, məşhur Trevi fontanına qəpik atın və siz mütləq bura bir daha qayıdacaqsınız. Məhz onda Çao — «sağol», Çao İtaliya salamlaşmasına çevriləcək!

İtaliyaya səyahət etməyin bir çox vacib səbəbi var: tərtəmiz dəniz, ən yaxşı çimərliklər, valehedici mənzərələr, saysız-hesabsız qədimi muzeylər.
Heç vaxt İtaliyada olmayanlara klassik marşrutla hərəkət etməyi məsləhət görərdim: Roma, Venesiya, Florensiya, Neapol, Rimini və San-Marino Respublikası, Piza, Paduya hərdən onlara Verona da əlavə olunur. Sonradan qayıdıb qayıtmayacağınızı müəyyənləşdirməkdən ötrü ölkənin ən məşhur şəhərlərini mütləq ziyarət etmək lazımdır (amma qayıtmaq istəməyəcəyinizə heç bir şübhə yoxdur). Əsl cənnət isə İtaliyanın cənubudur. Onu tələsmədən, həzzi mümkün qədər uzadaraq öyrənmək lazımdır.


Təbii ki, İtaliya haqqında söhbətə Romadan (Rome) başlamaq lazımdır. Tibr sahilində gəzişmək, yarıdağılmış kolizeyi seyr etmək, imperator saraylarının dağıntıları arasında və ya İspaniya meydanının pilləkənlərində dincəlmək inanılmaz təəssüratlar bağışlayır. Bütün bunları etdikdən sonra isə ürəyinizdə niyyət tutub, Trevi fəvvarəsinə dəmir pul atmağı unutmayın. Deyilənlərə görə, bununla bütün arzular çin olur. İtaliyanın bütün şəhərləri, istisna olmadan öz gözəlliyi və cazibədarlığı ilə seçilir. 


Ardı →

Venesiya

  • Turizm
Venesiya İtaliyanın şimalında bir- birilə 150 kanalla əlaqələndirilmiş 118 adada yerləşir. Onu Adriatik dənizinin şahzadəsi, kanal və saraylar şəhəri də adlandırırlar. Əsası V əsrin ortalarında qoyulub. Buranı idarə edən ilk hökumət 12 nəfərdən (hər kənddən bir nəfər) ibarət olsa da, iki əsr sonra bu iş yalnız bir nəfərə-doja həvalə olundu. Bir müddət şərq və qərbin sərhəddində yerləşdiyinə görə ticarət mərkəzi rolunu da oynayıb. Bu şəhərdə heç zaman tikinti işləri aparılmadığından orta əsrlərdəki görünüşünü olduğu kimi saxlayıb. Burada 400 körpü var. Onlar kifayət qədər hündür olduqları üçün hətta daşqın zamanı qayıqların hərəkətinə maneçilik törətmir. Şəhərdə gediş-gəliş yalnız kanallar vasitəsilə həyata keçirilir, sahildəkiləri narahat etməmək məqsədilə hərəkət sürətinə məhdudiyyət qoyulub. Hal- hazırda Venesiya demək olar ki, turistlər üçün tamaşa şəhərinə çevrilib. Buraya dünyanın hər bir nöqtəsindən insanlar axışır. Ona görə də çox bahalı şəhər sayılır.
Ardı →