Verner Heyzenberq

Verner Karl HeyzenberqVerner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir.

Həyatı
Verner Heyzenberq 1901-ci ildə Vürzburqda Bizans tarixi professoru Avqust Heyzenberqin ailəsində anadan olmuşdur. Fizikanı Münhendə Zommerfildin rəhbərliyi altında öyrənmişdir. Universiteti cəmi üç ilə bitirmişdir. «Maye axınlarının stabilliyi və turbulentliyi“ mövzüsunda dissertasiya müdafiə edir. 1924-cü ildə Göttingendə Maks Bornun assistenti işləyir. Bir müddət isə Kopenhagendə Nils Borun yanında çalışır. Növbəti illərdə Maks Born və Paskual Yordanla birlikdə kvant mexanikasının ilk variantı olan matriks mexanikasının əsasını qoyur. 1927-ci ildə cəmi 26 yaşında Leypçiq universitetinin professoru təyin olunur. 1932-ci ildə isə fizika üzrə Nobel mükafatına layiq görülür. 1942-45-ci illərdə Kayzer Vilhelm adına fizika institutuna rəhbərlik edir və Berlin universitetində dərs deyir. Məhz Berlində ikən 3-cü Reyxin Silahlı Qüvvəlır İdarəsinin uran layihəsində iştirak edir. 1945-46-ci illərdə İngiltərədə saxlanıldıqdan sonra Almaniyaya qayıdır və Münhendə Maks Plank adına fizika institutunun direktoru təyin edilir.

Dahi fizik 1936-cı ildə Elizabet Şumaxerlə evlənir və yeddi övlad atası olur. Oğullarından biri- Martin Heyzenberq genetika professoru olur.


Ardı →

Verner Heyzenberq və atom bombası

Tarixdə onun haqqında çox az danışılıb və onun adı yalnız müəyyən dairələrdə tanınır. Halbuki, bir vaxtlar o, bir sıra elmi kəşflərinə görə gənc yaşlarında Nobel mükafatı almışdı. Ötən əsrin 30-cu illərinin sonunda Hitler Almaniyasında fizik Verner Heyzenberqin adı gələndə hamı ayağa qalxırdı. O, məşhur fizik, atom bombasının müəlliflərindən biri olan Nils Borun ən sevimli tələbələrindən idi.
Onlar hər ikisi о dövr üçün mühüm hesab edilən atom bombası üzərində işləyirdilər. Lakin Heyzenberq və Bo­run yolları ayrılmışdı. Bor faşist Almaniyasına xidmət etmək istəmirdi və buna görə də, Danimarkaya köçmüşdü. Heyzenberq isə bütün həyatını Almaniyanın gələcəyinə həsr etməyi qərara almışdı. O, Hitlerin yüksək inkişaf etmiş sivilizasiya quracağına əmin idi və hesab edirdi ki, fürerin axıtdığı qanlar da elə bu müqəddəs vəzifəyə xidmət edir. Lakin Heyzenberqin almanlara xidmət etməsi heç də birdən-birə başa gəlməmişdi.
Heyzenberq nə üçünsə nasistlərin qara siyahısında idi. Nasistlər hakimiyyətə gəldikdən sonra, ilk növbədə, elmi müəssisələrdən yəhudiləri qovmağa başladılar.
Ardı →