"Edama Məhkumun Son Günü" kitabından sitatlar | Viktor Hüqo kitab sözləri

Fiziki ağrılar mənəvi ağrıların yanında heç nədir..

Edama Məhkumun Son Günü, Viktor Hüqo


Mən də başqaları kimi adi bir insan idim. Hər gün, hər saat, hər dəqiqə mənim də öz fikrim vardı və hansısa bir fikirlə yaşayırdım.

Lap beş il, yaxud iyirmi il, lap ömürlük həps cəzası versinlər, kürəyimi isti dəmirlə dağlasınlar, qollarımda dəmir qandal gəzdirərəm ömür boyu. Ancaq həyatımı əfv etsinlər, mənə bağışlasınlar! Axı məhbus heç olmasa gəzir, hərəkət edir, günəşi görür?!

Barı,bircə dəfə ata sözünü bu dodaqlardan eşitmək-bir azdan alınacaq bu qırx illik həyatımda yeganə istəyim budur.

Cəmiyyətin vəzifəsi intiqam almaq naminə cəzalandırmaq deyil; o, islah etmək naminə tərbiyə etməlidir.


Davamı →

Hüqonun qəmli sevgilisi

  • Sevgi
Viktor Hüqonun adı çəkiləndə qarşımızda zəhmli baxışları ilə bizə boylanan, yaşlı kişi, sifətinə qətiyyətli üz cizgiləri hopan insan canlanır. Adətən, belə insanları xarakterizə etmək elə də çətinlik yaratmır: kimsə onun yanında artıq-əskik danışa bilməz və belə adam zarafat etməyi xoşlamaz, hər zaman ciddi mövqeyi ilə fərqlənər. Hətta suyu içəndə, xörək yeyəndə də qidalanma mədəniyyətinin bütün qaydalarına əməl edər, övladları cıqqırını çıxarmaz, kimsə icazəsiz mənzildən çıxmaz, kənar qadınlarla göz-qaşla danışmaz, ümumiyyətlə belə kateqoriyadan olanları yaxına buraxmaz.

İlk baxışda Viktor Hüqo da yuxarıda söylənən xarakterik obrazla uyğun gəlir. Sən demə, burada yanlışlıq varmış. Hər bir kişi kimi Hüqonun da içində balaca uşaq əyləşibmiş, o da dostları ilə kafe-restoranlara gedib hündürdən danışıb-gülüb, o da gözəl qadınlardan vaz keçə bilməyib, yaradıcılıq üçün ilham pərisini zərif cinsdə axtarıb. Necə deyərlər, həyatın qanunauyğunluğu, Tanrının kişilərə bəxş etdiyi bütün xüsusiyyətlərdən dahi yazıçı da qidalanıb.
Davamı →

Jorj Sandın vida mərasimində Hüqonun nitqi

Xanım Sandın dəfn mərasimi Nohandda olmuşdur. Cənab Pol Moris onun məzarı üstündə C.V.Hüqonun nitqini oxumuşdur.

10 iyun 1876
Mən ölmüş bir adamın məzarı üstündə ağlayır və həm də heç vaxt ölməyən bir şəxsi alqışlayıram. Mən onu sevdim, onu istədim, ona heyran oldum, bu ölüm səhnəsində də mən ona qibtə edirəm. Mən onu təbrik edirəm, çünki o böyük işlər görmüşdür, həmçinin mən ona minnətdarlıq edirəm, ona görə ki, o yaxşı və xeyirxah işlər görmüşdür. Mən xatırlayıram ki, bir gün ona yazmışdım ki, belə böyük bir qəlbiniz olduğuna görə mən sizə minnətdaram.
“Məgər biz onu itirmişik?”
— Yox.

Bu yüksək şəxsiyyətlər dünyalarını dəyişsələr də, onlar tamam itib-batmırlar, yenidən əmələ gəlirlər, demək olar ki, onlar yenidən reallaşırlar. Onlar bir formada görünməz olsalar da, başqa bir formada görünürlər. Xanım Sand öz üzünə ideya və ya fikirlər, maskası taxmışdır, o ölməmişdir, çünki o ölü olduğu halda belə ideya və fikirlərdə yaşayır, o azaddır, çünki o bütün zamanda vahid, toxunulmaz bir yer tutur. Başqaları böyük və dahi kişilər olduğu halda, o böyük və dahi qadındır.
Davamı →

Viktor Hüqonun Balzakın vida mərasimində çıxışı

Victor HugoCənab De Balzak dahilər arasında ən birinci, seçilənlər arasında ən yaxşısı idi.
Cənablar! İndicə məzara qoyduğumuz bu insan o kəslərdəndir ki, onu son mənzilə bütün xalq yola salır. Bizim dövrdə xəyali böyüklük yoxdur. İndi nəzərlər hökmdarlıq edənlərə yox, düşünənlərə dikilmişdir, mütəfəkkirlərdən kimsə bizi tərk edəndə onun ölümü, itkisi bütün ölkəni həyəcanlandırır, sarsıdır.

Bizim günlərimizdə istedadlı adamın itkisi cəmiyyətin geniş dairələrini kədərləndirir, dahinin itkisi bütün milləti kədərləndirir. Balzakın adı açıq şüa ilə işığın elə zolağına axır ki, onu bizim era özündən sonraya saxlayır.

Cənab De Balzakla Napoleondan sonra XIX əsrin parlaq ideyaları meydana gəldi, sanki sivilizasiyanın inkişafında belə qanun var ki, qılınc gücü ilə hökmranlıq edənləri mənəviyyatın gücü ilə idarə edənlər əvəz edir.
Davamı →

Viktor Hüqonun Volter haqqındakı unudulmaz nitqi

Yüz il bundan əvvəl, еlə bu gün bir insan dünyasını dəyişdi. O, ölümü ilə əbədiyyətə qovuşdu. O insan bizdən illərin, yaradıcılığının, əsl şöhrətin və ən dəhşətli məsuliyyətin – хəbərdarlıq еləyib, düz yola çəkdiyi insan vicdanının məsuliyyətinin ağırlığı altında ayrılırdı. O, dünyasını dəyişəndə özü ilə kеçmişin lənətini və gələcəyin хеyir-duasını aparırdı – cənablar, şöhrətin iki gözəl şəkli budur. Ölüm yatağında o bir tərəfdən müasirlərinin və gələcək nəsillərin alqışlarını, bir tərəfdə isə kеçmişlə mübarizə aparan hər kəsə tərəf amansızcasına yönələn nifrətin uğultusunu еşidirdi. Voltеr — sadəcə insan dеyil, bir dövr, bir əsr idi. O, öz borcunu yеrinə yеtirir və öz missiyasını həyata kеçirirdi. Voltеrin gördüyü iş üçün onu sözsüz ki, təbiət qanunlarında olduğu kimi, talеyin qanunlarında da özünü yеrindəcə büruzə vеrən ali qüvvə sеçmişdi.

Bu insanın yaşadığı səksən dörd il, monarхiyanın süqutunu inqilabın sübh şəfəqlərindən ayıran zaman kəsiyinə düşdü. O doğulanda on dördüncü Lüdovik hələ hakimiyyətdə idi, o öləndə hakimiyyət artıq on altıncı Lüdovikin əlində idi. Onun bеşiyi əzəmətli taхt-tacın son parıltılarını, tabutu isə nəhəng uçurumun ilk işartılarını görmüşdü. (alqışlar)
Davamı →

Viktor Hüqo-823 sözdən ibarət cümlə

Fransanin ən böyük ve dahi yazıçısı hesab edilən Viktor Hüqo-nun tarixi romani Səfiller (Fransızca: Les Misérables) ilk dəfə 1862-ci ildə yayımlandı.Yayimlanmasindan qəsa bir vaxt sonra isə roman 19-cu yüz ilin ən boöyük tarixi romani olaraq qəbul olundu.

Əhvəlatlar 1815-də başlayır və 1832-de Parisdə bitir. Bir neçə insanın xarakterini ve heyatinin bir-biriylə əlaqəsini izləyən roman çox əvvəllər məhkum olunan, katorq məhbuslugundan qaçmış Jan Valjanın həyat mübarizəsini, xarakterini, düşüncələrini kitabda əks etdirir.

Həyat, iztirablar, cətinliklər, sevgi və mərhəmət hissinin dərinliklərinə qədər incələyən, açıqlayan Səfillər romanı ayrıca Fransanın tarixi, Parisin memarlığını, siyasət, əxlaq fəlsəfəsi, antimonarxizm, ədalət, din, ailəvi və romantik sevginin formalari, özellikləri və yaranması kimi mövzuları özündə birləşdirir.


Ardı →

Onore de Balzak və Viktor Hüqo

Vida

(M.A.Aldanovun "Ölüm haqqında povest«indən sonuncu səhifə)

17 avqustda Viktor Hüqonun evində nahar və qəbul idi. Məlum oldu ki, Balzak can verir. Baxmayaraq ki, bəzən aralarında gərginlik olurdu, Hüqo „Bəşəri komediya“nın müəllifinə təzim edirdi və o da qarşılıqlı təzim edirdi.

Qonaqlarını tərk edərək, şair Fartune küçəsinə getdi. O qayıtdıqda gördüklərini yazdı. Uzun illər sonra və hətta onun vəfatından da sonra nəşr olunan bu səhifə onun haqqında yazılanların ən mükəmməlidir.

Hüqo heç kəsi günahlandırmırdı. Balzakın öldüyü tənhalığa o hətta eyham belə vurmurdu. Ziyarətçinin tanınmış adı qapıları açdı. Qulluqçu onu can verənin yanına ötürdü.

»Mən Balzakın otağında oldum. Otağın ortasında çarpayı vardı… Balzak başını yastığa qoyub bu çarpayıda uzanmışdı.Yuxarı otaqdakı divandan götürülmüş qırmızı, məxməri yastıqlar vardı. Balzakın üzü bənövşəyi idi, demək olar ki, qara idi, sağa əyilmişdi, qırxılmamışdı, boz saçları qısa kəsilmişdi, gözləri açıq, baxışları hərəkətsiz idi. Mən ona yandan baxdım. O imperatora bənzəyirdi.

Ardı →

Viktor Hüqonun parlamentdə çıxışı

Hüqo deputat olarkən 1848-ci il noyabrın 10-da parlamentin büdcə müzakirəsində çıхışı:
“Cənablar, büdcənin yüngülləşdirilməsi vacibliyini mən də çoх yaхşı anlayıram. Amma mənim fikrimcə maliyyə çətinliyimizin çarəsi bir neçə хırda və ürəkbulandıran qənaətdə deyil, bu çarəni başqa yerdə, yuхarıda aramaq lazımdır; Fransanın inamını qazanmaq, ölkədə qanun-qayda, iş yeri və kredit yaradacaq, хüsusi, böyük хərcləri ləğv edə biləcək ağıllı siyasət də aramaq lazımdır. Bəli, cənablar, büdcənin artıq хərcləri əgər davam etsə və artsa, qarşısını almasanız, gələcəkdə ölkənin ictimai əsaslarını dağıdacaq. Artıq хərclər məhz oradadır...

Təklif olunmuş bəzi qənaətlər üçün səs vermişəm və verəcəyəm. Amma ictimai həyatın mənbələrini görməyən, hətta təhlükədə qoyan və maliyyə qənaət adı ilə təklif olunub, şübhəsiz siyasi səhvə apapran təkliflərə səs vermirəm. Ədəbiyyat, elm və incəsənət хərclərinin azadılması haqda maliyyə komitəsinin təklifini mən həmən kateqoriyaya aid edirəm...

Cənablar, elm incəsənət və ədəbiyyat fondunun azaldılması haqda təklif ikiqat zərərlidir. Bu хərclər maliyyə baхımından cüzidir, bütün başqa cəhətlərdə isə əhəmiyyətsizdir.

Bəli, maliyyə cəhətindən cüzidir. Bu elə bir məlum məsələdir ki, öz çəkdiyim hesabı məclis nümayəndələrinə göstərməkdə tərəddüd edirəm. Belə ciddi bir məsələdən danışarkən məclis üzvlərini güldürmək istəmirəm. Amma məsələni aydın və sadə təsvir edəcək sadəlövh bir muqayisəni nəzərinizə çatdırmağı özümə borc bilirəm.

Təsəvvür edin, cənablar, ildə 1500 frank gəliri olan bir şəхs özünün mədəni inkişafı, elmi, ədəbiyyat və incəsənət sahəsindəki inkişafı üçün cəmi 5 frank pul хərcləyir və reforma dövründə bu məbləği də altı su azaldır.

Bəli, cənablar, təklif olunan qənaətin dəqiq müqayisəsi belədir. Deməli, mədəni bir ölkənin geridə qalmış bir adamına məsləhət görmədiyiniz işi Fransaya təklif edirsiniz.
Ardı →

Viktor Hüqonun 50 illik sevgisi

Viktor Hüqo həyatı boyu sevgililərini əlcək kimi dəyişirdi. Yalnız bircə qadını-Culyetta Drueni həqiqi qadını adlandırdı.

Düzdür, o Hüqonun qanuni həyat yoldaşı ola bilmədi, yazıçı artıq evli idi və boşanmaq istəmirdi. 50 il müddətində Drue Hüqonun kölgəsində qaldı-onunla yatağını bölüşdü və saysız sevgi macəralarını müşahidə elədi.

 Onların tanışlıqları ərəfəsində 31 yaşlı Viktor Hüqo artıq bir çox uğurlara imza atmışdı. Əsilzadə ailədən çıxmış yazıçı özünün ən məşhur əsəri “Paris Notrdam Kilsəsi”ni çap etmişdi, xalqın sevgisini qazanmışdı, ailəli idi və beş övlad atası idi. Culyetta Druenin həyatı isə bu qədər uğurlu alınmamışdı. İki yaşında hər iki valideynini itirmiş, 19 yaşında məşhur heykəltəraş Jan Jak Pradyenin sevgilisi olmuş (Pradye onu heykəllərində təsvir etmişdi) və ondan hamilə qalmışdı. 26 yaşında isə sadə xalq içindən çıxmış bu qadın məşhur kurtizankaya çevrilmişdi.

Yoldaşı ilə əlaqələri pozan Culyetta özünü və yeni doğulmuş qızını dolandırmaq məcburiyyətində idi. Qadın teatra işə düzəlir. Tamaşaçılar isə istedaddan çox gənc aktrisanın gözəlliyinə fikir verirdilər, məvacibi olduqca az idi. Onun varlı pərəstişkarları peyda olmuşdu. Onlar aktrisaya bahalı hədiyyələr bağışlayır, maddi yardım göstərirdilər. Yüksək cəmiyyətə düşməyi bacaran Culyetta onun bütün üstünlüklərindən yararlanırdı: yüksək cəmiyyətin ziyafətlərində iştirak edir, ləl-cəvahirat taxır, bahalı paltarlar alırdı. Hüqo ilə tanışlıqdan sonra gənc qadının həyatı tamamilə dəyişdi.
Ardı →

Viktor Hüqonun maraqlı əhvalatları

Gənc şairi məhv edən Hüqo
Bir gənc şair şeirlərini Viktor Hüqoya oxuduqdan sonra soruşub:
— Ustad, şeirlərim necədir?
Hüqo cavab verib:
— Bravo! Vəznsiz, qafiyəsiz və mənasız bir şey yazmaq istəmisən və bunu bacarmısan...

Dincəlmək məsələsi
Bir gün Viktor Hüqodan soruşublar:
— Bu qoca vaxtınızda niyə özünüzə belə əziyyət verirsiniz?
Böyük yazıçı belə cavab verib:
— Onsuz da dincəlmək üçün qabağımda sonsuz bir həyat var.

Ən qısa yazışma
Viktor Hüqo 1862-ci ildə məzuniyyətdə olarkən yenicə çap olunmuş “Səfillər” romanı haqda oxucuların reaksiyasını öyrənmək üçün naşirə bir işarədən ibarət olan teleqram vurur: “?”. Naşir isə öz növbəsində ona elə bir işarə ilə cavab verir: “!”. Bu, dünya tarixində bəlkə də ən qısa yazışmadır.

Viktor Hüqonu ən çox sevindirən fikir
Jurnalistlərdən biri Viktor Hüqodan soruşur:
— İndiyə kimi əsərlərinizi, sizin özünüzü çox tənqid ediblər və çox göylərə qaldırıblar. Bunlar arasında sizi ən çox hansı məmnun edib?


Ardı →