Uilyam Şekspir

23 aprel dünya ədəbiyyatı tarixinin ən sevindirici, eyni zamanda, həm də kədərli günlərindən biridir. 1564-cü ildə həmin gün Uilyam Şekspir (onun xaç suyuna çəkilməsi günü kimi doğumundan üç gün sonranı qəbul etsəz, bu tarixlə də razılaşsaz) və elə həmin gün, amma 52 il sonra da dünyasını dəyişib. Migel de Servantes — məşhur “Don Kixot”un müəllifi də 1616-cı ilin 23 aprelində dünyadan köçüb, amma o özü etiraf edirdi ki, birincilik uğrunda yarışda palma budağı seçimi qarşısında qalsaydı, mükafat bütün dövrlərin və xalqların insanlarının dahi kimi qəbul etdiyi Şekspirin payına düşərdi.

Şeksprin doğulduğu ailəyə tanınmış demək olmazdı. Atası Con əlcək istehsalı işində irəli getmiş usta olsa da, dəfələrlə qanunla konflikt yaşamışdı. Onu birbaşa evinin qabağında gübrə tayası yığıdığı üçün cərimə etmişdilər. Qara bazarda yun alveri etdiyi üçün izləyirdilər.
Davamı →

Vilyam Şekspir-Sonetlər

Tanınmış ingilis şairi və dramaturqu Şekspirə ən böyük şöhrəti onun dramaturgiyası, xüsusilə də faciələri gətirmişdir. Lakin poeziyası ilə tanışlıq belə bir fikri əsaslandırır ki, ümumilikdə 37 pyes (faciə,komediya və tarixi-xronoloji janrlarda) yazmış Şekspir dramaturq olmasaydı da, bir şair kimi ədəbiyyat tarixində qalacaqdı.Sonet janrının XIV əsrin əvvəllərində İtaliyada yarandığı Azərbaycan oxucusuna yaxşı məlumdur.Sonralar bu janr bütün Qərbi Avropa ölkələrinə yayılmışdır. Sonet janrına qədər Avropa ölkələrində adətən iri həcmli olan ballada janrı geniş yayılmışdı. Cemi on dörd misralıq poetik nümunə olan sonetin bu və ya digər fikrə çevik münasibəti şairləri özünə cəlb edirdi ki, V. Şekspir də həmin cazibədən kənarda qala bilməmişdir.

Ardı →

Vilyam Şekspir

Şekspir (William Shakespeare,rusca Уильям Шекспир) Stratford şəhərciyində anadan olub. Onun dəqiq doğum tarixi məlum deyil. Amma Müqəddəs Üçlük kilsəsində 26 aprel 1564-cü ildə xaç suyuna çəkilməsi barədə yazı var. Onun atası Con Şekspir kifayət qədər imkanlı sənətkarlardan olub. Əlcəkçi və sələmçi olaraq bir qədər var-dövlət toplamışdı. Arabir ictimai vəzifələrə də seçilirdi. Hətta bir dəfə şəhərin meri vəzifəsinə də layiq görülmüşdü. Kilsəyə gedib moizələrə qulaq asmadığına görə böyük məbləğdə cərimələr ödəyirdi. Anası Mariya Arden qədim ingilis famillərinə məxsus idi və uğurlu tacirin qızı idi. 
Məktəb illəri barədə də məlumat yoxdur. Hesab edilir ki, Şekspir Stretfordun «qrammatika məktəbində» təzsil almışdı. Dəqiq məlumdur ki, Şekspir evlənəndə 18 yaşı vardı. Çox guman ki, nişanlısı Enn Xezevey artıq hamiləydi. Bu qız ondan 8 yaş böyük idi. Tezliklə onların Süzanna adlı qızı və daha sonra əkizlər – Xemnet adlı oğlu və Cudit adlı qızı doğulur. Oğlu Xemnet körpəykən vəfat eləyir.
Davamı →

Sonet sevgisi.

İngilis intihabının nəhəngi Vilyam Şekspirin (1564-1616) “hamlet” faciəsindəki “Olum, ya ölüm?” monoloqu ilə 66-cı soneti bir mövzu birləşdirir. Amma sonetdə “ölüm istəyi”nə qarşı son misrada şairin (lirik qəhrəmanının) “qələbə hökmü” yaşatmaq yanğılı ürəyinin odundan xəbər verir:

Ölüm istəyirəm, çarə budur, bax,
Səni tək qoymağa qıymıram ancaq!
— deyən Şekspirin işıqlı qəlbininin nuruna, yaşayıb yaşatmaq eşqinə, hünərinə alqış deyirsən. V. Şekspir təxminən 1590-cı illərdə qələmə aldığı 154 sonetində dosta sədaqətinin, qadına mehr-ülfətinin, məhəbbətinin… gözəl, yadda qalan bədii lirik lövhələrini yaratmışdır.

“Hamlet” faciəsi şair-dramaturq Şekspirin yaradıcılığının, eləcə də ingilis intihabının şah əsəri kimi qiymətləndirildi. Bir müddət “kölgə”də qalan “Sonetlər” isə şairin zəngin ədəbi irsində öz ideya-estetik dəyərinə görə “Hamlet”dən sonra ikinci yeri qazandı.


Ardı →