Van Qoqun "Yataq otağı"

Van Qoq hər zaman özünəməxsus əsərləriylə olduğu kimi, həyat tərzi, seçimləri, həyata baxışı və çılğın fikirləri ilə də digər rəssamlardan fərqlənirdi. Yaşadığı travmalar, xoşbəxtliklər, itkilət onu bəzən tutqun bəzən də səma kimi açıq əsərlər yaratmağa ruhlandırırdı. 
Bu gün sizə dahi rəssam Van Qoqun «The bedroom» (Yataq otağı) əsərinn kiçik hekayəsini danışacağıq.
Davamı →

Vinsent van Qoq və yapon sənətinin psixoloji təsirləri

Vincent van Gogh1888-ci ilin fevral ayında çətinliklərlə dolu bir yolu geridə qoyduqdan və öz məqsədini tapdıqdan 10 il sonra, Vinsent van Qoq (30 mart 1853 — 29 iyun 1890) onu öz mənzərəsi ilə heyran edən Fransanın cənubundakı Arl qəsəbəsinə köçdü. 

Beləliklə, rəssamın həyatında 200-dən çox yağlı boya tabloları, 100-dən çox suluboya və karandaş ilə çəkilmiş əsərləri və yaradıcılığının zirvə nöqtəsi olan məşhur “Günəbaxanlar” əsəri ilə anılan fövqaladə məhsuldar dövr başlamış oldu. Lakin bu dövr həmçinin yoxsulluq və özünə xəsarət verməsi hadisəsi ilə yadda qalan psixi-həssas sıxıntılar yaşadığı bir dövr olmuşdu.

Bədii sərxoşluqdan və kofeindən hədsiz kömək alan rəssam qardaşı Teoya “Bitkin olduğumu fikirləşirəm. Demək olar ki, hələ də pulunu vermək məcburiyyətində olduğum çörək və dörd gün ərzində içdiyim 23 fincan qəhvə ilə yaşayıram” deyə yazmışdı.
Davamı →