Sevmək insanı yalnızlaşdırır

Başımı pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm. Ona çox güvənirik, amma haqqında heç nə bilmirik.

Həyata necə başlayırsan, başla sonda əlində qürur və axmaqlıq qalır. Halbuki həyatdan nələr istəmişdik…

Bir xəyalı öldürmək, bir həqiqəti öldürməkdən daha çətindir.

Zərəri yoxdur, xəyal qırıqlığı məni cilovlayan ən yaxşı müalicədir.

Pul qazanın. Özünüzə aid bir otaq və boş vaxt yaradın. Ən əsası yazın. “Kişilər nə düşünər?” deyə fikirləşmədən yazın!

Həyat röyadır, oyanmaq bizi öldürür.
Davamı →

Sevgi – qadının mövcudiyyətidir

Qadının qəlbi məzar kimidir; girən bir də çıxmaz. Kişi qəlbi dükan kimidir; girən-çıxanın hesabı olmaz.

Həyatın üzünə bax. Həmişə həyatın üzünə bax. Nə olduğunu bilmək, onu olduğu kimi sevmək üçün həyatın üzünə bax.

Özü haqda həqiqətləri deməyən çətin ki başqalarının həqiqətlərini deyə bilə.

Hamının keçmişi qəlbində gizlətdiyi bir kitabın səhifələri kimi gizlindir; dostlar bu kitabın ancaq ön sözünü oxuya bilirlər.

Başqalarının gözləri bizim məhbusumuzdur; onların fikirləri də bizim həbsxanamız.

Necə qəribədir! İnsan poçtdan vacib bir şey çıxmayacağını bilir, amma yenə də səbirsizliklə məktub gözləyir.

Nə xoş bir gözəlliyi vardır, asta addımlarla dünyadan köçənlərin.

Tərcümədə ən birinci yumor itir.
Ardı →