Küləklə sovrulan qadın…

Hindistandan Hollivvuda uzanan yollar
1905-ci ildə iyirmi yaşlı Ernest Ricard Xarli işləmək üçün İngiltərədən Hindistanın Kəlküttə şəhərinə gəlir. Evlənmək haqqında düşünməyən gənc elə həmin ərəfədə Gerturuda Robinson Yakji ilə tanış olur. Gerturudanın gözəlliyi Ernesti onunla evlənməyə məcbur edir. 1911-ci ildə ailə quran cütlük Kəlküttdən çox da uzaq olmayan dağlarla əhatə olunmuş Darcilingdə yaşamağa başlayırlar. 1913-cü il noyabrın 5-də onların Vivyen adlı qızları doğulur. Vivyenin səhnəylə ilk tanışlığı çox erkən yaşlarından başlayır. Üç yaşı olanda səhnədə şeir deyir.

Vivyenin anası savadlı qadın olduğu üçün hələ uşaq yaşlarından onda ədəbiyyata, musiqiyə maraq oyadır. Ona Hans Andersonun, Redyard Kiplinqin nağıllarını oxuyur. Yunan mifologiyası ilə tanış edir.

1920-ci ildə Vivyenin yeddi yaşı tamam olmağına az qalmış valideynləri onu Londonun qərbində yerləşən “Roxemptonun müqəddəs ürəyi” monastrına qoyurlar. Monastrın ən kiçik şagirdi olan qızcığaz orda özünə çoxlu rəfiqələr tapır. Lakin, sonralar o, gələcəkdə aktrisa olacaq Morin O Sallivan ilə möhkəm dostluq edir.
Davamı →