Şəbəkə qurğularından birgə istifadə

İnternetdə işləmək üçün aşağıdakıların olması vacibdir:
  • kompüterin ümumdünya şəbəkəsinin hər hansı bəndinə fiziki bağlanması;
  • daimi və ya müvəqqəti IP ünvanın alınması;
  • xüsusi proqram təminatının quraşdırılması və köklənməsi.
Öz bəndlərinə qoşulmaq imkanı verən və IP-ünvan ayıran qurumlara İnternet xidmətləri təminatçısı və ya, sadəcə, provayder deyilir.
Kompüteri İnternetə fiziki bağlamağın çoxlu üsulları vardır ki, onlardan ən geniş yayılmışı adi telefon xətti vasitəsilə qoşulmadır. Belə qoşulmaya kommutasiyalı bağlantı (ingiliscə: dial-up) deyilir. Provayderlər abunəçilərin İnternetə çıxışını təmin etmək üçün modem ortaqlığından istifadə edirlər. Modem ortaqlığı istifadəçilərin bir telefon nömrəsi ilə qoşulduğu modemlər qrupudur və onların sayı nə qədər çox olarsa, istifadəçilərin zəng edib İnternetə çıxış alması da bir o qədər asanlaşır (bir modem məşğuldursa, zəng o biri modemə yönəldilir və s.)
Davamı →

Simsiz şəbəkə texnologiyaları

İnformasiya texnologiyalarının bir növü də naqilsiz və ya simsiz (wireless) texnologiyalardır. Bu texnologiya informasiyanın bir-birindən müəyyən məsafədə yerləşmiş və aralarında naqilli bağlantı olmayan iki nöqtə arasında ötürülməsinə xidmət edir. İnformasiyanın ötürülməsi üçün radiodalğalardan, eləcə də infraqırmızı, optik və ya lazer şüalanmasından istifadə edilə bilər.
Naqilsiz şəbəkələrdə iki iş rejimi nəzərdə tutulub: «ad hoc» və «infrastruktur». «Ad hoc» (latm dilindən tərcümədə «xüsusi olaraq bunun üçün», «bu hal üçün» deməkdir) rejimində kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır.
Davamı →

Wi-Fi dalğalarını görmək istəyirsinizmi?

Hər kəs Wi-Fi əlaqəsini sevir, çünki, simsiz, sürətli və ən əhəmiyyətlisi hər yerdə pulsuzdur. Bəs Wi-Fi dalğalarını görə bilmək istərdinizmi?

Əgər Wi-Fi dalğaları görünə bilsəydi istifadəçilər harada Wi-Fi olduğunu bilər və buna əsasən də internetə girərdilər. Stanford Universitetindən Dr. Browning Vogel kiçik bir yardım ilə Vaşinqtonda çılpaq gözlə görünə bilən Wi-Fi dalğalarının necə görünəcəyini göstərən bəzi çox maraqlı görüntüləri nəşr edib.
Dr. Browning Vogel’a sənətçi Nickolay Lamm və MyDeals.com bu işdə yoldaşlıq edib. Bu işdə Wi-Fi dalğalarının göründüyü bir dünya necə olar deyə xəyal edildi.

Görüntülərdəki Wi-Fi siqnalları dalğa-dalğa və rəngarəngdir. Siz bu barədə nə düşünürsünüz? Azərbaycanda Wi-Fi siqnalları görünsəydi necə bir təsirə səbəb olardı?     /Texnopress


Ardı →