İstifadəçi hesabları və ailə təhlükəsizliyi

Windows çoxistifadəçili əməliyyat sistemi olduğundan, təbii ki, istifadəçiləri bir-birindən ayırmaq üçün onların hər birinin sistemdə ayrıca qeydiyyat yazısı — istifadəçi hesabı (user account) olmalıdır. İstifadəçi öz hesabı ilə sistemə daxil olduqda əməliyyat sisteminin interfeysi həmin istifadəçiyə məxsus görünüş alır. Hər bir istifadəçiyə uyğun Windows-un iş masası, baş menyusu açılır və yalnız onun üçün quraşdırılmış proqramlar, yaradılmış fayllar əlçatan olur. Qeydiyyatdan keçmiş istifadəçi başqa istifadəçilərin yaratdıqları fayllara baxa bilmir.
Davamı →

İdarəetmə paneli

Bəziləri elə düşünür ki, əməliyyat sisteminin köklənmələrinin dəyişdirilməsi təcrübəli istifadəçilərin işidir və yeni, təcrübəsiz işçilər bununla məşğul olmasalar yaxşıdır. Ancaq praktikada, əslində, hər şey başqa cürdür, çünki bir çox hallarda elementar (məsələn: kompüteri şəbəkəyə qoşmaq kimi) kökləmələr etmədən keçinmək, sadəcə, mümkün deyil. Windows əməliyyat sistemini və onun elementlərini kökləmək üçün Control Panel (İdarəetmə paneli) adlandırılan xüsusi vasitə vardır.
Əməliyyat sisteminin müxtəlif komponentlərini kökləmək üçün İdarəetmə panelində çoxlu sayda simgələr vardır. İstifadənin rahatlığı məqsədilə Windows 7 əməliyyat sistemində onlar 8 qrupda birləşdirilib:
Davamı →

Windows əməliyyat sistemi

Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydalarını nəzərdən keçirək. İstənilən qurğuda yeni qovluğun yaradılması üçün «Мой компьютер» -də qurğunu seçib, «Файл» menyusunu açırıq. Həmin menyunun «Создать» əmrini verərək, ekranda yeni yaranan qovluq işarəsinin altındakı «Новая папка» sözünü silərək həmin yerə qovluğun adını yazırıq Enter düyməsini basmaqla yeni qovluğu yaratmış oluruq. Hər hansı faylı və ya qovluğu bir qurğudan digərinə köçürmək üçün MOUSE-un sol düyməsindən istifadə etməklə həmin fayl və ya qovluğu seçib,  sağ düyməni basaraq kontekst menyusunu açırıq. Həmin menyuda olan «Отправить» düyməsini əmrini verdikdə kompüterdə olan qurğuların siyahısı əks olunur. Lazımi qurğunu seçərək MOUSE-un sol düyməni sıxırıq və beləliklə, fayl və ya qovluğu həmin qurğuya göndərmiş oluruq.


Ardı →