Xərçəng əleyhinə olan qidalar hansılardır?

Xərçəng dünya üzrə milyonlarla insana təsir edən və müxtəlif səbəblərdən meydana gələ bilən ciddi bir sağlamlıq problemidir. Müasir tibb elmi tədqiqatları xərçəngin inkişafı ilə qidalanma arasındakı əlaqəni dəfələrlə isbat etmişdir. Bu bloqda xərçəng riskini azaltmaq üçün hansı qidaların yeyilməsinin mühüm olduğunu və niyə bu qidaların sağlamlığımıza müsbət təsir göstərdiyini araşdıracağıq. Sağlam qidalanma tərzinin, xüsusilə də xərçəng kimi xəstəliklərlə mübarizədə necə mühüm bir rol oynadığını vurğulayacağıq. 


Davamı →

Pomidorun bilinməyən faydası

Rutgers Universitetindən (Rutgers Universiteti) olan tədqiqatçılar pomidor suyunun tərkibində olan karotenoid piqmentinin süd vəzi xərçənginin yaranmasının qarşısını aldığını bildiriblər. Tədqiqatçılar 55 yaşdan yuxarı olan 70 qadın üzərində araşdırma aparıblar. Qadınların adiponektin hormon səviyyəsi ölçülüb. Seçilən qadınlarda önəm verilən xüsusiyyətlərdən biri normadan artıq çəkisi, digəri isə irsi olaraq süd vəzi xərçənginə yoluxma riskinin yüksək olması idi. Amerikalı alimlər iddia edir ki, pomidor suyu içmək xərçəng yaradan hüceyrələrin inkişafını dayandırır. Pomidorun tərkibində pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan qəbul olunur.


Davamı →

İsti çay və xərçəng xəstəliyi

İsti çayla xərçəng xəstəliyi arasında əlaqə
Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, Selsium cədvəli ilə 70 dərəcə və ondan çox temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, bu, qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayıldığını izah edə bilər.
Bir çox qərb ölkələrində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır. 

Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.
Avropa və Amerikada bu xəstəliyin əsas səbəbinin spirtli içkilər və türün olduğu düşünülürdü. Amma dünyanın başqa yerlərində xərçəngin bu növünün niyə belə yayıldığı naməlum qalırdı. 


Davamı →

Xərçəngdən qoruyan vitaminlər

İmmuniteti gücləndirən B vitamini
B vitamini immuniteti gücləndirir. Bədənin müqavimət gücünü artırır, xərçəng daxil olmaqla bir çox xəstəliyə qarşı qoruyur. Qırmızı ət, balıq, qaraciyər, süd, yumurta, ispanaq, pomidor, göbələk, yaşıl yarpaqlı bitkilər və quru paxlalılar.

Bədəni yeniləyən xüsusiyyəti ilə C vitamini 
C vitamini immuniteti gücləndirir, dəri, qığırdaq, qan damarlarının yenilənməsinə kömək edir. C vitamini çatışmazlığında ürək, artrit və xərçəng kimi xəstəliklər ortaya çıxa bilir. C vitamini meyvə və tərəvəzlərin tərkibində olur. Quşburnu, cəfəri, yaşıl yarpaqlı tərəvəzlər, pomidor, çiyələk, kartofun tərkibində C vitamini zəngindir. 


Davamı →

Qadınlarda 3 nahiyədə ağrı – Xərçəng təhlükəsi

Qadın orqanizmində 3 yerdə daimi ağrı xərçəng xəstəliyindən xəbər verə bilər.

Uşaqlıq boynu xərçəngi uşaqlıq boynunun selikli qişasında anormal hüceyrələr nəzarətsiz böyüdükdə baş verir.
Bəzi insanlarda həmişə uşaqlıq boynu xərçənginin simptomları olmasa da, müəyyən xəbərdarlıq əlamətləri var.
Qanaxma — normal vaginal qanaxmanın dəyişməsi uşaqlıq boynu xərçənginin əlamətlərindən biridir.


Davamı →

Xərçəng əmələ gətirən əsas səbəblər

Xərçəngin əmələ gəlmə səbəbləri müxtəlif ola bilər. Onkofobiya – yəni xəstəlikdən qorxmaq, xərçəngin özündən daha pisdir. İnsan daim xəstələnmək və qarşısı alına bilməyən ölüm qorxusu içərisindədir.
Kardioloq Anna Koreneyeviçin sözlərinə görə, onkoloji prosesə başlamaq üçün kanserogenlərin uzun müddət təsiri olmalıdır.

Davamı →

Süd vəzi xərçəngi qəfləti xəstəlik deyil

Süd vəzi xərçəngi, xərçəngin müəyyən bir növüdür. Qadınlarda daha çox yayılmışdır. Xüsusən də 40-45 yaşındakı qadınlar arasında ölüm səbəbinə görə ilk yeri tutur. Bu xəstəlik maliqnizasiyaya uğramış, yəni yararsız bir hüceyrənin kontroldan çıxmış şəkildə artıb çoxalması nəticəsində yaranır. Bu hüceyrənin çoxalması və xərçəng yaranması üçün uzun müddət tələb olunur. Yəni süd vəzi xərçəngi qəfləti xəstəlik deyil. İllərlə gizli şəkildə inkişaf edir və mütəmadi müayinə ilə erkən səviyyədə aşkar olunarsa sağalma ehtimalı 90-95% təşkil edir.


Davamı →

Xərçənglə mübarizə aparan 4 ərzaq

Xəstəliklərdən qurtulmaq üçün saysız-hesabsız müalicələr alırıq. Amma onlardan canımızı qurtarmaqla yanaşı onlara tutulmamaq üçün də tədbirlər görmək, xəstəlik riskini azaltmaq şansını da əldən buraxmaq olmaz. Bu xəstəliklərdən biri də xərçəng xəstəliyidir. 

Bu xəstəliyə tutulma riskini azaltmaq üçün hansı qidalara üstünlük verməlyik ? 
Qida rejimimizdə hansı dəyişikliklər etməklə uzaqlaşa bilərik?
Bütün bu suallara bu məqaləmizdə cavab tapacaqsınız. 

Çinlilərə İnanırıq: Yaşıl Çay


Davamı →

Xərçəng haqqında miflər

Xərçəng- yaşla bağlı xəstəlikdir
Bu, belə deyil.
Ənənəvi olaraq, biz xərçəngin yaşla əlaqəli xəstəlik olduğunu hesab edirdik. Ancaq son onilliklərdə o, çox gəncləşdi. Xəstəliyin zirvəsinin kifayət qədər yaşlı dövrə təsadüf etməsinə baxmayaraq, bu gün, məsələn, döş xərçəngi və ya servikal xərçəng diaqnozu qoyulmuş bir çox gənc qadınları görə bilirik. Üstəlik, bu xəstəlik onlarda olduqca aqressiv keçir və ölümə səbəb ola bilər. Bunun niyə belə olmasına dəqiq bir cavab yoxdur.

Davamı →