Xalid Hüseyninin ən çox sevdiyi kitablar

Uşaq kitabı Khaled Hosseini

Şel Silverteindən “Səxavətli ağac” 

Bu kitabı sevirəm, çünki sadə və hüznlüdür. Oğlanın yaşlı bir kişi, ağacın da quru bir kötük olduğu son bölüm məni hər dəfə təsirləndirir. Bu, şərtsiz sevgi və sədaqətin nağılıdır. Digər tərəfdən ağac sonsuz səxavəti və fədakarlığı ilə mənə “Çərpələng uçuran”dakı Həsəni xatırladır.

Klassik

Hafizin “Divan”ı

Hafizə fars dilli ölkələrdə böyük ehtiram var. O, yəqin ən böyük fars şairidir. Onun fəlsəfə, mistik eşq və igidlik səhnələri ilə doldur. Qabildə bir məktəb şagirdi kimi oxuduğum vaxtlardakı kimi, indi də bədahətən deyilmiş qəzəlləri məni təsirləndirir.

Modern ədəbiyyat

Con Steynbekin “Qəzəb üzümləri” 

Coad ailəsinin və əzilən köçkün işçilərin 1930-cu illərdə çəkdikləri çətinliklər bu gün də məni məktəbdə oxuduğum vaxtlardakı kimi ağrıdır. Mülksüz insanların istismarı, son səhnədəki fədakarlığın, Rouz Şeronun ölməkdə olan adamı anbarda əmizdirməyi indiyə qədər oxuduğum ən unudulmaz və təsirli final səhnəsidir.
Ardı →

Çərpələng uçuran | Xalid Hüseyni

Xalid HuseyniKiatabları sevirəm, amma hər kitabı da yox.  Təsirli kitabları daha çox sevirəm. Kafka kimi desəm, gərək kitab mənə “başıma vurulan zərbə” kimi təsir etsin. (Əgər oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, niyə oxumağa vaxt sərf edək ki? F.Kafka)

Oxuduğum kitablar arasında təsirlilərindən biri də Xalid Hüseyninin məşhur əsəri “Çərpələng uçuran”dı. Əsər bestseller də olub, amma nə yalan deyim, əsəri sırf bestsellerdi deyə oxumaq düzgün deyil, məncə. Çünki, elə bestsellerlər var ki, onlar elə də maraqlı deyil. Mənə görə, o kitablar şans əsəri “Gangnam style” kimi məşhurlaşıblar. :)

Əsərin müəllifi Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır, əsas peşəsi həkimlikdir. “Çərpələng uçuran” onun ilk və ən uğurlu romanıdı.(bildiyim qədəri ilə digər romanı da”Min möhtəşəm günəş”di) Düzünü etiraf etsəm, əsərin türkcə adı daha çox xoşuma gəldi-“Uçurtma avcısı”.


Ardı →