Mələklər fəaliyyətdə

Mələklər və digər incə varlıqlar, məsələn, kabuslar arasında fərqlər vardır. Kabus – növbəti fiziki bədəni ala bilməmiş bədənsiz bir varlıqdır. Baxmayaraq ki, kabusların fiziki bədəni yoxdur, onlarda cismani həzz hissləri qalır. Bu səbəbdən də onlar başqa fiziki bədənə daxil olub və ondan istifadə etməyə cəhd edirlər. Kabus axırıncı dəfə hansı bədəndə olubsa, həmin bədənə məxsus olan davranışı və ümumilikdə götürdükdə, həmin ağıl səviyyəsini nümayiş etdirir. Hiyləgər və mərdimazar insanın kabusu, həmin adam fiziki bədəndə nə pisliklər etmişsə, həmin pislikləri də edəcəkdir.  Kabusun gəlişi ilə siz qorxu hiss edirsiniz. Əgər sizin otağınızda kabus peyda olarsa, siz elə hiss edərsiniz ki, sanki külək əsdi, kabusun toxunması isə bədənə soyuqluq hissi gətirir. 

Davamı →

Üçüncü Reyxin gizli silahları

Üçüncü Reyx barədə çox danışılıb, çox yazılıb. Bu mövzuda bədii və sənədli filmlərin, kitab və oçerklərin, məqalə və araşdırmaların sayı-hesabı yoxdur. Amma hitlerçilərin, xüsusilə də faşist Almaniyası rəhbərinin yadplanetlilərlə münasibəti barədə məlumat azdır.

 Yəqin ki, bir çox səbəblərə görə mövzu barədə çoxları susmağa üstünlük verir. Bundan başqa, hitlerçilərin hərbi-texnologiyasının qələbə əldə etmiş müttəfiqlərdən məhz hansına çatdığı da dəqiq məlum deyil. Müttəfiqlərdən hər biri faşistlərin gizli biliklərinə sahib olmaq üçün maksimum səy göstərib.

 Hamıya məlumdur ki, müttəfiqlər Hitler Almaniyasına qarşı savaşın bütün mərhələlərində bir-birinə qəti inanmayıblar. Sovetlərin – Stalinin müttəfiqləri aldadaraq Berlinə ilk girməsi buna sübutdur. Sovet komandanlığı əmin idi ki, Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları gizli laboratoriya və tədqiqat mərkəzlərindəki bütün materialları ələ keçirib.

 Amma bununla belə, 1945-ci ilin mayında müttəfiqlər arasında ixtilaf heç bir tərəfə sərf etmirdi. Çünki Almaniyadan sonra növbədə Yaponiya idi və yapon ordusu da darmadağın edilməli idi. Bununla belə, müttəfiqlik münasibətlərinin qorunub saxlanılması amerikalılara faşistlərlə mübarizə vəzifəsini həyata keçirərək atom bombası icad etməyə mane olmadı.


Ardı →

UNO

UNOBu gün bəlkə də 10 nəfər arasında sorğu keçirsəniz, onlardan 9-nun nə vaxtsa, hardasa yadplanetli gördüyünü, onların “tarelka”sını müşahidə etdiyini eşidərsiniz. 2009-cu il insanını bu mövzuda təəccübləndirmək qeyri-mümkündür. Bu günə qədər sözügedən mövzuda yüzlərlə film çəkilib, kirablar yazılıb və sair. Və gün keçmir ki, bu “”bizə oxşamayanlar«la bağlı yeni hekayələr, tarixçələr, faktlar açıqlanmasın.

Son olaraq, Yaponiyanın gələcək baş nazirinin xanımı Miyuki Xatoyama 20 il əvvəl yadplanetlilərlə qarşılaşdığını və onlarla birgə Venera planetinə uçduğunu bəyan edib. Miyuki xanım deyib ki, bədəni yerdə qalsa da, ruhu kosmik gəmidə Venera planetinə gedib. O, Veneranı çox gözəl və yaşıllıqlara bürünmüş planet kimi xarakterizə edib… Bir sözlə, üzbəsurət danışıb, dərdləşməsək də bilirik ki, niyyətləri pis deyil. Belə olsaydı, yəqin ki, bu günə qədər Yer kürəsinin başına itin oyununu gətirərdilər. Bəs onlar bizdən nə istəyir? Kimdilər, ilk dəfə Yerə nə vaxt eniblər və bundan sonrakı planları nədir?


Ardı →