Yapon uzun ömürlülüyünün sirri | Getto möcüzəsi

yapon uzun ömürlülüyünün sirriDünyada orta yaş həddinin ən yüksək olduğu Yaponiyanın Okinava adasında uzun ömürlüyün sirri tapıldı. Okinavada yerləşən Ryuku universitetindən Şinkiçi Tavada və komandası 20 il davam edən axtarışı sonunda bəhrəsini verdi. Adadakı uzun ömrün sirrinin zəncəfil ailəsindən olan yerli Getto bitkisinin olduğu aşkarlandı. Tavada laboratoriyada bitkidən əldə etdiyi iksiri ömrü 1 ay olan soxulcanda təcrübədən keçirdi. Soxulcanları iki qrupa ayıran alimlər getto maddəsi alan heyvanların yaşama müddətinin 22,6 faiz artdığını sübut etdilər. Bu bitkinin üzümdə də tapılan antioksidan resveratrol maddəsinə sahib olduğunu təsdiqləyən Tavada yerli Okinavaların qış aylarında getto yarpaqları ilə düyü yediklərini, bu yolla qripə daha az yoluxduqlarını, xəstəliklərə qarşı daha dayanıqlı və güclü olduqlarını bildirdi. 1,2 milyon əhalisi olan adada orta insan ömrü 81,2 ildir. Dünya miqyasında bu rəqəm 70 ildir. Tayvana doğru uzanan Yapon adalarından ən böyüyü olan Okinavada orta insan ömrü Yaponiyaya görə daha çox uzundur, həm də ölkədəki 100 yaşını aşan insanların əksəri bu adada yaşayır. Adada yaşayan 427 adamın yaşının 100-ü keçdiyi aşkarlanıb.



Ardı →

Hesabı xanımların ödədiyi, qıza baxmağın ayıb sayıldığı ölkə

Hər bir xalqın öz adət-ənənələri, yazılmamış həyat qaydaları var. Amma dünyada yapon xalqından daha çox itki verən və qısa vaxtda əvvəlki inkişaf tempinə yüksələn ikinci bir xalq tapmaq çətindir. Gəlin, yaponları daha yaxından tanıyaq və uğurlarının sirrini açaq...

— Bir yaponun sizi evinə dəvət etməsi çox böyük hadisədir, bizim kimi qonaqpərvərlikləri yoxdur. Ailəvi dostlarla restoranda görüşürlər. Yaponun evinə dəvət edilmisinizsə, bu, böyük fəxrdir.

— Nə badə çağırıldığınız evə ayaqqabı ilə girəsiniz. Bu, ev sahibinə hörmətsizlik sayılır. Evə girən kimi qarşınıza Çin Səddi kimi “başmaq ordusu” qoyurlar, birini seçib geyinməlisiniz.
Ardı →

Yaponiya haqqında bilmədiklərimiz

Yapon xalqı vicdanlıdır. Əgər siz metroda pul kisənizi itirsəniz, 90 % onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi “itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək.

Yapon dilində söyüş yoxdur. Bu dildə ən pis sözlər “dəli” və “axmaq”dır.

Bütün yaponlar yemək haqqında danışır. Yemək zamanı yeməyin dadından, görünüşündən danışmaq lazımdır. Siz yemək zamanı bir dəfə də olsa, “dadlıdır” (oishii) sözünü deməsəniz, sizi mədəniyyətsiz insan hesab edəcəklər.

Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir.

Bu ölkənin polis işçiləri rüşvət almırlar. Siz ciddi bir qanun pozuntusu etmisinizsə, sizi 30 gün təcridxanada saxlamağa və vəkilinizi yanınıza buraxmamağa ixtiyarları var.

Yapon dili çox çətin olduğu üçün, yaponlar onların dilində 1-2 söz deyə bilən turistlərə hörmətlə yanaşırlar. Onlar hesab edirlər ki, dillərini öyrənmək mümkünsüzdür.

Dünyada Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Bura o qədər təhlükəsizdir ki, valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün narahat olmurlar.

Yaponlar delfin əti yeyirlər. Balıq dadı verməyən delfin əti dadlıdır. Delfin ətini həm çiy, həm də bişirilmiş (kabab, sup) şəkildə yeyirlər.
Ardı →

Yaponiya mədəniyyəti

Yapon ənənəvi incəsənəti özünəməxsus mahiyyət kəsb edir. Onun fəlsəfi prinsip və estetik dəyərləri digər ölkə və xalqların fəlsəfi görüşlərindən fərqlənir. Bu fərqin izahına ehtiyac var. Yapon incəsənətinin estetik prinsiplərinin formalaşması bu xalqın doğma təbiətə olan ilahi münasibəti təbiət gözəlliyinə səcdə etməsi ilə izah edilir.
Dağlıq ölkə olan Yaponiyada torpaq təsərrüfatı üçün məkan çox yararsız olduğuna görə insanlar tərəkəmə halında yaşayırdılar. Ona görə də, bu ölkənin hər qarış torpağına yapon əcdadları böyük səy və əmək sərf etmişlər. Bütün bu çətinliklərə baxmayaraq xalq öz həyatını bəzəməyi, zənginləşdirməyi də yaddan çıxarmamışdır, bu isə həm ciddi nizam-intizama, həm də mədəniyyətin təşəkkülünə geniş imkanlar açmışdır.
Yapon incəsənətinin estetik prinsipləri üç mühüm dini-fəlsəfi doktrina üzərində formalaşmışdı: bunlar Gündoğar ölkənin məskunları olmaq şərtilə sintoizm, konfutsiçilik və budduzmdir.


Ardı →

Yaponiya

Yaponiya arxipelaqına 3 minə qədər böyük və xırda adalar daxildir. Bunlardan ən böyükləri Xonsyu, Xokkaydo, Kyusyu və Sikoku adalarıdır. Hazırda Yaponiyada əhalinin mayı 130 mln-a yaxındır. Şərqi və Mərkəzi Asiya ölkələri içərisində Yaponiya şəhər əhalisinin sıxlığına görə I yerdə durur. Əhalinin 80%-i şəhərlərdə yaşayır. Yaponiya monoetnik ölkədir. Yəni onun əhalisinin 99 %-ini yaponlar təşkil edir. Yaponiyanın yerli əhalisi aynlar hesab olunurlar. 20 min nəfərdirlər. Bundan başqa Yaponiyada 700 min koreyalı, 80 min çinli, 23 min amerikan, 6 min filippinli, 5 min ingilis, 2 min hindli və 2 min nəfər kanadalı yaşayır.
Yaponiya adalarının ilkin məskunlaşması cənub-şərqi Asiyadan başlamışdır. Bu miqrasiya e.ə. VIII-VII minilliklərdə baş vermişdir. Onlar əvvəlcə Ryukku adalarına gəlmiş, sonralar isə şimal adalarına keçmişlər.


Ardı →

Tokio Universiteti

Tokio Universiteti (University of Tokyo) dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Tokio Universiteti 100 ən yaxşı ali məktəb arasında 22-ci yerdə sıralanıb. Tokio Universiteti Asiya qitəsinin  ən nüfuzlu universitetidir. 


Ardı →

Yaponiya

1. Qarpızın qiyməti Yaponiyada 200-300 dollar arasında dəyişir.
2. Tokio şəhərinin ilk adi Edo olmuşdur.
3. Oktyabrın biri Yaponiyada rəsmi olaraq qəhvə gunu qeyd edilir.
4. Tokio dünyanin əhalisinə görə ən böyük şəhəridir(32 milyon),sonrakı sıraları Seul,Mexiko şəhəri və New York tutur.
5. Yaponiya 6800dən çox adadan ibarətdir.
6. Yaponiyalılar deyir ki, cinlilər hər şeyi yeyirlər.
7. Yaponiyada hər il 1500ə yaxin zəlzələ baş verir.
8. Yapon qızlar adətən sevgililərindən ayrılandan sonra saçlarını kəsdirirlər.
9. Yaponiyada kuçələr çox dar olur və heç bir küçənin adi olmur.
10. Yaponların 60%i siqaret şəkir,bu dunyada ən böyük göstəricidi.
Davamı →

Şərqi Asiya ölkələri

Ərazisinin böyüklüyünə, əhalisinin sayına, sənaye və k/t məhsulları istehsalına görə bu region Asiyada 1-ci yerdə durur. Regiona 5 ölkə –Yaponiya, Çin, Koreya Respublikası, KXDR və Tayvan daxildir. Bunlardan Yaponiya və Koreya Respublikası IEÖ, KXDR və Çin sosialist ölkəsi, Tayvan isə YSÖ-sidir. Çin və KXDR faydalı qazıntılarla daha zəngindir.


Ardı →

7.1. Yaponiyanın iqtisadiyyatı əsrlərin sərhədində

1990-cı illərə qədər Yaponiyanın iqtisadi sistemi üçün üfürülən sabun köpüyünün vəziyyəti xarakterikdir. XX əsrin son onilliyinin əvvəlində partlamış bu sabun köpüyü hakimiy­yəti məcbur etdi ki, öz siyasətlərini artım tendensiyasından döndərib enişin qarşısını almağa tərəf yenidən istiqamətlən­dirsinlər. Yaponiya 1970-1980-ci illərdə dünya birliyində sənaye mallarının ticarəti və is­teh­salı üzrə ABŞ -dan sonra ikinci yeri inamla tuturdu. Ölkə bəzi sahələrdə dünya iqtisa­diy­ya­tının qloballaşma pro­sesləri ilə və təsərrüfat əlaqələrinin beynəl­miləl­ləş­di­ril­məsi ilə əlaqədar olan tələblərə cavab verərək dünya lider­­liyini qazanmağa və saxlamağa nail oldu. Lakin mər­kəz­ləşmiş dövlət hakimiyyətinin sintezinə və digər ölkələrin təc­rü­bə­sini məhsuldar şəkildə mənimsəmək qa­biliy­yə­tinə əsas­la­nan iqtisadiyyat modeli 1990-cı illərdə öl­kə­nin gələcək in­kişafını ləngitməyə başladı.


Ardı →

7.2.2.Yaponiya bankı

Yaponiya Bankı 1882-ci ildə 30 illik müddətə, öz banknotlarını buraxan böyük sayda şəxsi bankların əmələ gətirdiyi inflyasiyanın qarşısının alınması üçün yara­dıl­mış­dır. Sonra bankın fəaliyyət müddəti daha 30 ilə uzadılmış, 1942-ci ildə isə qanun qəbul edilmişdir. Bu qanuna görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət olunur, maliyyə naziri isə bankın qanuni aktlarını müstəqil şəkildə də­yişmək hüququnu əldə edirdi. 1949-cu ildə Siyasi şura yaradıldı. Siyasi şura döv­lətin monetar tənzimlənmə sahəsindəki maraqlarını müəy­yənləşdirməyə başladı. 1979-cu ildə Bank haqqında qanun modernləşdirilmiş, Mərkəzi bank isə uzunmüddətlilik statusu qazanmışdır.


Ardı →