Möcüzələrlə dolu ada Krit


Krit Yunanıstanın ən böyük adasıdır. Paytaxtı İraklion şəhəridir. Bu əfsanəvi məkana getmək üçün Bakı- Moskva-İraklion reysindən istifadə etməlisən. Möhtəşəm Krit mənzərəsi sübut edir ki, bura həqiqətən «Allahlar diyarı » olub. Adanın ən hündür yerində Zevsin doğulduğu «Dikteon» mağarası yerləşir. Deyilənə görə, ildə bir dəfə — Zevsin doğulduğu gün — mağaradan qəribə səslər gəlir, qeyri-adi işıq süzülür. Buna şahidlik etmək hər kəsə nəsib olmur. Möcüzəvi suyu olan Buhta Balos əsl sirlər diyarıdır. Bədənində sağalmaz yaraları olan insanlar buradakı suda çimən kimi sağalırlar.


Ardı →

Yunanıstan mədəniyyəti

Qədim Yunan mədəniyyətinə tədqiqatçılar xüsusi əhəmiyyət verirlər, bunun öz izahı var. Belə ki, Qədim Yunanıstanda yaranan mədəniyyət müasir dövrün sivilizasiyasının təməli olmuşdu. Bu dövrdə yaranmış və inkişaf etmiş bir sıra elmlər: riyaziyyat, hücum, təbiətşünaslıq, astronomiya və s.müasir elmdə çox hallarda ehkama çevrilmişdi. Qədim Yunan mədəniyyəti dünya sivilizasiyasının inkişafında güclü təsir göstərmişdir.
Qədim Şərq mədəniyyətləri – Mesopotamiya, Fələstin, Finikiya, Suriya, Hettlər, Elam, İran ilk sivilizasiyalarının təməlini qoymuş, sonralar sönməyə başlayaraq b.e.ə.I minillikdə zəngin Şərq mədəniyyətinin davamı Aralıq dənizinin ərazilərində yerləşən regionlarında davam etmişdi. Qeyd olunan regionda b.e.ə.VII əsrdən başlayaraq Yunanıstan mədəniyyət mərkəzinə çevrilmişdi. Yunanıstan qədim dövrlərdə yaranmış sivilizasiyalarının bir növ varisi olmuş, sonralar onu daha da zənginləşdirmişdi. Qədim yunan mədəniyyətinin yaranmasına Krit-Miken, Finikiyalılar, Misir, İran sivilizasiyalarının böyük tövhəsi olmuşdu.
Ardı →

Qədim yunan polisləri arasında münasibətlər

Yunanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri — polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbi­siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur.


Ardı →

Qədim Misir, Yunan və Roma incəsənəti

Tarixdən bəlli olduğu kimi Nil çayı boyunca yerləşən Misirdə mədəniyyət yüksək dərəcədə inkişaf etmişdir. Ən erkən dövrlərdə sayılan Misirin incəsənətində memarlıq əsas yer tuturdu. Bura möhtəşəm saraylar, nəhəng məbədlər və əlbbəttə ki, Misirin rəmzi olan ehramları daxil idi. Ehram memarlığını təşəkkülü fironlardan Xeops, Xepren və Mikerin adına gize deyilən yerdə ucaldılmış pramidalarla bağlıdır. Misir memarlığı tarixində xüsusi yer tutan memar Xemmunun yaradıcı təxəyyülünün bəhrəsidir.
Ardı →

Yunan_Iran müharibələri

Marafon döyüşü. İran-Yunan müharibəsi e.ə. 500-449-cu illərdə olmuşdu. İran şahı I Dara (522-486) Egey dənizindəki adaları, onun şərq, şimal sahillərini tutdu və bütün Yunanıstanı təhlükə altına aldı. Anadoludakı yunan şəhərləri olan İoniya şəhərləri Miletin başçılığı ilə İrana qarşı üsyan etdilər. Afina və Eretriya onlara kömək etdi. Lakin üsyan yatırıldı. I Dara Afinanı cəzalandırmaq üçün Afinadan 42 km aralı olan Marafon düzünə(Attikaya) qoşun çıxartdı. Afinalılar 10 min qoşun topladılar. Afinaya gedən yolu kəsdilər, təpələrdə yerləşdilər. E.ə. 490-cı il sentyabrın 13-dəMarafon vuruşması başlandı. Afina qoşunlarının strateqi Miltiad əsas qüvvələri cinahlarda yerləşdirdi, ortada zəif qüvvələri qoydu. İranlılar hücuma keçib yunan qoşunlarının mərkəzi hissəsini məğlub etdilər, qalib gəldiklərini güman edib irəli getdilər. Yunanlar cinahlardan iranlıları sıxışdırdı və məğlub etdi. Bir nəfər Afinalı 42 km qaçaraq özünü Afinaya çatdırmış və uca səslə demişdir: «Afinalılar, sevinin, biz qalib gəldik!». Bu igidin xatirəsinə 42 kilometrlik Marafon qaçışı yarışları keçirilir. Marafon döyüşündə yunanların əldə etdiyi qənimətlə heykəltəraş Fidi Afinanın heykəlini düzəltdi.Fermopil döyüşü. I Daranın oğlu Kserks (486-465) e.ə. 480-cı ildə Orta Yunanıstana hücum etdi. O, Şimali Yunanıstanı ələ keçirdi. Bütün yunan-şəhər dövlətləri iranlılara qarşı birləşdilər
Ardı →

Qədim olimpiya oyunlarının yaranması

Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəngdaşı və kristallik yamacları dar dərələrlə kəsişmişdir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla allahların məkanı hesab olunurdu. Allahların burada keçirilən məclisi də Olimp adlanırdı.
Bundan əlavə, bir sıra bədii özfəaliyyət kollektivlərinin xalq yaradıcılığı və müsabiqələri, məktəblilər arasında hər hansı bilik sahəsində konkret tapşırıqları daha yaxşı yerinə yetirmək üzrə keçirilən yarışlar (məsələn, riyaziyyat, fizika, kimya, biologiya, fiziologiya və s. fənlər üzrə) da Olimpiada adlanır.
Olimpiya oyunları Qədim Yunanıstanda Olimpiya şəhərində ilk dəfəe. ə. 776-cı ildə Zevsin şərəfinə yarışlar keçirilməyə başladı. Olimpiya oyunları 5 gün ərzində keçirilir, 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə idman yarışlarına həsr edilirdi.
Digər rəvayətə görə, Ellada hökmdarı İfıt Sparta hökmdarı Likurqla müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirməyi qərara alırlar.
Müəyyən müddət keçdikdən sonra Ellada torpağında bütün hərbi əməliyyatlar dayandırılır. Oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilir.
Ardı →