Günorta yuxusu

İndi insanlar günorta saatlarında yatmağa “günorta uşaqlar yatar” deyə  boş yanaşır. Ya da ağır iş həyatı ilə bağlı olaraq günorta yatmağa vaxt olmur. Halbuki gün ərzində azca yatmağın diqqəti artırdığı, bacarıqları yaxşılaşdırdığı, hafizə və zəkanı inkişaf etdirdiyi deyilir.

Yuxu beyin funksiyalarını və görmə bacarığını inkişaf etdirir, fiziki və ruhsal yaxşılaşmanı sürətləndirir.

Öyrənilməsi çətin olan kəlmələri yaddaşda saxlamaq üçün həm gecə, həm də gündüz yuxusunun faydaları var.

Araşdırma zamanı bir fincan qəhvədəki kafein ilə 60-90 dəqiqə gündüz yuxusunun fərqli hafizə testləri üzərində testi müəyyən edilib.

Qəhvənin heç bir təsirinin olmadığı görülərkən, günorta yuxusunun hafizə performansını inkişaf etdirdiyi təsbit edilib.


Ardı →

Düzgün yuxu rejimi nece olmalıdır?

Rejimin olmaması, alkoqollu içkilərin və stimulyantların qəbulu, üstəlik zəngli saatlar və gün işığı – bütün bunların hamısı sizin daha çox «bioloji saat» kimi tanınan bioloji ritminizə müdaxilə edə bilər.

Virciniya ştatının Arlinqton şəhərində mənzillənmiş xeyriyyə təşkilatı — ABŞ Milli Yuxu Fondu bildirir ki, fərdi həyat tərzləri yuxu ehtiyaclarının öyrənilməsi üçün əsas faktordur, lakin yaşınıza uyğun olaraq burada ümumi tövsiyələr də var.

Yeni doğulanlar (0-3 aylıq): İdeal halda yenicə doğulanlar hər gün 14 saatdan 17 saatadək yatmalıdırlar, hərçənd 11-13 saat da kafidir. Onların 19 saatdan artıq yatmalarına yol vermək olmaz.

Çağalar (4-11 aylıq): tövsiyə olunan yuxu vaxtı 12-15 saatdır. Azı 10 saat da kifayət edər. Onlar 18 saatdan artıq yatmamalıdırlar.


Ardı →

Şirin yuxuya dalmaq üçün yoqa

Gecənin yarısıdı, yatağınıza uzanmısız, ancaq yata bilmirsiz. Təqdim etdiyimiz bu yoqa rejimi sizi rahat yuxudan uzaqlaşdıran əzələ problemlərini həll etmiş olacaq. Bərpaedici özəlliyi olan bu yoqa rejimi bədən və beyninizin dincəlməsinə, dərin yuxuya getmənizə kömək edəcək. Bu hərəkətləri edin, dərindən nəfəs alın və şirin yuxulara dalın! 

İlk öncə dizlərinizi yerə qoyaraq körpü şəklində dayanıb əllərinizi yerə dirəyin. Bədənin orta hissəsini elastik şəkildə aşağıya doğru hərəkət elətdirib başınızı yuxarı qaldırın. Daha sonra bədənin orta hissəni yuxarı qaldırıb başınızı aşağı salın. Sol qolunuzu yerdən götürmədən sağ qolunuzu yuxarı qaldıraraq bədəninizi də o istiqamətdə çevirin. Sonra sağ qolu gətirib sol qolun altından o yana çıxarın. Dizlərinizi yedən tərpətmədən sağ qolunuzu yerə qoyub, sağ çiyninizi yerə söykəyin və sol qolunuzu hərəkət elətdirin.

Eyni  hərəkətləri sol qol üçün təkrarlayın. Dizlərinizi yerdən götürüb yenə eyni çöməlmiş vəziyyətdə əllərinizi yerə söykəyib durun. Sağ və sol ayağınızı növbə ilə qaldırıb aşağı salın. Daha sonra yerə oturaraq sol ayağınızı arxaya uzadın, sağ ayağınızı öndə geriyə qatlayıb oturun. Əllərinizi öndə birləşdirib başınızı üstünə qoyun və rahatlayın. Sağ ayağınızı bükülmüş vəziyyətdə sol ayağınızın üzərinə qoyun və başınızı qarşıya uzadıb dincəlin. Sağ ayağınızı önə  uzadıb sol ayağınızı içəriyə bükün. Sonra sol qolunuzu başınızın üstündən uzadıb sağ ayağnıza toxunun. 


Ardı →

Yuxuda gəzənlər - Somnabulizm

Yuxudadır, amma gəzir...

 Bəzi insanlar yuxudaykən ayağa durur, gəzir, danışır, qışqırır, hətta qəribə hərəkətlər də edir. Yuxudan oyunanada isə onlardan nəyə görə belə etdiyini, bilmədiyi bir dildə necə danışdığını soruşanda bundan xəbərsiz olduqlarını deyirlər. Bu cür insanlar somnabulizmdən əziyyət çəkirlər.

 Onlar yuxudaykən özünü oyaq kimi aparır, evdən çıxa, maşın sürə və başqa təhlükəli hərəkətlər də edə bilərlər. Bəzi hallarda somnabulizmin qurbanlarının adam da öldürməyi, müxtəlif ağır cinayətlər törətmələri məlumdur.   

 Qeyd edək ki, somnabulizmin əlamətləri tez-tez təkrarlanarsa, mütəxəssisə müraciət etmək lazımdır. Bundan əziyyət çəkənlər yuxuda olarkən yataqdan qalxıb gəzməyə başlayır. Onlar yuxuda danışa, hansısa hərəkətləri icra edə bilərlər. Kənardan müşahidə etdikdə elə təəssürat oyanır ki, oyaqdırlar. Diqqət yetirdikdə bəzi əlamətlərə görə belə adamların yuxuda olduğunu bilmək olar. Yuxuda özünü oyaq kimi aparan adamın hərəkətləri asta və rəvan olur. Onların gözü açıq olsa da heç nə eşitmir və anlamırlar. Adətən onlara elə gəlir ki, evlərində deyil, başqa yerdədilər. Belə əlamətlər həftədə 2-3 dəfə özünü göstərə bilər.


Ardı →

Yuxudan yorğun oyanmağın səbəbləri

Hər gün səhər oyandığınızda özünüzü yorğun hiss edirsiz, fərqinə varmadan gündəlik həyatınızda bəzi xətalara yol verirsiz. Bəs səhər yuxudan yorğun qalxmanızın səbəbi nə ola bilər? Axı yenicə yuxudan oyanmısız?!

Yetərincə su içməmək, qanda dəmir azlığı yorğunluğa səbəb ola bilər. Yuxusuzluq sadəcə enerjinizi tükətməz, bununla yanaşı fiziki və ruhən sizi yorar.

Yetərincə su içməmək. Bədəninizin susuz qalması enerjiniz üzərində böyük təsirə malikdir. Susuzluq qanın azalmasına səbəb olur. Ürəyiniz daha zəif işləməyə çalışar, nəticədə orqanlara gedən oksigen və qida miqdarında azalma yaşanır. Bunun üçün su için.

Yetərincə dəmir qəbul etməmək. Özünüzü yorğun hiss edirsiz və diqqət gücsüzlüyü yaşayırsızsa, dmir əksikliyi probleminiz var. Anemiya riksini azaltmaq üçün dəmir qəbulunu artırın. Yağsız ət, yumurta sarısı, tünd yaşıl yarpaqlı tərəvəzlər, qabıqlı quruyemişlər, yerfındığı əzməsi yeyin.

Səhər yeməyini yemirsiz. Gecə yedikləriniz əriyər və səhər yeməyi ilə yenidən o enerjini yığmalısız. Səhər yeməyi yeməsəniz tənbəlləşərsiz. Tam taxıl, proteinli sağlam qidalar yeyin.

Nə gəldi yeyirsiz. Şəkər və sadə karbohidratla zəngin olan qidaların qlisemik indeksi çox yüksəkdir. Qan təzyiqindəki ani yüksəlmələr də yorğunluğu artırır. Sobada qızardılmış toyuq, qəhvə rəngli düyü, somon balığı, dadlı kartof, ya toyuqlu, meyvəli salat yaxşı seçimdir.


Ardı →

Ən çox görülən 30 yuxu

Almaniyada aparılan bir araşdırma, yuxu dünyasının qapısını açdı. Qadınlar ən çox üzür, kişilər qadınlardan daha çox sevişir, gənclər hörümçəkdən qorxur, yaşlılar pul tapır. Ən çox uçmağı sevirik. Təcavüzə məruz qalmaq, kiməsə təcavüz etməkdən daha çoxdur.

Yuxunun sirri əsrlərdir insanlara bəlli deyil. Ümumiyyətlə niyə yatmağımızın da ağlabatan bir cavabı yoxdur. Amma Almaniyada aparılan bu araşdırma yuxu ilə bağlı bəzi statistik məlumatlar verməkdədir. Sən demə bəzi yuxuları bütün insanlar görür. Dünən gecə siz böyük ehtimalla evlərin, yolların üzərindən uçmusuz. Kimdənsə qaçmısız, bir şeyi təkrar-təkrar etməyə çalışmısız, tanıdığınız, yaxud tanımadığınız biriylə sevişmisiz.


Ardı →

Yeməkdən sonra gələn yuxunun səbəbi

Yemək sonrasında bəzi insanlar özünü yorğun hiss edir və yatmaq istəyir. Yuxunun yaranma səbəblərindən biri çoxlu qidalanmadır.

Türkiyəli mütəxəssisin sözlərinə görə bu proses həzm prosesi ilə əlaqəlidir. Belə ki,  həzm metobalizmi yemək yedikdən sonra həzm üçün bol miqdarda enerjiyə ehtiyac duyur. Başqa sözlə nə qədər çoxlu qida qəbul edilərsə bir o qədər enerjiyə ehtiyac yaranır. Xərclənən enerji sonrasında yaranan yorğunluq yuxulamalara səbəb olur.

Bu baxımdan qida qəbulunda böyük boşqabları kiçiltmək, başqa sözlə düzgün qidalanmaq lazımdır. Çünki, yemək sonrası qan şəkərində görülən artımın sürəti və miqdarı yeyilən qidalara görə dəyişik olur. Az qidalanmaq həmin prosesə kömək edərək yemək sonrası yorğunluğu və yuxu gəlməsini azaldır.


Ardı →

Sağlam yuxu üçün lazım olan məhsullar

Yuxu ilə bağlı problemlərin səbəbi müxtəlif olduğu kimi onların müalicə üsulu da müxtəlifdir.
Yuxunun tənzimlənməsi üçün bəzi məhsulların mütəmadi olaraq qəbulu məsləhət görülülr.

Yuxudan öncə ne yemək və içmək laızmdır?
Yaxşı yuxu sağlamlığın təminatıdır. Yuxu pozğunluqları bir çox xəstəliklərə səbəb ola bilər. Rasionun korreksiyasi həqiqətən yuxusuzluq və digər yuxu problemlərində köməkçi ola bilər. Beləliklə serotonin və triptofan nə deməkdir?

Baş beyində serotoninin (yuxu hormonu)atılması və karbohidratlar arasında müəyyən əlaqə vardır. Buna görə yatmazdan 1 saat öncə yeyilən az miqdarda zülal və karbohidrat tərkibli qida serotoninin artmasina səbəb ola bilər. Niyə?

Serotonin maximal ayrılması üçün 2 əsas lazımdır. Triptofan — serotonin ayrılması üçün xammal olan amin turşuları. Zülal tərkibli məhsullarda vardır. Karbohidratlar — Siz karbohidrat yedikdə, orqanizm insulin istehsal edir. O isə, triptofanın beyinə düşməsi üçün yolu təmizləyir. Buna görə, çalışın, yuxudan 1 saat əvvəl az miqdarlı zülal və karbohidratlar tərkibli yüngül qida yeyin.
Ardı →

Yuxusuzluq zamanı sadə bitki reseptləri

Yuxusuzluğun ən əsas səbəbi həddindən artıq stressdir. Stress varsa yuxu sizi tərk edəcək. Sıx düşüncələrlə dolu beyn isə tez bir zamanda  dincələ  bilməz. Bu problemin və yuxusuzluğun ən əhəmiyyətli səbəbi həddindən artıq stressdir.

Bu problem zamanla bədənimizə əhəmiyyətli ölçüdə təsir edir və gün içindəki yaşamımızda öz əksini tapır. Bitkilərlə hazırlanan bir neçə asand resept bu problemlərinizi həll etməyə kömək edər,  yuxu almış, dincəlmiş bədən və beynlə günə başlaya bilərsiniz.

* 1 çay qaşığı lavanda otunu 1 stəkan qaynar su ilə 5 dəqiqə qaynamağa qoymaq lazımdır.

Hər gecə bu çaydan bir stəkan içmək fayda verəcək. Bununla yuxusuzluq probleminiz həll olunacaq. Ancaq çox içməməli və vərdiş halına gətirməməlisiniz. Yalnız yuxu problemi olanlar istifadə edə bilər.


Ardı →

İsti havalarda rahat yatmaq üçün nə etmək lazımdır?

İsti havalarda yuxu problemləri artır. Xüsusi ilə havasız gecələrdə yatmaq demək olar ki, imkansızdır.
Rahat yatmaq üçün hər şeydən əvvəl havası yaxşı olan yer seçmək lazımdır. İstiyə qarşı çox həssas olanlar yataq otağında kondisionerdən istifadə edə bilər. Ancaq bu zaman olduqca diqqətli olmaq lazımdır. Çünki nəzarətsiz kondisionerdən istifadə sizi rahatlatmaq əvəzinə daha çox problem yarada bilər. Kondisionerlərin filtrləri daha tez-tez təmizlənməli, temperatur 24-25 dərəcədən aşağı salınmamalıdır.

İnsanlar ən azı aldıqları paltar qədər yataq və örtüklərinə də diqqət etməlidirlər. Nəinki yayda, ilin bütün fəsillərində yataq dəstinin pambıqdan olması şərtdir.
Keyfiyyətli yay yuxusu üçün daha bir diqqət yetirilməli məsələ yeməkdir. Son yeməklə yuxu arasında ən azı 3 saat fərq olmalıdır. Yağlı, qızartma, acı, turş qidalardan qaçmaq lazımdır.
Ardı →