Zəm-zəm suyu ilə bağlı maraqlı faktlar

zəm-zəm suyuÜmumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyanın ən sağlam və faydalı sularından olan zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır.

Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə zəm-zəm suyunun mənbəyi tapılmır. 


«Zəm-zəm» sözü ərəbcə «dayan» mənasını verən «zome» sözündən yaranmışdır. Əsrlər boyu haqqında danışılan, ölümsüzlüyün sirri hesab olunan zəm-zəm suyu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən araşdırılıb. Mənbəyi hələ də tapılmayan su dənizdən 80 kilometr uzaqlıqda yerləşir. Ətrafında heç bir başqa su quyusu yoxdur. Alimləri dəhşətə gətirən faktlardan biri budur ki, həcc mövsümundə milyonlarla zəvvarın su içdiyi quyu əsrlərdi qətiyyən qurumur. Bu quyuya suyun necə gəldiyi isə tam bir müəmmadır.
Davamı →

Zəmzəm suyu

Keçən əsrin 70 – ci illərində bir sıra alimlər Zəmzəm suyu haqqında müxtəlif fikirlər söyləyirdi. Onların qənaətinə görə, Zəmzəm quyusu dəniz səviyyəsindən aşağı olduğundan, qrunt suları ilə qarışma ehtimalı çoxdur. Onun mənbəyini tapmaq üçün quyunun suyunu nasosla çıxarmaq qərarına gəliblər. Nasosların failəsiz işləməsinəbaxmayaraq, quyudan su tükənmir, eyni səviyyədə qalırdı. Belə olan halda suyun mənbəyini tapmaq üçün quyunun dibinə enməyə cəhd edilib. Bu zaman da qəribəliklər baş verib. Belə ki, quynun dibində, mütəxəssislərin ayağı altında qumun tərpəndiyi hiss olunub.
Ardı →

Müqəddəs Kəbə

Kəbənin tikilməsi
Belə bir rəvayət söylənilir: Adəm (s.ə.s) və Həvva Cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salınmışlar. Adəm Şri-Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir. Adəm ilə Həvva yalnız 200 ildən sonra Məkkə ərazisində bir-birinə yenidən qovuşmuşlar. Uzun ayrılıqdan sonra onlar ilk dəfə Ərəfat dağında bir-birilə tapışır. Lakin Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı. Nəhayət, Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirtmişdir. Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur. O, haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür. Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə evini tikmişdir. Nuh Peyğəmbərin (s.ə.s) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır.



Ardı →