Optimizm və ümidsizlik | Zeydi Smit

  • Esse
Əvvəlcə vəziyyətin cəfəngliyinə baxaq. Bir ədəbiyyat mükafatını qəbul etmək həmişə bir az absurddur, amma indiki vaxtda təkcə mükafatı alan yox, verən də bu təşəbbüsdən bir az xəcalət çəkir. Amma, budur, buradayıq. Başqan Tramp qərbdə yüksəlişə keçir, okeanın o tayında birləşmiş bir Avropa üfüqdə batmaqdadır, fəqət biz yenə də buradayıq, ədəbiyyat mükafatları alıb-veririk. 8 noyabrda [1] olanlarla o qədər çox şey qəfildən absurd hala düşdü ki, bu siyahının içinə öz yazdıqlarımı da qatmağa çəkinirəm, bundan ona görə bəhs edirəm ki, yaradıcılığımla bağlı bu günlərdə mənə ən çox verilən sual bununla bağlıdır.

Sual belədir: “İlk romanlarınızda çox optimist görünürdünüz, halbuki indi kitablarınızda ümidsizlik havası hiss edilir. Belə demək olarmı?” Bu, adətən cığal həvəsiylə verilən bir sualdır – bir uşağın onsuz da elədiyi bir şeyi eləmək üçün icazə istədiyini eşitmisinizsə, bu üslub sizə tanış gələcək.
Davamı →