H.Z.Tağıyevin mühakimə edilməsi

1912-ci ilin əvvəllərində Bakının ictimai həyatında elə bir hadisə baş verdi ki, nəinki, azərbaycanlıları, bəlkə də bütün müsəlmanları həyəcana gətirdi. Bu H.Z.Tağıyevin mühakimə edilməsi idi. Hadisə belə olmuşdu: vaxtı ilə Tağıyevin pulu ilə ali texniki təhsil alıb qayıtmış Lütfəli bəy Behbudov səkkizinci ilə keçirdi ki, Hacının yanında mühəndis kimi işləyirdi. Evinə gedib-gələn, məhrəm bir adamdı. Necə olursa Hacı Lütfəli bəyin Sona xanıma (Hacının arvadı) olan münasibətindən şübhələnir və onu cəzalandırmağı qərara alır. Bir gün (bu hadisə 1911-ci il may ayının 16-da olmuşdu) Lütfəli bəyə xəbər göndərir ki, yaşadığı evin otaqlarında nə isə dəyişiklik eləmək istəyir.

Davamı →

Bakı milyonçularının varislərinə çatmayan mülkləri

Azərbaycan milyonçularının XX əsrin əvvəllərində inşa etdirdiyi imarətlər bu gün ya yaşayış binası kimi istifadə olunur, ya da orada dövlət idarələri yerləşir.

Məsələn, Ağa Musa Nağıyevin tikdirdiyi 98 binadan çoxu bu gün inzibati idarələr kimi istifadə olunur. Bunlara misal olaraq ARDNŞ-nin və «Lukoyl» şirkətinin, Zabitlər Evinin, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin, Milli Elmlər Akademiyasının, «Azərittifaq»ın, İqtisad Universitetinin, bəzi xəstəxanaların yerləşdiyi binaları göstərmək olar.
Ardı →

Bakı Müsəlman Qız Məktəbi

III Aleksandr sağ olanda Azərbaycan milyonçularından olan Zeynalabdin Tağı oğlu Tağıyev ona ərz-hal yazıb, müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmaq üçün icazə istəyir. III Aleksandr bu xahişi rədd edir. O öləndən sonar II Nikolay taxta çıxır. Tacgüzarlıq mərasimi münasibəti ilə Hacı senatorun vasitəçiliyi ilə Nikolayın arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır və  eyni zamanda Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, rus-müsəlman qız məktəbinə Tsaritsa Aleksandra Fyodorovnanın adı verisin.
Ardı →