Ziqmund Freyd | Sənət və sənətçilər haqqında

Böyük rus yazıçısı Fyodor Dostoyevskinin qumar asılılığına tutulmasının avstriyalı Ziqmund Freyd tərəfindən psixoloji analizi
Ölümündən sonra yayımlanan yazıları və yoldaşının yazdığı gündəliklər, Fyodor Dostoyevskinin həyatının bir hissəsini, yəni Paris şəhərində qumar asılılığına düçar olduğu zamanı geniş şəkildə açıqlayır. (Fiilöp-Miller ve Eckstein, 1926).

Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə görə hər kəsin ümumi olaraq qəbul etdiyi kimi qumar pataloji bağlılıq problemidir. Şübhəsiz ki, bu qeyri adi və xoş olmayan davranışlarına görə Dostoyevski özünə məxsus rasionallaşdırmalardan istifadə edirdi.
Davamı →

Freydin sevgi məktubu

  • Sevgi
İstəkli sevgilim, oduna yandığım, gözəl qız!
Mən bunu bilirdim: yolların gətirib çıxardığı bu uzaqlıq, sənin olmadığın bu yerlər, mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaqdır. Ancaq ha çalışsam da, məni saran bu duyğuların dərinliyinə varmağı bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir. Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni qorxudur. 

Arxadaşlarımın deməsinə görə, gerçək sevgi elə belə də olur. Sənin görkəminin ayrı-ayrı cizgilərini gözümün önündən keçirirəm və bu anlarda yaşadığım duyğuların gözəlliyindən, qeyri-adiliyindən yaranan xoşbəxtliyi doğuracaq başqa bir fantaziyanın olacağına inanmıram. 
Davamı →

Yazıçı uşaq kimi hərəkət edir

  • Esse
Sigmund FreudZiqmund Freyd həyatının böyük bir hissəsini yuxunun psixologiyasını araşdırmağa ayırıb. Froyd tədqiqatlara öz yuxularından başlayıb. Psixoanalizin inkişafına Froydun atasının ölümü çox böyük təsir göstərib. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan ruhunun bütün problemləri uşaqlıqda yaşadığı faciələrlə əlaqəlidir. “Edip kompleksi”nin də kəşfi həmin ilə təsadüf edir. Psixoanaliz təlimini inkişaf etdirən Froyd müxtəlif vaxtlarda tezislərinə düzəlişlər edərək təkmilləşdirir.

1908-ci ildə, fantaziya ilə yaradıcılığın kəsişdiyi nöqtə onun diqqətini cəlb etdi və o «Yazıçılıq və xəyal qurmaq” adlı bir məqalə qələmə aldı. Nəzəriyyələrində bəzi ziddiyyətlər olsa da da, müasir psixologiyada onun mühüm yeri var.
Davamı →

Freyddən Lacana kimi "Edip kompleksi"

Psixoanalizin banisi hesab olunan Ziqmunt Freydin irəli sürdüyü fikirlərdən biri də uşağın qarşı cinsdən olan valideyninə cinsi istək duymasıdır. O bunu «Edip kompleksi» adlandırmışdır. Bu anlayış yunan miflərindən olan, Sofoklın «Edip tragediyası»ndan götürülmüşdür.

Mifə görə Debai şəhərinin kralı Laiosun övladı olmurmuş, narahat olan kral dərdini Apollona danışır. Apollon da ona, övladın olarsa, gələcəkdə səni öldürüb, anası ilə evlənəcəyini bildirir. Bunu eşidən Laios fikrindən imtina etməyə başlayır, lakin bir oğlu dünyaya gəlir. Gələcəkdə öldürülməsindən qorxan kral oğlunun öldürülməsini istəyir, ancaq Kraliça Lakosta buna imkan vermir və öldürmək əvəzinə uzaqlarda bir yerdə, tək başına buraxılmasını təklif edir.
Davamı →

Freyd haqqında 15 fakt

1. Ziqmund Freydin tam adı – Siqizmund Şlomo Freyddir.

2. Valideynləri Ziqmundun təhsil almasına böyük diqqətlə yanaşırdılar. Digər uşaqlar şam işığında dərslərini etdikləri halda, Ziqmunda neftlə işləyən lampa və ayrıca otaq ayırmışdılar.

3. Ziqmund Freyd latın, yunan, fransız, ingilis, italyan, ispan, qədim yəhudi dili və alman dilini bilirdi.

4. Freydin ilk elmi məqaləsi çay ilanbalıqlarının cinsi fərqlərinin müəyyən edilməsinə həsr olunmuşdu.

5. Hazırda ümumi qəbul edilən “uşaq serebral iflici” termini məhz Freydə məxsusdur.
Davamı →

Freyddən sitatlar

Nә qәdәr кi güclü ideyaya söykənir,insan güclüdür.

Hirsli insanın daş əvəzinə söz atdığı gün sivilizasiya yaranıb.
 
Аnаtоmiya – taledir.

Hər bir unutqanlığın arxasında istəksizlik durur.

30 illik tədqiqatlarıma baxmayaraq cavabını bilmədiyim böyük sual: “Qadın nə istəyir?”
Davamı →

Enşteynin Freydə məktubu

Tarixdə iz qoymuş bu iki insan məktublaşmalarından beş il öncə 1926-cı ildə Berlində tanış olublar. Enşteynin bu yazışmalarla bağlı təəssüratlarını bilmirik, lakin Ziqmund Freyd dostlarına yazdığı məktublarda Enşteyndən tez-tez söz edib. Ondan özündən əmin və sevimli bir insan olaraq bəhs edib. «Mən nə qədər fizikadan anlayıramsa, o da elə o qədər psixologiyadan anlayır, lakin söhbətimiz çox xoş idi» deyir. Enşteynlə olan məktublaşma dövrü isə 1931-1932-ci illəri əhatə edib. Yayımladığımız məktub «Why war?» («Niyə müharibə?») kitabından götürülüb.

Davamı →

Ziqmund Freydə görə şüurlu təhtəlşüurun 5 qaydası

Sigismund Şlomo Freyd 6 May 1856 – 23 Sentyabr 1939-cu il tarixləri arasında yaşamış psixoanaliz elminin banisi avstriyalı nevroloqistdir.
Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun, pasient  və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.

Sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma Freyd tərəfindən işlənmişdir. «Psixodinamik» terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və şüur arasında arasıkəsilməyən mübarizəni nəzərdə tutur.


Ziqmund Freydə görə insanlarda şüurlu təhtəlşüurun 5 qaydası var:

1. Biz nə üçün hər ay yeni birinə vurulmuruq? Çünki bu zaman hər dəfə ayrılarkən qəlbimizin bir hissəsini itirmiş olardıq. 
2. Biz bir-birimizi təsadüfən seçmirik. Bizim qarşımıza yalnız əvvllər şüuraltımızda mövcud olan insanlar çıxır.
3. Biz ən çox sevərkən tamamilə köməksiz olur, sevgi obyektini və ya onun sevgisini itirərkən isə ümidsizcəsinə bədbəxt oluruq. 
4. Sevildiyinə şübhə etməyən insanlar cəsur və özünəinamlı olurlar. 
5. Hər bir kəsin heç kəsə etiraf etmədiyi və özünün də xəbərsiz olduğu arzuları olur

 

 


Davamı →

Ziqmund Freyd və onun dinin yaranması barədə görüşləri

Freyd (1856 -1939) avstryalı psixiatr, psixoloq və psixoanalizmin banisidir. Freydin din barədəki fikirləri onun psixoloji görüşlərindən təsirlənmişdir. O,dinin mənşəyini insanın psixi ehtiyaclarında görür. Freyd üç müxtəlif yolla sübut etməyə çalışır ki, insanların psixikasındakı problemlər bir sıra hadisələrin, o cümlədən, din və dini meyllərin yaranmasının əsas səbəbidir. Bunlardan birində o öz psixoanalist gorüşlərindən istifadə edir, digərində ibtidai insanların tarixinə üz tutur, üçüncü mərhələdə isə yəhudilik və xristianlıq dinlərini araşdırır, dinin mənşəyi barədə fikirlərini açıqlayır.

Freyd dinin mənşəyini psixoanalizm baxımından belə izah edir: İnsanda müxtəlif meyllər mövcuddur. Bu meyllərin kökündə şəhvani meyl (Freyd bunu “libido” adlandırır) dayanır. Şəhvani meyl tam şəkildə ödənilməlidir.
Ardı →

Ziqmund Freyd

Sigizmund (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur) Freyd Frayberqdə yəhudi ailəsində doğulub. Onun atası Yakob anasından — sayca üçüncü arvadından 20 yaş böyük idi. Əvvəlki evliliyindən böyük oğlanları olduğuna görə Freydin ilk dostu ondan bir yaş böyük olan qardaşı oğluydu. Atası yun satmaq biznesiylə qazanmağa cəhdlər eləsə də, deyəsən, ticarətdə əli gətirən deyildi. Atasının bu işdə fərsizliyi Freydin xasiyyətində dərin izlər buraxmışdı. Çünki bu balaca uşaq qəti qərara gəlir ki, atasının uğursuzluğunu öz nailiyyətləriylə ört-basdır edəcək.
3 yaşında olanda ailəsi antisemit sıxışdırmaya görə Leypsiqə, daha sonra Vyanaya köçməli olur. Bir az böyüyən kimi bacıları kiçik otaqda sıxışmalı olsalar da, Freydə ayrıca otaq verdilər.


Ardı →