Açıq-saçıq geyimlər

 Son illər ölkədə qadınların açıq-saçıq geyimlərdən istifadə etməsi adi hal alıb. Bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Eyni halda açıq-saçıq geyimlərin yaratdığı fəsadlar və problemlər günü-gündən artmaqdadır. Belə ki, ailə zəminində, qeyrət üstündə baş verən insan qətlləri, qadın əxlaqsızlığının yayılması, xüsusilə ailə daxili münasibətlərin soyuması və ailələrin dağılmasının artan xətt üzrə inkişafı açıq saçıqlığın yaratdığı problemlərdəndir. Açıq-saçıq geyimlərin artmasının səbəbləri və adı çəkilən geyim növlərinin cəmiyyətin formalaşmasına və inkişafına mənfi təsir göstərməsi ilə bağlı açıqlama verən psixoloq Günel Aslanova maraqlı fikirlər səsləndirdi.

Ekspert qeyd etdi ki, şəxsiyyət xüsusiyyətlərinin geyimdə əks olunması və geyimin insana təsiri psixologiyada tədqiq edilən ən maraqlı problemlərdən biridir: “Artıq uşaqlıqdan başlayaraq geyimlə əlaqədar müəyyən seçimlər, şəxsi tərz formalaşır. İnsanın bu və ya digər geyimi seçməsinə başlıca olaraq geyimin estetikliyi təsir etsə də, digər nüanslar da var ki, geyim seçiminə şüuraltı olaraq təsir edir. Geyim insanın müxtəlif əhval və arzularını əks etdirir. Bu rəng, parça seçimində, dəbi izləmə və ya inkar etmədə, bəzək əşyalarının olub-olmamasında, tərzin peşə, bədən quruluşu və xarakterlə qarşılıqlı əlaqəsində təzahür edir.”

Ardı →