Ağ paltarların yuyulması

Hazırda paltaryuyan maşınlar paltar yuma işini asanlaşdırsa da, onları fərqli dərəcələrdən istifadə etmək paltarlarınızın xarab olmasına səbəb ola bilər. Xüsusilə ağ paltarlarda bu problemə daha çox rast gəlinir.

Ağ paltarları yuyarkən bəzi məqamlara diqqət etmək lazımdır. Əks təqdirdə paltarlarınız zərər görər və ən sevdiyiniz köynəyinizi toz əsgisi kimi istifadə etmək məcburiyyətində qala bilərsiniz.

Ağ paltarlar neçə dərəcədə yuyulmalıdır?
Rəngli və kirli paltarlarınız yığıldısa, onları mütləq ayrı-ayrı yumaq lazım olduğunu unutmayın. İstifadə edəcəyiniz yuyucu vasitələr də fərqli növlərdə olmalıdır.
Davamı →

Gəlin paltarları və onların növləri

Hər birimizə aydın olduğu kimi ənənəvi olaraq gəlin paltarı ağ rənglə assosiasiya olunur. Gəlin haqqında söz düşərkən biz ilk növbədə gözəl və ehtişamlı ağ gəlinlikləri beynimizdə canlandırırıq. Bəlkədə bu artıq qəbul etdiyimiz bir qayda və vərdiş halıdır. Artıq xanımlar gəlinliklər seçərkən başqa rənglərə də üstünlük verirlər, ancaq yenə də ağ rəngli gəlinliklər liderliyini qoruyur.  16-17-ci əsrlərdə ağ rəngli gəlinlikləri yalnız ömrünü Tanrıya xidmət etmək üçün kilsə həyatını seçən qızlar geyinə bilərdi. «Adi» qızlar isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinirdilər. Tünd və qara rənglər isə ümumiyyətlə istifadə olunmurdu.
Ardı →