Pendirin faydaları

Araşdırmalar nəticəsidə alimlər müəyyən edib ki, pendirin içində olan phenylethylamine adlı maddə qan dövranını sürətləndirir və qandakı qlukozanının səviyyəsini yüksəldərək beynə sevgi siqnalları göndərir. Pendir yüksək kalorili qida məhsuludur. O, südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə, deşikli və deşiksiz olur.

Pendirin tərkibində yüksək zülal payı (25%), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) var. Pendirin tərkibində olan zülallar insan orqanizimində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahın yaranmasına şərait yaradır. Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar: buraya zülallar, yağlar, mineral maddələr, kalsium, fosfor da daxildir.
Ardı →