Uşaqlarda erkən diş çürüməsi problemi

Yetkin insanların öpüşləri beş yaşından aşağı uşaqlarda erkən diş çürüməsinə səbəb olduğunu bilirdinizmi?

Geniş yayılmış, çox tez inkişaf edən və uşaqların irəliləyən yaşında da ağız və diş sağlamlığını təhlükəyə salan “uşaqların erkən diş çürüməsi problemi” bəzən körpəyə göstərilən ifrat sevginin yol açdığı səhv davranışların nəticəsində yaranır.


Davamı →

Dişləriniz ağrımasın

Dişlərinizin həssas olmasından və tez çürüdüyündən şikayət edirsinizsə, yediklərinizə diqqət etməlisiniz. Ağız və diş sağlamlığının qidalanma ilə yaxından əlaqəsi olduğunu söyləyən mütəxəssislər diş əti qanamalarından və diş çürüklərindən qoruyan, ağlıq verən qidaları sıralayıb: kartof çipsi, pendirli peçenye, qurudulmuş meyvələr ağızda uzun müddət qala bilən yeməklərdir. Yeməklərdən sonra alma yeyilməlidir. Çünki alma dişləri və diş aralarını təmizləyir. Dişləri ağartmaq üçün bananın qabığını dişlərimizə sürtməli və sürtdükdən sonra yumalıyıq.

Davamı →

Ağız qoxusu yaradan yeməklər

Ağız qoxusu yaradan yeməklər

Ağız qoxusu, pis nəfəs qoxusu əksər yediyimiz yeməklərlə əlaqədardır. Yediyimiz çiy soğan və sarımsaq şiddətli və pis bir ağız qoxusuna səbəb olur. Bundan əlavə diş əti qanaması da ciddi bir ağız qoxusu xəbərçisidir. Diş ətləriniz qanayırsa və siz fərqində deyilsinizsə, bu zaman ağız qoxusu problemi yaşayarsınız. Ağız içində diş ətləri, dil və damaq quruduğu zaman bakteriyalar törəyir. Törəyən bakteriyalar da yenə şiddətli qoxuya səbəb olmaqdadır. Beləcə ağızdan ətrafa digər insanları narahat edəcək pis bir nəfəs qoxusu dağılır.


Davamı →

Ağız yaraları üçün faydalı üsullar

  • Duzlu su
    Ağız yaralarını aradan qaldıran ən təsirli üsul duzlu su ilə ağzı yaxalamaqdır. Ağzınızı olduqca yandırsa da, yaranın tez qurumasına kömək edər. 1 çay stəkanı suya 1 çay qaşığı duz əlavə edin. Duzun suda əriməsi üçün qarışdırın və tez-tez ağzınızı bununla yaxalayın.

Davamı →

Ağız yaralarının müalicəsi

Narahatedici və ağrılı olan ağız yaralarının bir çox yaranma səbəbləri ola bilər. Ağız yaralarının sağalma müddəti bəzən çox qısa bir müddətdə, bəzən isə uzun müddət davam edə bilər. Bu ağız yaraları toxuma pozğunluqlarından qaynaqlanır.

Ağız təmizliyinə kifayət qədər əhəmiyyət verməmək, həddindən artıq isti və ya soyuq yemək və içkilərin istehlak edilməsi kimi daha bir çox səbəb ağız yaralarına səbəb ola bilər. Yanağınızı bilmədən ani olaraq dişlədiyinizdə də ağız yaraları əmələ gələ bilər. Ancaq ağız yaraları uçuq ilə qarışdırılmamalıdır. Ağız yaraları ağzın içində ortası ağ ya da sarı rəngdə olur. Qeyd edək ki, kişilərdə ağız yaralarının meydana gəlmə riski, qadınlara nisbətən daha yüksəkdir.

Davamı →

Həzm orqanları

Həzm sisteminin vəzifəsi qəbul olunmuş qidanı müəyyən mexaniki və kimyəvi dəyişikliklərə uğradaraq həzm etmək, həzm olunmuş qidanı sormaq və qalıq hissəni bədəndən xaric etməkdir.
Həzm sisteminə həzm kanalı və həzm sistemi vəziləri aiddir. İnsanda həzm kanalı 8-10 m uzunluğunda olub, aşağıdakı şöbələrə bölünür: ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik və yoğun bağırsaqlar. Həzm sisteminin böyük vəzilərinə qaraciyər, mədəaltı vəzi böyük ağız suyu vəziləri aiddir.
Ağız boşluğuna düşmüş qida müəyyən mexaniki və kimyəvi dəyişikliyə uğradıqdan sonra əsnək vasitəsilə udlağa, oradan qida borusuna, mədəyə keçir. Mədədə həzm olunmuş qida nazik bağırsağa, sonra yoğun bağırsağa daxil olur və nəhayət, qalıq hissə xaric olur. Qida həzm olduqdan sonra lazımi maddələr qana sorulur.


Ardı →