Ağciyər xərçəngi

Ağciyər xərçəngi 40 yaşdan sonra kişi və qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Xərçəngi yaradan səbəblərdən ilk olaraq siqaret, radiasiya, zərərli peşələri (nikel, asbest və arsen preparatları ilə əlaqədə olan) göstərmək olar. İlk əlamətlərindən biri öskürək olub, bəzən qanla birgə aşkarlanır. Döş qəfəsində ağrılar və tez-tez baş verən soyuqlama halları xərçəngin ilk əlamətləri ola bilər.


Diaqnostikada əsas üsullardan biri bəlğəmin sitoloji müayinəsi, bronxoskopiya vasitəsilə şişdən biopsiyanın götürülməsi, ağciyərlərin rentgeni və KT-dir. Metastazlar adətən, yaxın yerləşən limfa düyünlərinə olur. Gecikmiş mərhələlərdə isə metastaz daha uzaqda yerləşən orqan və toxumalara, körpücükaltı limfa düyünlərinə, sümük, qaraciyər, baş beynə yayılmış olur. Müalicə isə mərhələdən və xərçəngin növündən asılıdır. Erkən mərhələlərdə cərrahi əməliyyat göstərişdir. Əgər prosesin yayılması nəticəsində cərrahi əməliyyat aparıla bilmirsə o zaman radioterapiya və ya kimya terapiyası aparılır.


Ardı →

Pnevmoskleroz

Pnevmoskleroz — sərt birləşdirici toxumanın ağ ciyər bronxlarında, damarlarda və ağ ciyər alveollarını əhatə edən toxumalarda — alveollarda şaxələnməsidir.
Pnevmoskleroz müxtəlif ağ ciyər xəstəliklərinin son mərhələsi kimi təzahür edir (xroniki bronxit, ağ ciyər vərəmi və s.). Pnevmosklerozun bəzi formaları uzun müddət ağ ciyərə kömür, silisium, filiz, asbest və digər toz növlərinin düşməsi nəticəsində inkişaf edirlər.
Pnevmosklerozun səbəbi toksik maddələr, məsələn, azot oksidi, xlor, kükürd anhidriti olan atmosferdə təkrar və ya birdəfəlik uzunmüddətli olmaq, həmçinin, boğucu qazlarla zəhərlənmə (fosgen, difosgen, xlorpikrin və s.) ola bilər. Uzunmüddət siqaret çəkmək qanunauyğun olaraq xroniki bronxitin və pnevmosklerozun inkişafına gətirir. Çox vaxt pnevmoskleroz alkoqola həddən artıq alüdə olanlarda inkişaf edir. Bu onunla izah olunur ki, spirt buxarı bronx və alveol divarlarına qıcıqlandırıcı təsir göstərir.
Ardı →