Kürək ağrısına səbəb olan vərdişlər

Düzgün olmayan duruş
Yürüyüş, ən sağlam vərdişlərdən biridir. Yeriyərkən başınızı aşağı əyib, çiyinlərinizi endirirsiniz? Duruş düzgün və təbii olmalıdır. Başınız, boynunuz, kürəyiniz və ayaqlarınız tarazlıq yaratmalıdır. Düzgün dayanmağa çalışmaq başda ağrılı ola bilər. Bir neçə həftə ərzində düzgün dayanmağa çalışmaq vərdişə çevriləcək.

Davamı →

Limfa düyünləri niyə böyüyür?

Bel yırtığının qarşısını almaq üçün hərəkətsiz qalmayın
Bel yırtığı halları hərəkətsizliyin əsas nəticəsidir. Stolüstü işdə uzun müddət çox çalışmaq əzələ yorğunluğuna səbəb olur. Bunun qarşısını almaq üçün masada işləyənlərin bir saat oturduqdan sonra 10 dəqiqə qalxıb yerimələri və əzələlərini məşqlərlə işlətmələri çox faydalıdır. Uzun müddət maşın sürənlərdən birisinizsə, eyni şəkildə fasilələr vermək faydalıdır.


Dik oturun və belinizi dəstəkləyin
Oturma tələb edən ofis işlərində işləyirsinizsə və kreslonuz belinizi yetərincə dəstəkləmirsə, bel yastığı ala bilərsiniz. Mümkün qədər dik oturmağa çalışmalısınız. Yanlış oturuş vəziyyəti bel ağrısının əsas səbəblərindən biridir.
İdman
İdman bir çox sağlamlıq problemi üçün faydalıdır. Ancaq seçdiyiniz idman növünün belinizi gərginləşdirməməsi vacibdir. Bel yırtığının qarşısını almaq üçün əvvəlcə onurğanı qoruyan idman növləri ilə məşğul olmağınız məsləhətdir. Ağırlıq və ya aktiv bədən hərəkətləri tələb edən idman növləri riskə səbəb ola bilər. Yırtığı olan və ya bunun riski olan birisi üçün ən zərərsiz idman üzgüçülükdür. Xüsusilə sərbəst və arxa üzgüçülük üstünlük verilə bilər, çünki əzələləri gərginləşdirməsə də, intensiv işləyir. Üzgüçülüklə yanaşı, gəzinti və velosiped sürmə kimi yüngül idman növləri də bel əzələlərini gücləndirir və fəqərələr arasındakı disk deformasiyalarının qarşısını alır.

Davamı →

Qolunuz dayanmadan ağrıyır?

Yuxarı ətrafda gedən müxtəlif patoloji proseslər ağrı ilə müşayiət olunur.
Qol ağrısı sızıltılı, deşici və yaxud yandırıcı xarakter daşıyır. Bəzi insanlarda ağrı yüngül, digərlərində isə dözülməz və üzücü formada olur. Ağrının xarakteri kimi yaranma səbəbi də müxtəlifdir. Qol ağrısı travmatik, nevrogen, degenerativ-distrofik, iltihab mənşəli ola bilər.
Ağrı ilə yanaşı adətən aktiv hərəkətlərin məhdudlaşması, ətrafın şişkinliyi, yerli iltihab əlamətləri müşahidə edilir. Stenokardiya, infarkt, mədə xorası və öd daşı xəstəliyində qol ağrısı ikincili formada olur. Yəni sinə və mədə nahiyəsində yaranan əsas ağrı qola yayılır.



Etiologiya və xarakterdən savayı qol ağrısı lokalizasiyasına görə də ayırd edilir. Bu əlamət, fiziki müayinədən sonra ilkin diaqnozun qoyulmasına xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əl barmaqlarının kiçik oynaqları əsasən revmatoid artrit zamanı zədələnir. İri oynaqların (bazu, dirsək) ağrısı əksərən artrit, osteoartroz və ya oynaqətrafı yumşaq toxumaların xəstəliklərinə işarə edir. Çiyin və körpücük sümükləri isə sınmağa meylli olur. Ağrı ilə qarşılaşdıqda ona laqeyd yanaşıb, öz-özünə keçəcəyini düşünməyin. Həmçinin xalq təbabəti vasitələri, kompress və ağrıkəsici preparatlarla özbaşına bu narahatlığı aradan qaldırmağa çalışmayın. Unutmayın, yalnız təcrübəli mütəxəssis (travmatoloq, revmatoloq, nevroloq) qolda əmələ gələn ağrının səbəbini aşkar edib, düzgün müalicə aparır.


Davamı →

Morfin artıq narkotik hesab olunmayacaq

Avstraliyadan olan tədqiqatçı-həkimlər insan orqanizminin immun sistemində morfin də daxil olmaqla eyni qrupdan olan dərman preparatalarına qarşı asılılıq yaradan TLR-4 reseptorunu aşkarlamışlar.Bu kəşfə əsaslanaraq mütəxəssislər asılılıq yaratmayan dərman preparatları yaratmaq iddiasını sadəcə söz deyil,yaxın gələcəyin innovasiyalarından biri olacağını bildirmişlər.


Ardı →

Adət ağrısı

Adət ağrıları psixoloji bir haldırmı?

Xeyr,bu sırf fizioloji bir haldır.Uşaqlıq əzələlərinin hərəkətliliyi səbəbindən yaranan ağrılara qadınlar individual olaraq reaksiya edirlər.Bu ağrıların qarşısı adi ağrıkəsici preparatların köməkliyi ilə alına bilər.Əgər ağrılar daimi,intensiv və şiddətli xarakter daşıyırsa həkimə müraciət etməyiniz məsləhətdir.Çünki,bu endometriozun xəbərdarı ola bilər.


Ardı →

Ağrı

Ağrı — toxumalarda üzvi və ya funksional dəyişikliklərə səbəb olan zədələyici amillərin törətdiyi mürəkkəb psixofizioloji vəziyyətdir.
Digər hissiyyatlardan fərqli olaraq, nə ağrını törədən spesifik qıcıq, nə də qəbul edən xüsusi reseptor yoxdur. Hər hansı qüvvəli qıcıq ağrı törədir və bütün yalın sinir ucları bu qıcığı qəbul edir.
Ağrı nə qədər əzabverici olub, insan ondan can qurtarmağa çalışsa da, onun böyük bioloji əhəmiyyəti vardır.


Ardı →

Ağrı

Elə insan tapılmaz ki, nə vaxtsa bədəninin hər hansı bir hissəsində baş qaldıran ağrıdan əziyyət çəkməmiş olsun. Alimlər sübut etmişlər ki, ağrı çəkmək nəinki insanın həyatını dözülməz edir, hətta cavanlığını əlindən alır. Çox zaman insanlar həkimə belə müraciət edirlər: «ağrıdan ölürəm, daha qüvvəm qalmayıb». Ağrıların insanın ömrünə nə dərəcədə təsir etdiyini öyrənməyə çalışan Kaliforniya Universitetinin əməkdaşları 50 yaş və ondan yuxarı 18 541 insanı müayinə etmişlər. Onları maraqlandıran əsas məsələ xroniki ağrıların insanın vəziyyətinə və sağlamlığına necə təsir etdiyini öyrənmək idi. Aparılan müayinələrdən aydın olmuşdur ki, iştirakçılardan 50-59 yaşlarında olan və heç bir xroniki xəstəlikdən əziyyət çəkməyənlərin hər üçündən biri problemsiz olaraq 1,5 kilometr qaça bilmiş, hər biri  bir neçə kvartal piyada getməyin öhdəsindən gəlmişdir. Lakin xroniki xəstəliklərdən əziyyət çəkənlərdə bu göstəricilər çox aşağı səviyyədə olmuşdur. Bu nəticələr alimlərə deməyə əsas verir ki, xroniki ağrılar fiziki olaraq insanı 20-30 il qocaldır.
Davamı →