Aşıq Ədalət haqqında

1. Bir dəfə ona verilişlərin birində belə bir sual verirlər:
“Ədalət əmi, səni uşaqlığına qaytarsalar, gedərsən?
O, deyir:
“Yox. Ona görə ki, indi doyunca çörək yeyə bilirəm, uşaqlıqda çox aclıq çəkmişik.
2. Uşaq olanda müharibənin ən pis və aclıq vaxtlarında qonşunun bağına şəftəli oğurluğuna gedirlər. Ev yiyəsi gələndə hamı qaçır, Ədalət qalır. Adamlar onu döyməsin deyə yerə yıxılıb özünü ölülüyə vurur.

Davamı →

Xançoban kimdir?

Bu mahnı da nakam sevginin taleyinə bir ağıdır. Ən qədim xalq mahnılarımızdandır və hamının əzbərə bildiyi mahnıdır.
Əfsanələrin birində deyilir ki, Sara adlı qız öz adaxlısı, indiki dillə desək, sevgilisi Xançobanı Arpa çayı kənarında gözləyərkən faciə baş verir: onu sel aparır. Xatırladaq ki, Arpa çayı Naxçıvanın Şərur bölgəsindən axıb keçir. Bu çay boyunca Muğanlı kəndi yerləşir. Kəndin qocalarının dediyinə görə, Arpaçayı hərdən-hərdən elə daşarmış ki, heç kimin gözünün yaşına baxmaz, neçə-neçə adamı qabağına qatıb ilim-ilim itirərmiş. Bu daşqınlar çoxlu insan tələfatına səbəb olubmuş. Bəzi tədqiqatçılar mahnıda adı keçən “Gedin deyin Xançobana, bu il gəlməsin Muğana” fikrini əsas tutaraq mahnının məhz Muğan düzündən yarandığını söyləsələr də, bu fikirlər həqiqətə söykənmir.

Davamı →

Borçalı aşıq mühitinin ustadı

Borçalı saz-söz mühitinin yetirmələri arasında şaqraq səsi, fərdi ifaçılıq tərzi ilə tanınan və sevilən sənətkarlardan biri də Aşıq Sadıq olub.
Sadıq Həsən oğlu Sultanov 1893-cü ildə İrəvan quberniyasının Qaraqala (Qaraçala) kəndində dünyaya göz açır. Həsən kasıb olsa da, açıq fikirli, geniş dünya görüşlü bir kişi olur. Oğlunun istedadlı olduğunu hiss edir və ona təhsil vermək istəyir. Sadıq 9 yaşına çatanda onu İrəvan şəhərinə apararaq Göy məsciddə molla məktəbinə qoyur. O, burada iki il oxuyur. Qəflətən Həsən kişi vəfat edir.

Davamı →

Aşıq və saz

Azərbaycan folklorunun ən böyük qollarından biri aşıq şeirləri və dastanlarıdır. Aşıqlar sazın müşayiəti ilə məclis aparır, oxuyur və dastan danışırlar. Saz qədim musiqi alətidir. Bu alət əsasən üç hissədən ibarətdir: çanaq, qol, kəllə. Sazın çanağı tut ağacından, qolu isə qoz ağacından hazırlanır.

Saz, gilas ya gilənar ağacının qabığından hazırlanmış təzənə (mizrab) ilə səsləndirilir. Bir çox hallarda sazın qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir. 
Davamı →

Tikmədaşlı Xəstə Qasım

Tikmədaşlı Xəstə Qasım o xoşbəxt sənətkarlardandır ki, mənəvi dünyasında tükənməz işıq və ilahi eşq fəlsəfəsi daşıyır.

Odur ki, sirlərlə, müəmmalarla dolu Xəstə Qasım bu gün də möcüzə olaraq qalmaqdadır. Tanıdığımız, əslində tanımaq üçün 40 hikmət qapısının 39-nu açsaq belə 40-cı qapının o üzündəki Xəstə Qasım dünyasını dərk etmək qüdrətində deyilik. Sadəcə zaman-zaman Xəstə Qasımın söz aləminə, hikmət qapısına boylanırıq.


Ardı →