Məhərrəm ayı

Məhərrəm ayının ilk 10 gün və gecələri mübarək gün və gecələrdir. Məhərrəm ayı İslam qəməri ilinin birinci ayı və  Qurani-Kərimdə qiymət verilən 4 aydan biridir. Məhərrəm ayının birinci gecəsi müsəlmanların qəməri yeni il gecəsidir. Birinci günü də Müsəlmanların qəməri ilinin ilk günüdür. Hicri qəməri təqvimində Peyğəmbərimizin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) Məkkədən Mədinəyə hicrət etdiyi il – başlanğıc ili qəbul edilir. Məhərrəm ayının biri olan ilk qəməri yeni ili miladi 622-ci ilin iyul ayının 16-na təsadüf edən cümə günü idi. Qəməri təqvimində 1 il 354-355 gündür. Bu müddət ayın dünya ətrafında 12 dəfə fırlandığı zamandır.


Ardı →