İmtahan həyəcanı və İmtahana hazırlıq
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
“Geriyə boylananda” adlı bir yazı yerləşdirmişdim. Əslində ordakı məğzdən yola çıxaraq çox misallar çəkmək olardı və bu gün burda yazacağım yazını da qısaca olaraq orda qeyd etmək olardı, amma istədim ki bunun barəsində ayrıca mövzu olsun. Belə ki, biz məktəb bitirərkən düşünürük ki, ali təhsil ocağına sənəd verək, imtahanlardan uğurlu nəticələr əldə edək və qəbul olaq. Çoxları artıq nəyi istədiklərini çox yaxşı bilirlər, çoxları isə yox. İkinci halda olanlar üçün əsas olan universitetə qəbul olmaqdır. Hansı qrupun, hansı sənətin olması önəmli deyil. Əsas odur ki, qəbul olsunlar. Özü də ən maraqlısı da budur ki, oxumayanlar bir yana, oxuyan uşaqlar içində də belə hallara çox rast gəlinir.
Qəbul olmama qorxusu, keçid balının çoxluğu, valideynin təkidi və ya indi hansı sahədə yaxşı pul var və s. səbəblərdən dolayı hara gəldi qəbul olmaq istəyirlər.
Ali və orta ixtisas təhsil ocaqlarına sənədlər verilib və imtahanlar da yaxınlaşmaqdadır. Sənəd verənlərimiz də çoxdur. Təsəvvür edirəm ki, indi uşaqlar necə hazırlaşırlar. Yəqin ki, çində hazırlaşmayanlar da var. Amma söhbət bunda deyil. Mənim yazımda söhbət hərlənib, fırlnıb valideyn övlad məsələsinə gəlib çıxır. Bu yerdə isə məsələ lap da dərindir. Belə ki, insan psixologiyası pozularsa insan heç bir yerdə uğur qazana bilmir.
Valideyn övladını imtahana yolayaraq deyir: “Yaxşı, get sənə uğurlar, baxaa, orda fikrivi yayındırma, cavabların hamısını düzgün yaz, mütləq qəbul olmalısan, sənə illər ərzində nə qədər pul tökmüşük, müəllimlər tutmuşuq, bu əziyyəti yerə vurma, bizi el içində rüsvay eləmə! Onun-bunun uşaqları universitetə girə, sən girməyəsən, elə şey olar? Ürəyim partlayar. Bax aaa, qəbul olmasan sənə sərf olunan pullar, əziyyətlər hamısı haram olar, sən gərək qəbul olasan… Qəbul olmasan demək ki, il boyu oxumamısan, fikrin başqa yerlərdə olub, əgər girməsən sənin canıvı alaram! Bir dənə də səhv cavab yazma haa, di get, xoş xəbərlərlə gəl!”