Abortdan sonra hamiləlik olarmı?

Abortdan sonra yaşanan hamiləlik zamanı ağırlaşmaların riski artır. Abort vaxtı uşaqlığın boyununda travmalar tez-tez olur, onun daxili qatı nazikləşir. Bu düşüyün təhlükəsinin səbəbi ola bilər. “analar.az” saytı məlumat verir ki, Doğuş zamanı isə bu uşaqlığın boyunu yırtılmalarına və doğuş bacarığına mənfi təsir edə bilər.
Abortun səbəblərindən asılı olmayaraq bədənin bərpasına vaxt tələb olunur. Həkimlər abortdan sonrakı 6 ay ərzində hamiləliyi planlaşdırmamağı məsləhət görürlər.
Davamı →

Abortlar

  • Qadın
Ana 3 günlük körpəsini Kür çayında boğdu… Masallıda boş qəbirdən yeni doğulmuş qız uşağı tapıldı… Zibildaşıyanlar Alatava zibilliyi yaxınlığında bələkdə ağlamaqdan bayılmış körpə tapdılar… On dörd günlük çağanı məscidin həyətinə atdılar...

Həmişə bu cür xəbərləri eşidəndən sonra həmin körpələrin qatillərini, günahlarını üstündə daşıyan anaları (əgər onlara ana demək mümkündürsə), sahib çıxmayan atalarını lənətləyirik. Göz yaşlarımız səssizcə içimizə axır. İnanmıram ki, evində körpəsi olan və ya nə vaxtsa olmuş insanlar bu xəbərləri sıradan bir xəbər kimi oxuyub keçsinlər. Bu tipli xəbərlər həmişə uzun müddət insanları öz təsiri altında saxlayır. Təəssüflə «niyə» sualını veririk. Ardınca da müxtəlif cavablar gəlir:
Davamı →