Abort qərarı verərkən nələri bilməliyik?

Hamiləliyin necənci həftəsinə qədər abort etmək olar?

Abortu 12 həftəyə qədər etmək olar (buna erkən abort deyilir), amma təcrübə göstərir ki, dölü uşaqlıqdan 22 həftəyə qədər uğurla xaric etmək olar və bu ən son müddətdir (belə abort gecikmiş adlanır).Erkən və gecikmiş abortların fərqi ondadır ki, qadın birinci halda bu qərarı sərbəst qəbul edə bilər və heç kəs ona mane ola bilməz, ikinci hala gəldikdə isə, bu, ağır və təhlükəli müdaxilədir. Bu zaman hamiləliyin süni pozulması üçün komissiya yaradılır. Bütün sənədlərə, analizlərə baxıb hamiləliyin pozulma səbələri ilə tanış olduqdan sonra, komissiya abort haqqında qərar verir. Bu onunla əlaqədardı ki, gecikmiş dövrdə hamiləliyin pozulması, hər şeydən əvvəl vaxtından qabaq doğuşdur, hansından sonrakı uşaq ölür. Adətən abort, döl normal inkişaf etmədikdə və ya həyat qabiliyyəti olmadıqda aparılır.Həmçinin aborta gecikmiş mərhələdə müxtəlif sosial səbəblərdən (tək ana, yaşayış yerinin olmaması, çoxuşaqlı ailə, zorlanma, işsizlik) icazə verilə bilər. Dəqiqini desək, hamiləliyi həm tibbi, həm də sosial səbəblərə görə pozmaq olar.Bəzən qadınlar xalq təbabəti üsullarından istifadə edə bilər. Lakin bu çox təhlükəli ola bilər. Beləki, xalq təbabəti vasitələrilə abort həmişə müsbət nəticə vermir və bu da təəccüblü deyil.
Məsələn,

Davamı →

Abortun müasir üsulları

Hal-hazırda abortun keçirilməsinin bir neçə üsulu mövcuddur. Hansı üsulun seçilməsi hamiləliyin müddətindən, klinikanın imkanlarından və hamilə qadının halından asılı olaraq həkim tərəfindən müəyyən edilir.

Hamiləliyin 7-ci həftəsinə qədər abort dərmanlar (aşağıda baxın, dərman, tablet vasitəsi ilə abort) və ya vakuum aspirasiyası (mini-abort) vasitəsi ilə həyata keçirilir. 9-dan 14-cü həftəyədək abort qaşıyıb təmizləmə(təmizləmə) vasitəsi ilə həyata keçirilir. 14-cü həftədən sonra abortun keçirilməsi üçün uşaqlıq boynunun genişləndirilməsi və dölün çıxarılması üzrə xüsusi prosedur tələb oluna bilər. 20-ci həftədən sonra abort süni doğuş vasitəsi ilə həyata keçirilir.
Davamı →