Toy adətlərinin tarixi

1. Ağ gəlin paltarı
1499-cu ildə Britanıyalı Anna toya ağ rəngli gəlinlik libası geyməyi dəb saldı. Ondan əvvəl bütün gəlinlər toya yalnız ən gözəl paltarlarını geyirdilər və rəngin heç bir əhəmiiyəti yox idi.

2. Üzük taxılan barmaq
Yunanıstanda nişan üzüyünün taxıldığı barmaq şəhadət barmaq idi. Hindistanda isə bu üzüyü baş barmağa taxırdılar. Bəzi Afrika ölkələrində üzüyü orta barmağa taxırdılar. Sonradan yunanların da təsiri ilə qərbdə üzüyü üçüncü barmağa taxmaq dəb halını aldı- üçüncü barmaq ürəyə daha yaxın hesab edilirmiş…

3. Brilliant nişan üzüyü
Kral Maksimilian çox sevdiyi Meriyə sevgisinin rəmzi kimi bahalı brilyant üzük bağışladıqdan sonra varlılar arasında toyda brilyant üzük vermək dəbə düşür. 15-ci əsrdə sevgililər şəhəri Venesiyada bu adət populyarlaşdı. Brilyant həm də ən möhkəm daşlardan olduğundan bu sevginin də sarsılmaz olacağına inamın işarəsidir.
Ardı →

Novruzda yumurtanın rolu

Novruz Bayramının əsas atributlarından biri də Yumurtadır. Çox qədimlərdən bir çox xalq yumurtanı həyatın, canlılığın rəmzi hesab etmişlər. İnsanların etiqadına görə, yumurtadan həm xeyir, həm də şər törəyə bilər.

İbtidai təsəvvür və etiqada əsasən, yumurta ulu tanrının bəşəriyyətə bəxş etdiyi dörd əsas maddi nemət olan hava, su, torpaq, odla mənalandırılır. Yumurtanın dairəviliyi və qabığı — torpağı, pərdəsi — havanı, ağı — suyu, sarısı — odu simvollaşdırır. Məhz bu əlamətlərinə görə, yumurtadan bir çox bayram və mərasimlərdə istifadə etmişlər.

Yumurta boyamaq çox qədim adətdir. Qədim azərbaycanlıların çərşənbələrdə və Novruz Bayramında qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir. Yumurtanın nə rəng boyanması da fəsillərdən xəbər verir. Qırmızı rəngə boyanmış yumurta — yayı, yaşıl (göy) rəng — yazı, sarı — payızı, heç rənglənməmiş yumurta isə qışı bildirir.
Ardı →

Müxtəlif ölkələrin çay adətləri

Hər ölkənin çayla bağlı müxtəlif adətləri var.

Yaponiya – Çaya şəkər və ya süd əlavə etmək kobudluq əlaməti sayılmasa da, əvvəlcə çaydan bir qurtum içib dadına baxmalısınız.

İngiltərə  —  Çayı qırışdırdıqdan sonra qaşığı nəlbəkiyə qoymaq lazımdır. Qaşığın qoyulduğu istiqamətlə fincanın qulpu eyni tərəfə baxmalıdır. (Əlbəttə ki, şahzadə ilə birlikdə çay qonaqlığında deyilsinizsə, bunlara riayət etməyə bilərsiniz)

Argentina – Çayı bombilla adı verilən otla qarışdırmayın. Üstdəki çayın yarpaqları quru qalmalıdır.

Mərakeş – Bir mağaza sahibi ilə oturub çay içirsinizsə, çaylar bitənə qədər heç bir məhsulun qiymətini soruşmayın.

Çin – İşarə və orta barmağı birləşdirib, iki dəfə masaya astaca vursanız, sizə çay servisi edən insana təşəkkür etmiş olursunuz.
Ardı →

Dünya ölkələrində maraqlı adət və ənənələr

Indoneziyanın Roti adasında yeni doğulmuş uşağa ad qoymaq mühim məsələlərdən biri hesab olunur. Belə mərasimlərdə qohumlar mütləq iştirak etməlidirlər. Ad qoyan şəxs uşağın başı üstə dayanıb onun əcdadlarını sadalamağa başlayır. Uşağın valideynləri uşağa nəzarət edir, onun hər bir hərəkətinə göz qoyurlar. əgər uşaq adlar sadalanarkən ağlayırsa, deməli çağırılan ada layiqdir. Kişi adları eşidən körğə onların heç birini «bəyənmədikdə» ad qoyan qadın, adları yenə sadalamağa başlayır. əgər bütün sadalanan adlara öz qığıltısı ilə cavab vermirsə, demək heç bir ad xoşuna gəlmir. Onda oğlanı sadəcə olaraq Toy Beun (təzə kişi), qızı isə İna Beun (təzə qadın) adlandırırlar. Roti adasında qadın adlı kişilərə, kişi adlı qadınlara rast gəlmək mümkündür.
Ardı →