Motivasiya edici və ruhlandırıcı sitatlar

Kainatda yalnız bir şey üzərində tam nəzarət etmək hüququnuz var – düşüncələriniz.
Hər hansı bir  vəziyyətdə  nə düşünəcəyinizə yalnız özünüz  qərar verə bilərsiz. Düşüncələriniz  və duyğularınız  sizin davranışlarınızı  müəyyən edir və  bu da əldə etdiyiniz nəticələrə təsir edir.   Hər şey sizin düşüncələrinizdən başlayır. Ruhlandırıcı sözlər sizin fikirlərinizin tez bir zamanda dəyişməsinə, enerjinizin qalxmasına və əhvalınızın yaxşılaşmasına səbəb ola bilər. 
Davamı →

Riyazi aforizmlər

1. Əsl riyaziyyatçı bir qədər də şair olmalıdır. (K. Veyerştras)

2. Riyaziyyatı «qonşunu seyr edir» kimi öyrənmək olmaz. (A.Huven)

3. Yer üzünün ən məsum məşğuliyyəti riyaziyyatdır. (M.K. Atatürk)

4. Riyaziyyat öz qalasının qapısını yalnız güclü və cəsarətli insanlara açır. (A.P. Konforoviç)

5. Riyaziyyat elmlərin həm şahı, həm də xidmətçisidir. (E.T. Bell)

6. Riyaziyyat- əqlin gimnastikasıdır. (A.V. Suvorov)

Davamı →

Valideyn və övlad haqqında

  • Ana, bala ucundan canını oda yaxar
  • Ana qarnında necə qalıbsan?
  • Anadan əziz yenə anadır
  • Anadan əmdiyim süd burnumdan gəldi
  • Analar bizi bu gün üçün doğub
  • Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər
  • Analı quzu, xınalı quzu
  • Anan, bacın kimdir? — Yaxın qonşum
  • Ananın səbri tükənməz olur
  • Ata-ananın canı övlada bağlı olar
  • Ataya oğul, anaya qul
  • Ata malına göz dikən ac olar
  • Atam ilə atanı deyincə, özüm ilə özünü de


Davamı →

Yəhudi ata sözləri

Adəm dünyanın birinci xoşbəxtidir, çünki qaynanası olmayıb.

Əgər problemi pulla həl eləmək olursa, demək bu problem deyil xərcdir.

Tanrı insana iki qulaq və bir ağız verib ki, insan daha çox qulaq asıb az danışsın.

Tanrı səni pis qadınlardan qorusun, yaxşılarından özün canını qurtar.
Davamı →

İnsan özünə qarşı kordur

Dışarıda buraxılmaqla içəridə qapadılmaq eyni şeydir.

Kim olduğumu bilməyin gərəkli olduğunu düşünmürəm. Həyatın və çalışmağın təməl istiqaməti, başlanğıcdakı tipimizdən fərqli başqa bir tipə çevrilməkdir.

Əvvəl-axır insan üçün yeganə gerçək vətən, insanın ayağını basa biləcəyi yeganə torpaq, başını soxa biləcəyi, sığına biləcəyi tək ev uşaqlığından etibarən öyrəndiyi doğma dilidir.

Həbsxanaların fabriklərə, məktəblərə, kazarmalara, xəstəxanalara və bütün bunların da həbsxanalara bənzəməsi təəccüblü deyilmi?

Ruh bədənin həbsxanasıdır.

Ərdəm özümüzə qarşı hiss etdiyimiz məsuliyyətlərdir, topluma deyil.
Davamı →

Yuxunun məğlub etmədiyi heç bir ağrı yoxdur

Qızıldan olan zəncirlər ən ağır zəncirlərdir.

Ayaqqabılarım olmadığına görə təəssüflənirdim. Küçədə ayaqları olmayan adam görənə qədər…

Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.

Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.

Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır.

Qadınsız ev məzar kimidir.

Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.
Davamı →

Mənə qulaq verin ki, sizə səslənə bilim

Sfinks mənimlə sadəcə bir dəfə danışdı və dedi: “Bir qum dənəsi çöldür və çöl bir qum dənəsidir və indi təkrar hamımız birdən səssizliyə qərq olaq”. Sfinksi eşitdim, amma nə demək istədiyini anlaya bilmədim.

Bir zamanlar çox sevdiyi və çox sevildiyi üçün çarmıxa çəkilmiş bir adam vardı. Bəlkə çox qəribə gələcək sizə amma dünən onu üç dəfə gördüm. Birincidə bir fahişəni həbs etməsinlər deyə polislə danışırdı, ikinci dəfə görəndə səfilin biri ilə şərab içirdi. Və üçüncüdə onu kilsədə gördüm, bir kilsə xidmətçisi ilə yumruqlaşırdı.

Sahibsinizsə ona sahib çıxmağınıza gərək yoxdur.

Ağaclar torpağın göyə yazdığı şeirlərdir. Bizlər onları baltalayıb öz boşluğumuzu qeyd etmək üçün kağıza çeviririk.

Necə də nəcib bir davranış olardı qəlbi sevinclə dolu birinin oxuduğu şərqini kədərli birinin müşayiət etməsi.
Davamı →

Fyodor Qriqoryeviç Uqlovdan 12 həyat qanunu

Vətənini sev və onu qoru. Kökü məlum olmayanlar çox yaşamır.

İşini sev. Fiziki işi də həmçinin.

Özünü idarə etməyi bacar. Heç bir halda ruhdan düşmə.

Nə spirtli içki, nə də siqaretlə zəhərlənmə, yoxsa bütün digər tövsiyələr faydasız olacaq.

Ailəni sev. Onu müdafiə etməyi bacar.

Nəyin bahasına olursa-olsun öz normal çəkini saxla. Çox yemə!

Yolda ehtiyatlı ol. Bu gün bir həyat üçün ən təhlükəli yerdir.

Həkimə vaxtında getməkdən qorxma.

Uşaqlarını sağlamlığı pozan musiqilərdən qoru.

Əmək və istirahət rejimi sizin öz bədəninizin əsas işidir. Bədəninizi sevin, ona mərhəmət göstərin.

Fərdi ölümsüzlük əlçatmazdır, lakin həyatının uzun olması sənin özündən asılıdır.

Yaxşılıq et. Pislik, təəssüf ki, öz-özünə yaranacaqdır.
Davamı →

Atalar sözləri ilə həyata baxış IV (varlı və kasıb haqda)


“Dünya kasıba zindandır, varlıya meydan”. “Pullu adamdan bəla da qorxar”.  “Pul əl çirkidir”. “Pulda vəfa olsaydı, əldən-ələ keçməzdi”.
“Kasıb pul tapdı, qoymağa yer tapmadı”.

 “Özündən dövlətli ilə ayaq çəkmə”. “Bəy ilə dalaşmaq dirəklə  güləşməyə bənzər”. “Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar”. “Davakarın şah olsa, ərizəni Allaha yaz”.

Dövlət başa bəladır”. “Dövlətin ən yaxşısı ağıldır”. “Yaxşı ad dövlətdir”. “Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır”. “Kasıblıq eyib deyil, oğurluq eyibdir”. “İşlə nökər kimi, ye ağa kimi”.

 “Sən ağa, mən ağa, inəkləri kim sağa?!”


Ardı →