Dahilərdən mənalı sözlər

Məni kənardan qınayanlara sözüm yoxdu. Onsuz kənarda qalmaqları onlara bəs edir.  –Mark Twain.

Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti artır. – İ. V. Höte

Bizim şəxsiyyətimiz  bağ, iradəmiz isə bağbandır.  –   Şekspir

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. –  Atatürk

Cəsur ol. Risk al. Heç bir şey təcrübənin yerini tuta bilməz. – Paulo Koelyo

Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir.–  Əbu Turxan

Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz. – Hüqo


Davamı →

Dostoyevskidən qeyri-adi aforizmlər

Fyodor Dostoyevskinin ən gözəl romanlarından biri hesab olunan “Karamazov qardaşları” romanından maraqlı aforizmləri təqdim edirik.
Fyodor Dostoyevski
  • Hər qadında başqasında olmayan xüsusiyyət var. Lakin, əsas olan bunu kəşf etməyin yolunu tapmaqdır.
  • Pisliyin ləzzəti bambaşqadır. Hər kəs özünü ondan uzaq tutub, lənətləyər. Amma yenə də pislik etməklə yaxa qurtara bilməz.

Davamı →

Motivasiya edici və ruhlandırıcı sitatlar

Kainatda yalnız bir şey üzərində tam nəzarət etmək hüququnuz var – düşüncələriniz.
Hər hansı bir  vəziyyətdə  nə düşünəcəyinizə yalnız özünüz  qərar verə bilərsiz. Düşüncələriniz  və duyğularınız  sizin davranışlarınızı  müəyyən edir və  bu da əldə etdiyiniz nəticələrə təsir edir.   Hər şey sizin düşüncələrinizdən başlayır. Ruhlandırıcı sözlər sizin fikirlərinizin tez bir zamanda dəyişməsinə, enerjinizin qalxmasına və əhvalınızın yaxşılaşmasına səbəb ola bilər. 
Davamı →

Riyazi aforizmlər

1. Əsl riyaziyyatçı bir qədər də şair olmalıdır. (K. Veyerştras)

2. Riyaziyyatı «qonşunu seyr edir» kimi öyrənmək olmaz. (A.Huven)

3. Yer üzünün ən məsum məşğuliyyəti riyaziyyatdır. (M.K. Atatürk)

4. Riyaziyyat öz qalasının qapısını yalnız güclü və cəsarətli insanlara açır. (A.P. Konforoviç)

5. Riyaziyyat elmlərin həm şahı, həm də xidmətçisidir. (E.T. Bell)

6. Riyaziyyat- əqlin gimnastikasıdır. (A.V. Suvorov)

Davamı →

Müdrik sözlər

  • Hər insana özün kimi hörmət etmək, özün kimi rəftar etmək – bundan yüksək heçnə yoxdur.  (Konfutsi)
  • Səni tam anlayan qadınla qarşılaşmaq çox təhlükəlidir. Bu adətən evliliklə bitir. (Oskar Uayld)
  • Bir şeyi qəbul etməliyik: ancaq anlamaq istəyənlər anlayır. (Bernar Veber)
  • Xırda nöqsanlarınıza fikir verməyin, xatırlayın ki sizdə daha böyükləri var. (Benjamin Franklin)
  • Kasıb, bədibəxt, xəstə və uğursuz – “səhər” sözünü çox istifadə edən insanlardır. (Robert Kiyosaki)

Davamı →

Nobel mükafatı laureatları

Ərəb dünyasının görkəmli siması

                               Nobel mükafatı laureatları silsiləsindən.

      Nəcib Məhfuz 20- ci əsr  ərəb ədəbiyyatının görkəmli simalarından biridir. 1988-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Bu mükafat ona “bəşəriyyətin ümumi dəyərinə çevrilmiş ərəb təhkiyə sənətini yaratmış ,gah şəffaf realistik ,gah mübhəm çoxmənalı işarələrlə dolu əsərlərinə görə “verilmişdir.Yazıçı ,publisist ,dramaturq,kinossenarist ,ictimai xadim kimi tanınan  Nəcib Məhfuz 34 roman ,350 hekayə ,15 ssenari ,5 pyes müəllifidir.Yaşadığı dövrdə heç bir ictimai-siyasi hadisə onun diqqətindən kənarda qalmamışdır.Uzun və mübarizələrlə dolu ,məhsuldar bir yaradıcılıq yolu keçən yazıçının həyatının son günlərində gəldiyi qənaət belə idi :həyatın mənası həyatın özündədir. Yazıçıya görə insanın həyatında baş verən faciələrin əsas səbəbini onun daxili aləmində ,ruhunda axtarmaq lazımdır.Nəcib Məhfuz öz əsərləri ilə insanları anlaşmaya, barışığa çağırmışdır.

      Öz ideallarından heç vaxt imtina etməyən yazıçı dünyamızın məchul tərəflərini realistcəsinə əks erdirir ,əlçatmaz və dərkedilmz həqəqətlərə orijinal münasibəti ilə yadda qalır. O,insanlarrı sevirdi ,onları olduğu kimi –səhvləri və günahları ilə birlikdə qəbul edirdi ,buna görə də yazıçının qəhrəmanları sevilir .

     Yazıçının “Fivin mübarizəsi”adlanan romanı da maraqlı əsərlərdən biri olub günümüzlə səsləşir. Tarixi mövzuda yazılmış bu roman inanıriq ki ,sizin də xoşunuza gələcəkdir.Azadlıq və müstəqillik uğrunda mübarizə aparan bir xalqın öz qəhrəman övladları sayəsində məqsədinə nail olması hər bir kəsdə haqq işin gec-tez qələbə ilə başa çatacağına inam hissi yaradır.

Romanı oxuduqdan sonra fikirlərinizi bizimlə bölüşün.

Romandan sətirlər

Kimsə bizim şərəfimizə qəsd edərsə ,geri şəkilmərik  ,sülhü də üstün tutmarıq.Ata-babalarımız bacardıqları qədər bu məmləkətin müstəqilliyini qorumuşlar...Mən Tanrı və insanların qorunmasını lazım bildiklərini verə bilmərəm.

Ağılsız qəzəbdən çəkin.

Biz qələbələrimizin bəhrəsini dada bildiyimiz kimi ,məğlubiyyətimizə də təhəmmül edə biləcək qədər güclüyük.

Otlardan daha çox günəş şüası və hava udan ,küləklərə ,tufanlara daha çox məruz qalan hündür ağaclar təki insanların ən qayğısəz yaşayanı da ,ən çox yüklənəni də hökmdarlar olurlar.

Əgər müharibənin məqsədi yoxdursa ,bu ,qırğın deməkdir.

Bütün oxları bir oxluğa qoyma .

 

 

 


Davamı →

Aforizmlər

Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz.

Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.

Olmadığın insan olaraq sevilməkdənsə olduğun insan olaraq nifrət edilmək daha yaxşıdır.

Yoldaş, insanların sənə təqdim etdikləri kimi mənimsəmə həyatı. Həyatın daha gözəl ola biləcəyinə inandır özünü.

Ardı →

Hikmətli sözlər

* Ən insani davranış bir insanın utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır.

* Böyük adamların xətaları günəş tutulmasına  bənzəyir. Onları hamı görür.

* Boş zaman yoxdur, boşa keçən zaman var.

* Keçmişimizə daş atmayaq ki, gələcəyimiz bizi topa tutmasın.

* Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.

* Dünyanı dəyişdirmək istəyirsinizsə, özünüzü dəyişdirin.

* Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən.

* Allahın gülü yaratdığına heyrət etdiyiniz yerdə, tikanlar arasında gül yaratdığına heyrətlənin.


Ardı →

Ziqmund Freydin dahiyanə fikirləri

Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır.
• Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi.
• Bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən. Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağını bilə bilməzsən.

• Bir insan bir yerə baxırsa orada maraqlandığı bir şey vardır. Bir insan bir yerə heç baxmırsa orada maraqlandığı bir şey qətiliklə vardır.
• Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.
• Bil ki, əhəmiyyətli deyil neçə dəfə məğlub olduğun… Çünki əsl əhəmiyyətli olan, məğlubiyyətdən sonra yenidən dirçəlməyindir.


Ardı →