Paxıllıq haqqında aforizmlər

Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir.   ( Onore de Balzak )
Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edər.   ( Klod Adrian Helvetsi: Fransız filosofu )
Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir.   (İohann Höte: Alman şairi )
Ardı →

Yaşamaq haqqında aforizmlər

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən — həyatın məqsədi məhz bundan ibarətdir.   ( Cəlil Məmmədquluzadə )
Yaxşı insan olmaq üçün həm yaxşı yaşamaq, həm də yaxşı yaşatmaq lazımdır.   ( Oliver Kromvel: İngilis burjua inqilabı liderlərindən biri )
Əslində, bu günlə yaşayan azdır, insanların çoxu gələcəkdə yaşamağa hazırlaşır.   ( Conatan Svift: İngilis yazıçısı )
Dəbdəbəli, parıltılı dünyada yaşamaqdansa, isti, kiçik və doğma bir aləmdə ömür sürməyi üstün tuturam.   ( Artur Şopenhauer: Alman filosofu )
Ardı →

Pislik haqqında aforizmlər

Hər kəs  ( Rəbbinin hüzuruna ) yaxşı əməllə gəlsə, ona bundan ( əməlindən ) daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, ( bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! ( Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz.   ( Qurani Kərim )
Pisliyin nə olduğunu bilməyən onun girdabına düşər.    (Hz. İsa əleyhissalam )
Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin xasiyyətin onun xasiyyətindən pis şeylər oğurlayar.   ( Platon: Qədim Yunan filosofu)
Ardı →

Yalan haqqında aforizmlər

"Üç yalanın günahı adəm oğlunun adına yazılmaz: savaş vaxtı deyilən yalan, çünki savaş məharəti hiylədən ibarətdir: zövcəsinin könlünü almaq üçün adamın dilinə gətirdiyi yalan: bir də iki küsülünün  arasını düzəltmək üçün deyilən yalan."    ( Həzrəti Muhəmməd s.ə.v. )

Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özüylə daha yüz problem gətirər.    ( Uilyam Porter: Amerika yazıçısı )

Düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir: möhkəmliyi artsa da, qiymətdən düşür.    ( Frensis Bekon: İngilis alimi )

Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır.   ( Frensis Bekon )
Ardı →

Musiqi haqqında aforizmlər

Muğam bir xəzinədir, açarıdır duyğular,
Muğamda sevinc də var, muğamda kədər də var.
Muğam mənim xalqımın misilsiz kamalıdır,
Tarixidir, eşqidir, arzusu, amalıdır.
Tar səsinə qulaq as,
Bu səs elin nəfəsi,
Bu səs gözlərdən axan yaşların damcı səsi.
Bu səs sükuta dalmış göyü də dinləndirir,
Ulduzlar da bu səsin önündə baş endirir.         ( Bəxtiyar Vahabzadə )

Ardı →

Qorxaqlıq haqqında aforizmlər

İnsanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur,

Düşünməkdən qorxur — məsuliyyət hiss etdiyi üçün,

Danışmaqdan qorxur — tənqid edilməkdən qorxduğu üçün,

Qocalmaqdan qorxur — gəncliyinin qiymətini bilmədiyi üçün,

Unudulmaqdan qorxur — dünyaya bir şey vermədiyi üçün,

Ölməkdən qorxur — yaşamağı bacarmadığı üçün.   ( Uilyam Şekspir )
Ardı →

Qalibiyyət haqqında aforizmlər

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? ( Qurani Kərim )

Başqalarına qalib gələn qüvvətlidir, özünə qalib gələn isə əzəmətlidir.  ( Lao Tszi: Çin mütəfəkkiri )

Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq isə ölümə aparır.  ( Yavuz Sultan Səlim: Osmanlı hökmdarı )

Ya qələbə çalmağı, ya da qaliblərlə dostluq etməyi bacarın.  ( Fokion: Qədim Yunan sərkərdəsi )
Ardı →

Tərif haqqında aforizmlər

Tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır.  ( Platon)
Pis əməl sahibi təriflənəndə ərş titrəyər, Allah qəzəblənər.  ( Hz.Əli ə.s. )

Qızıl və brilyantda olduğu kimi, tərifin dəyəri də az olmasındadır.  ( Samuel Conson: İngilis şairi )

Bizi nə qədər tərifləsələr də, özümüz haqqında bizə yeni bir şey öyrətmiş olmazlar.  ( Fransua de Laroşfuko: Fransız yazıçısı )


Ardı →

Səhv haqqında aforizmlər

Bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən səhv isə cinayətdir.  ( Bertold Brext: Alman yazıçısı )

Başqasının səhvinə dözsək də, öz səhvimizə qarşı amansız olmalıyıq.  ( Sabine Tastu: Fransız şairi )

Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər.  ( İohann Volfanq Höte: ( Alman şairi )

Əgər səhv etməsəydim, çox az iş görə bilərdim.  ( Qabriel Onore Marsel: Fransız filosofu )
Ardı →