Remark qadınlar haqqında

Sevgi… qadını daha itigozlu edir. — Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.

— Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar.

— Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar...

— Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər.

— Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

— Əgər qadın başqasına aiddirsə, o 5 dəfə daha artıq arzu ediləndir.

— Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir.

— Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə.

— Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır.


Ardı →

Dünyadakı hər şey ümidlə qurulub

İnsanın uğrunda ölə biləcəyi bir şeyi yoxdursa, yaşamağa haqqı da yoxdur.

Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik.

Quş kimi uçmağı, balıq kimi üzməyi öyrəndik, amma qardaşcasına yaşamağı öyrənə bilmədik.

İnsanlar ümumilikdə bir-birlərinə nifrət edirlər. Çünki bir-birlərindən qorxurlar, bir-birlərindən qorxurlar, çünki ünsiyyət qurmurlar, ünsiyyət qurmurlar, çünki təbəqələrə bölünüblər.

Faciə — pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir.


Ardı →

Məni ürəyimdən öp

Heç görüb, toxunub, öpmədiyin birinə aşiq oldunmu? Olsaydın eşqin nə olduğunu bilərdin.

Səninlə bir çaydanla qəhvədan kimiyik. Mən üst hissəsiyəm, sən isə alt hissə. Böyüksən axı, aramızdakı fərq isə budur: mən sənsiz də dəmlənə bilirəm, amma sən mənsiz ancaq su qaynada bilərsən.

Gedə bildiyin yerə qədər get. Bu limanda itirdiyim yeganə gəmi sən deyilsən. Amma bunu unutma: fırtına limanda qalanı deyil, gedəni məhv edir.

Gözümü bağlayıb itələsələr yenə sənin yanına düşərəm, yer cazibəsi deyil bu, yar cazibəsidi.

Torpaq olsam üstümdə gəzməyəcəksən, hava olsam içinə çəkməyəcəksən. Bu cür düşmənsən!

Səni yatarkən izləmək vardı indi… Qoxunda sərxoş olmaq… Səni oyandırmaq üçün can atmaq, amma qıya bilməmək. 

Sən gedəndə “boş ver, dünyanın sonu deyil ki” deyən dostlarıma mənim dünyamın səndən ibarət olduğunu necə anlada bilərdim axı.
Ardı →

Əsl xəzinə yaxşı kitabxanadır

Rus ədəbiyyatının qızıl əsri XIX əsrin əvvəllərinə təsadüf edir: Puşkin, Qoqol, Lermontov, Jukovski, Turqenev və əlbəttə ki, Belinski. Vissarion Belinski (1811-1848) cəmi bir uğursuz roman yazmışdı. Bununla belə bütün həyatını bohem çevrələrdə keçirmiş, sevilmişdi. O, icmalçı və ədəbiyyat jurnalının redaktoru idi.

Onun sərt tənqidi ilk növbədə kitablara olan hədsiz sevgisindən doğurdu. Belinski erudisiya və intellekti sayəsində tənqidçi çərçivələrindən çıxaraq özünün bir çox əsərləri ilə filosof kimi rəğbət qazanmışdı. Onun əsərləri sayəsində rus ədəbiyyatının qızıl dövrünü çox asanlıqla tədqiq etmək mümkündür.

Cəmi 37 il yaşasa da Vissarion Belinski rus ədəbiyyatına böyük bir ədəbi irs qoymuşdu.

Aforizmləri:
Fəaliyyətsizlik və tənbəllik ruh və bədənin gerçək donmasıdır.

Əsl xəzinə yaxşı kitabxanadır.

Yaşamaq-hiss etmək və düşünmək, əzab çəkmək və bundan xoşbəxt olmaqdır, hər cür başqa həyat ölümdür.
Ardı →

Dostoyevskidən ...

  • Bəzən susarsan. Yenilmiş və zəif sanarlar səni. Unutma, yalnız susan bilər ki, danışsa heç kim tab gətirə bilməz.
     
  • Başqaları üçün özünüzü unudun. O zaman sizi xatırlayacaqlar.
     
  • Sadəcə həyat verən yox, həyat verib ona layiq olan ata adını daşıyar.
     
  • İnsanoğlu çox dərin varlıqdı. Mən tanrı olsaydım bu qədər dərin yaratmazdım.
     
  • Qorxu yalan doğurar.
     
  • Bu dünyada ən çətin şey özünə sadiq qalmaqdır.
     
  • Sevgi hər zaman qarşılığını görər, kin də.
     
  • Bir insanın həyatının ikinci yarısı birinci yarısında qazandığı vərdişləri yerinə yetirməsindən ibarətdir.

Ardı →

Sözün qüdrəti

Sözün qüdrəti danılmazdır. Əsas məsələ odur ki, yerində deyilsin. 

Fərqi yoxdur, istər şirin olsun, istər kobud, yerində işlədilən sözün təsiri çağlayıb, məcrasını dağıdan sellərdən daha güclüdür. Leksik olaraq, bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə; dil və nitq mənalarına gələn sözdən keçmişdən-günümüzə istifadə edildiyi kimi, gələcəkdə də hər kəs ehtiyacı olduğu qədər istifadə edəcəkdir. Söz insanın tutan əli, görən gözüdür. Natiq və xətiblərin; şair və söz sənətkarlarının çəliyi, əsası həmişə söz olmuş, “söz”lə oturub, “söz”lə durmuşlar, nitqlərini mənalı və kəsərli sözlərlə bəzəmişlər.
Ardı →

Sevgi günahdır

Boşanma hansısa orqanın amputasiyasına bənzəyir. Yaşamağa davam etsəniz də nəsə əksik olacaq.

Sevgi günahdır, amma yoxluğu daha böyük günahdır.

İnsanlar xoşbəxt sonluqlara nəyə görə ağlayırsa, toylarda da o səbəblə ağlayırlar. Əslində bu, reallaşmayacağını bildikləri şeyə ümidsizcə inanmaq istədikləri üçündür.

Həyatımız zibillik kimidir. Ölünün arxasınca zibili yığışdırırsan və özün də öləndə nə torba doldurulacağını başa düşürsən.

Başqaları haqqında həddən çox şey bilmək insanı o insanların “hakimiyyəti” altına salır, sizin üstünüzdə haqqı olduğunu düşünürlər. Nəyi niyə etdiklərini başa düşməyə çətinlik çəkir və nəhayət, qarşılarında aciz görünürük.

Həqiqəti yazmağın yeganə yolu yazdıqlarınızın heç vaxt oxunmayacağını düşünməkdir.

Bizə elə gəlirdi ki, böyüklərdən qaçırıq, bir də gördük özümüz də böyümüşük.
Ardı →

Gülmək kişi, ağlamaq qadın işidir

İmmanuel KantƏllərini yellətmək azadlığı başqa adamın burnunun ucunda bitir.

Dünyada iki şey qəlbimi müqəddəs həyəcanla doldurur: başımın üstündəki ulduzlu səma və qəlbimdəki əxlaqi qayda.

Ədalət yox olanda insan həyatına dəyər verən başqa heç nə qalmır.

Öz ağlından istifadə etmək cəsarətinə sahib ol.

Vərdişlərimiz çoxaldıqca azadlığımız azalır.

İnsan çox nadir hallarda qaranlıqda işıq, xoşbəxtlikdə bədbəxtlik, rifah halında möhnət haqqında düşünür. Amma həmişə qaranlıqda olanda işıq, bədbəxtlikdə xoşbəxtlik, möhnətdə olanda rifah haqqında düşünür.

Biri gölməçəyə baxanda orda palçıq görər, başqası isə ulduzlu səmanı.

İnsana arzu etdiyi hər şeyi verin, o dəqiqə hiss edəcək ki, bu “hər şey” hər şey deyil.
Ardı →

İlham yalnız iş zamanı gəlir

Qabriel Qarsiya MarkesMən şlyapa qoymuram ki, kiminsə qabağında onu çıxarmalı olmayım. (“Polkovnikə məktub yoxdur”)

Hər şey canlıdır; əlbəttə, əgər onun ruhunu oyatmağı bacarsan...(“Yüz ilin tənhalığı”)

Sevən adamlar əşyaları ilə birgə ölsələr daha yaxşı olardı. (“Vəba dövründə məhəbbət”)

İnsan bir dəfəlik şeyləri çox xoşlayır, ona görə ki, özü də birdəfəlikdir.

Kim ki, çoxdan gözləyir, hələ bir az da gözləyə bilər. (“Polkovnikə məktub yoxdur”)

İnsan yalnız bir dəfə-anası onu dünyaya gətirəndə doğulmur, həyat onu dəfələrlə özünü doğmağa məcbur edir. (“Vəba dövründə məhəbbət”)

Bir şeyə qadın qarışıbsa, əminəm ki, hər şey yaxşı olacaq. Dəqiq bilirəm, dünyanı qadınlar idarə edir.
Ardı →