Gəlin və qaynana

O bu evə yeni gəlin gəlmiş, elə ilk gündən qaynanası ilə bir yerdə yaşamağa başlamışdı.Ancaq çox keçmədi ki, qaynanası ilə aralarında dava-dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi.Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına getdi və dərdini açıb danışdı.
Loğman ona bitkilərdən bir zəhər hazırladı və bunu hər gün az-az qaynanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şübhələnməsin deyə, qaynanası ilə xoş davranmağı da tapşırdı.Evə qayıdan gəlin tələsik “işə başladı”. Hər gün qaynanası üçün cürbəcür yeməklər bişirir, təbii ki, bu yeməklərə zəhər qatmağı unutmurdu. Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar etməyə başlamışdı. Artıq qaynanasının da ona münasibəti dəyişmişdi.Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi.
Bir gün yenə Loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasını ölümdən xilas etmək idi.Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
— Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər isə sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.

Davamı →

Həyat yoxsa həbs yoldaşı?

Qadınla kişi bir ruhdan yaranıb və Allah qarşısında bərabərdirlər. Ailə həyatında da bütün işlər aralarında paylanır. Əks halda,normal ailədən söhbət gedə bilməz. Tez-tez eşidirsən ki,deyirlər, ailənin xoşbəxtliyi əsasən qadınlardan asılıdır. Bu bir həqiqətdir. Həqiqətən də qadından çox şey asılıdır.


O,GÖZƏL OLMALIDIRMI?
Hər bir normal kişi özünə xoşbəxt ailə arzulayır. Təbii ki, bunu təmin edə biləcək həyat yoldaşı istəyir. Danılmaz həqiqətdir ki, əksər kişilər qadında gözəllik axtarır: ancaq qızın əxlaq, mənəviyyat və müdrikliyinə də xüsusi önəm verilməlidir. Əlbəttə, qızın xarici görünüşü də əhəmiyyətlidir. Məhəmməd Peyğəmbər (s.ə.s) kişilərə evlənməmişdən öncə qadını görməyi tövsiyyə edib. Bir nəfər Peyğəmbərə bir qıza elçi göndərdiyini bildirdikdə, Allah rəsulu ona deyir: «Sən onu görmüsən?». Kişi onu görmədiyini söyləyəndə isə Peyğəmbərimiz (s.ə.s) deyir: «Onu gör! Çünki aranızda sevgi və uyğunluq olması xeyrinizədir».


Ardı →

Uşaqlar arasında münasibət

Leyla (9 yaşında): “- Ana, Xədicənin etdiyini gördünmü? Yenə də dəftərlərimi qaralamış, qələmimi qırmış, kitablarımı cırmış. Nə istəyir məndən. Artıq yetər. Nə olar, Xədicəyə bir söz söylə!..”

Usaqlar arasinda munasibet

Xədicə (6 yaşında): “- Ana, bacım mənə heç nə vermək istəmir. Mən dəftər, kitab, qələm istəyirəm. Nə üçün hər şey ilk öncə ona alınır? O da mənim əşyalarımdan istifadə edir.”


Ardı →

Həyatın 90/100 – 10/100 sirri

Kimi yaşadığı bədbəxtliklərdən ötrü qədəri günahkar sayır, kimisi də özündən başqa hər kəsi günahkar görür. Halbuki həyatın yüzdə on qismi başımıza gələnlərdən, yüzdə doxsan qismi isə baş verənlər qarşısında göstərəcəyimiz davranışlardan ibarətdir. Bu məqamda bəlkə də təcrübələrlə sabit olan bir söz çıxır qarşımıza: “Başımıza nə gəldiyi deyil, o anda necə davrandığımız önəmlidir.” Bu sözü dəstəkləyən məşhur bir hekayə var. Burada sizinlə onu paylaşmaq istədik.

Bir səhər ailənizlə süfrə arxasında oturmusunuz. Qızınızın təsadüfən stəkana toxunması nəticəsində üstünüzə çay dağılır, köynəyiniz islanır. Əslində bu hadisənin sizin iradənizlə heç bir əlaqəsi yoxdur. Lakin sonra olacaqlar tamamən sizin hadisəyə necə reaksiya verməyinizdən asılıdır.
Davamı →

Sevgi, qadın, kişi...

  • Sevgi

Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var. Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.
Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa – başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən. Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!


Ardı →

U.Livinqston Larden: Atanın peşmançılığı.

“Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın saçların isə tərləmiş alnına tökülmışdür. Otağına gizli yolla təkcə gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk edərək gəlmişəm.
Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşılaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayırdım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırırdım.
Ardı →

Ölüm ayağında Linkolnun son istəyi

İstifadəçi Cavidin albomundakı bu şəkli gördükdən sonra bu hadisə ilə bağlı bildiyim kiçik bir məlumatı sizinlə bölüşmək qərarına gəldim.


Abraham Linkoln ölüm ayağında


Deyl Karnegi yazırdı: “Mən 10 il Avraam Linkolnun həyatını öyrənmiş və “Naməlum Linkoln” adlı kitabını yazmışam və üzünün köçürülməsinə 3 il vaxt sərf etmişəm. Hesab edirəm ki, Linkolnun şəxsiyyətini və ailə həyatını mümkün qədər dəqiq və ətraflı öyrəndim”.


Avraam Linkoln 1865-ci il aprelin 15-də səhər Butun ona atdığı güllə ilə ağır yaralandı. Linkoln Ford teatrı ilə üzbəüz yerləşmiş otaqlardan birində ölüm ayağında yatırdı. Çarpayı üzərində Roza Bonyorun məşhur “At yarmarkası” rəsminin ucuz reproduksiyası asılmışdır. Hərbi nazir Stenton can verən Linkolnun çarpayısı önündə dedi: “Burada dünyanın nə vaxtısa gördüyü ən qüsursuz rəhbəri yatır”.


“Arvadımı yanıma buraxmayın”. Linkolnun bu xahişinə səbəb nə idi?


Ardı →

Kişini qadına bağlamağın yolları

  • Qadın
1. Qadının kişiyə qarşı ən təsirli effekti şirin dili, gülər üzü,təbəssümü, könül alması və sıxıntılarını paylaşmasıdır. Ən əsası əri üzünə baxdıqda könlü açılmalı və bir anda bütün yorğunluqlarını atmasıdır.

2. İmkanlarınız daxilində süfrənizi bol edin. Kişini evə bağlayan vacib səbəblərdən biri də sevdiyi yeməklərin süfrədə olmasıdır. Yeməkdən sonra çay, qəhvə və çərəzləri əksık etməyin ki, qarnı doyar-doymaz gözü ayaqqabısında qalmasın.

3. Bəzi radio və tv proqramlarının siyahısını gözdən keçirin. Seçdiyiniz proqramları birlikdə dinləməyə, izləməyə çalışın. Arada suallar soruşaraq onun bu barədə fikrini bildirməsinə şərait yaradın.
Davamı →

Xoşbəxt ailə niyə dağıldı?

Nikah günü hamı vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının qarşısında yığışmışdı. Küçədə gəlin kimi bəzənmiş neçə maşın dayanmışdı. Həmin maşınlarda oğlanla qızın adamları gəlmişdi. Hamı da gül-çiçəklə. Bu gün nikah kəsdirəcək gəncləri təbrik etmək, onlara xeyir-dua verməkdən ötrü. İki ailənin üzvləri bir-birinə qarışmışdı. Tanımaq olmurdu oğlan evinin adamları kimdir, qız evininki hansı. Deyib-gülür, zarafatlaşır, bir-biri ilə daha yaxından tanış olur, bir-birini qonaq çağırırdılar. Oğlan anası qızı əzizləyir, öpür; qız anası da öz növbəsində kürəkənini məhəbbətlə süzür, xoş dillə dindirirdi.


Ardı →

Ailənin psixoloji iqlimi

Əgər ailəni insan mənəvi və psixoloji baxımdan rahatlıq, dinclik tapdığı yer kimi qəbil etsək, o (ailə), böyük hərflə yazılmalı olan Evdir. “Ailə” və “ev” sinonim kimi insanların şüuruna həkk olunub. Biz ailə deyəndə evimizi, evimiz deyəndə ailəmizi düşünürük.
Tərkibinə, həyat tərzinə, maraqlarına və bu maraqları ödəmə imkanlarına görə bir-birindən fərqlənən ailənin çox müxtəlif tipləri vardır. Bundan başqa, ailənin hər bir üzvü öz maraq dairəsinə, adət və zövqlərə, estetik və gözəllik haqqında özəl təsəvvürlərə malikdir. Yaşla bağlı dəyişikliklər və fərqlər insanın öz evinə, mənzildə yaşama şəraitinə verdiyi tələblərdə əlavə təshihlər aparmasına səbəb olur.Evdə psixoloji iqlimin hökm sürməsi üçün ailə üzvləri arasında psixoloji uyuşma mövcud olmalıdır.
Davamı →