Ailə haqqında

— Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz,xoşbəxtliyə çatarsınız,pis arvada rast gəlsəniz filosof olarsınız (Sokrat:Qədim Yunan filosofu)
— Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir (Qurani-Kərim)
— Ailə insanlıq tarixinin ilk müəssisəsidir.Nəsillər oradan boy atır,orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır («Füyuzat» jurnalından)
— Öz subaylarınızı evləndirin.Bu əməllə Allah-təala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar  (Hz.Muhəmməd s.a.v.)
— Nikah zaman keçdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır (Emil Alen:Fransız tənqidçisi)

Ardı →

Ailə və ev

Bundan əvvəlki evlilik mövzusuna bir əlavə olaraq qeyd etmək lazımdır ki, bəzən ayrıca bir evin heç olmaması bir problemmiş kimi evlilik məsələsi təxirə salınır. Onsuz da yeni ailə qurmaq o qədər asan deyil, maddi baxımdan böyük xərclər bahasına başa gəlir. Belə ağır vəziyyətdə isə bir də yeni ev almaq, yaxud kirayədə yaşamaq əlavə bir yük olur. Halbuki təzə gəlin bəyin qarşısında heç bir şərt qoymadan bəyin valideynlərilə bir evdə bir müddət yaşaya bilər. Bilirik ki, indiki zamanda bu məsələ çox böyük problemə çevirilib. Bəzi evlərdə o qədər ailə fərdi var ki, evin kiçikliyindən yeni gəlin o evdə yaşaya bilməz, yaxud valideynlər təzə gəlini qəbul etmək istəmir, ya da bəyin maddi vəziyyəti yeni ev almağa imkan verir. Bu və ya digər hallar vardır, amma çox deyil. Baxırsan ki, illərlə sevgi məhəbbət məcarası yaşayan iki gənc, valideyn evində yaşamamaq üçün evlənmirlər.

Ardı →

Ailə və ailənin funksiyaları

Gec -tez oğlanlar evlənməli, qızlar ərə getməlidirlər. Bu çox mühüm həyati zərurətdir. Ona görədə onlar özlərini ailə həyatına hazırlamalıdırlar. Siz artıq bilirsiniz ki, nigaha daxil olmaq üçün yetkinlik yaşına çatmaq, müəyyən ümumtəhsil və peşə səviyyəsi, seçdiyiniz şəxslə özünüz arasında ər-arvadləq və ailə borcu kimi məsələlərdə yekdil fikrin mövcudluğu, etik-psixoloji mədəniyyətə yiyələnmə, evdarlıq qabliyyətinin, ailənin müstəqil maddi həyatını qurmaq üçün kifayət qədər hazırlığın olması, tərbiyə etməyi bacarmaq və s. lazımdır.
Ailə — nigah, yaxud qan qohumluğna əsaslanan kiçik qrupdur. Ailə üzvləri bir-birinə məişət birliyi, mənəvi cavabdehlik və qarşılıqlı köməklə bağlıdır.
Ailə yaxın qohumların (kişi və qadının, valideyinlərin  və uşaqların və s.) birlikdə yaşadıqlaı qrupdur. Lakin buna adi qrup kimi baxmaq doğru deyildir.O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir.
Ailənin bir sra tarixi formaları (“Punaula” ailəsi, ikili ailə və monoqam ailə) mövcud olmuşdur. Ölkəmiz, o cümlədən dünyanın əksər ölkələri üçün monoqam (təknigahlıq) ailə forması səciyyəvidir. Cəmiyyətimizdə monoqam ailə ər-arvadın qarşılıqlı məhəbbətinə, hörmətinə, səmimiyyətinə onların bir-biri, eləcədə uşaqlar qarşısında borc daşımasına əsaslanır.


Ardı →

Nahaqdan danışıb haqqı danmayaq

Hər cəmiyyətin öz qaydası, hər mədəniyyətin öz sözü! Amma, dəyişməz bir şey var ki, o da insanlıqdır. Bəzən otururam və düşünürəm. Bizi və digər xalqları tərəziyə qoyuram. Pisliklər və yaxşılıqları ölçürəm. Bundan sonra da düşünürəm ki, görəsən biz nahaq danışaraq çoxmu haqsızlıq törədirik?

Misal üçün götürək ailəni və valideyn-övlad münasibətlərini. Bəzən bu hadqa uzun-uzadı çox danışırıq və çox gileylənirik. Amma gərək yaxşını da deyək.
Azərbaycanda ailənin cəmiyyətdə rolu və yeri çox önəmlidir. Ana və ata öz övladına bioloji və psixoloji sarıdan dərin bir duyğu, dərin hisslə bağlı olurlar. Sadəcə olaraq bizdə və eləcə də bəzi türk xalqlarında ailə anlayışı, valideyn-övlad münasibəti tamam fərqldir.


Ardı →

Mənim ailəm - mənim qalam!

“İki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır” (Hegel)

Həyatımız elə qurulub ki, dünya yaranandan bəri yer üzərində hər an inkişaf gedir. Hər şey öz sürəti ilə axarına qapılaraq hansısa bir istiqamətdə axır. Sürətini artırsa da və ya bəzən büdrəsə də yenə də dayanmır, axır və dövr edir. Eləcə də bizlər.

Bir ayədə belə buyrulmuşdur: 
“Allah sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə inanırlar və Allahın nemətlərini inkar edirlərmi?” “İçrənizdəki subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin. Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir.”


Ardı →

Bu haqda düşün...

Bir gün bir nəfər həmişə olduğu kimi işdən evə gec qayıdır, yenə də yorğun… Birdən qapının qarşısında 5 yaşlı oğlunu görür.
— Ata, olar səndən bir söz soruşum?
— Əlbəttə, nəsə olub?
— Ata, sən nə qədər pul alırsan?
— Bu sənin işin deyil- ata qəzəbləndi- ümumiyyətlə niyə soruşursan?
— Heç, elə-belə bilmək istəyirəm. xahiş edirəm de, sən 1 saata nə qədər pul alırsan?
— 5 man.

Ardı →

Yeddi qız

Ananın yeddi qızı var idi. Bir dəfə ana uzaqda yaşayan oğlunun yanına getdi. Evə yalnız bir həftədən sonra qayıtdı. Ana evə girəndə qızlar bir-birinin dalınca onun üçün necə darıxdıqlarından danışdılar.


Birinci qız dedi: Mən sənin üçün günəbaxan günəş şüası üçün darıxan kimi darıxırdım.


İkinci qız dedi: Mən səni quru torpaq bir damcı su gözləyən kimi gözləyirdim.


Üçüncü qız dedi: Mən sənin üçün quş balası anası üçün ağlayan kimi ağlayırdım.


Dördüncü qız pıçıldadı: Mənə sənsiz arı çiçəksiz olan kimi çətin idi.


Beşinci qız: Sən mənim yuxuma qızıl gülün yuxusuna bir damcı şeh girən kimi girmişdin.


Altıncı qız: Mən səni albalı bağı bülbülü gözləyən kimi gözləyirdim.


Yeddinci qız isə heç nə demədi. O, ananın ayaqqabılarını çıxardı və ayaqlarını yumaq üçün tasda su gətirdi.


«Analıq gözəlliyi» müntəxəbatından


Davamı →