Mozaik

Amerikanın tanınmış Harry Winston saat brendi Avenue C Precious Marquetry və Premier Precious Marquetry 36 mm adlı iki “mozaik” modelini təqdim edib.

Hər 2 saat mozaik applikasiyalar texnikasında hazırlanıb. Onların əsas detalı perlamutr olub. Avenue C Precious Marquetry-də bu daşın şirin sulu, dən-dən, çəhrayı və ağ rənglərindən istifadə olunub. Buna görə də siferblat uzaqdan kaleydoskopu və ya abstraktsionizm ruhunda rəsmi xatırladır.

Qeyri-adi xronomter klassik təraşlı 43 brilyantla bəzədilib, korpus isə timsah dərisindən olan qara kəmərciklə əla uyğunlaşan ağ qızıldan hazırlanıb.
Premier Marquetry 36 mm modelində isə perlamutrdan tropik kəpənəyin təsviri üçün istifadə edilib. Saatın parlaqlığını isə 11 sapfir-kaboşon vurğulayır.
Ardı →

Aksessuarda yeni trend: Əl bilərzikləri

Son zamanlar məşhur qadınların əllərində gördüyümüz əl bilərzikləri çoxlarının xoşuna gəlib. Əlin üzərinə taxılan və “əlüstü bilərziyi” adı verilən bilərziklər Hollivud ulduzları başda olmaqla, dünya ulduzlarının da taxdığı bilərziklərdir. Salma Hayek, Linsday Lohan və Nicole Scherzinger bu aksessuarları sevənlər arasındadır.

Əllərin vücudun ən çox hərəkət edən üzvləri olduğunu nəzərə alsaq, bunlarla hər hərəkətdə diqqət çəkəcəksiniz. Bilərziklərin üstündə işlənən qaşlarla müxtəlif mesajlar verə bilərsiniz.  Yeni bilərzikləri mövsümün möhtəşəm dəbi də adlandırmaq olar. 

Ardı →

Müxtəlif dövrlərin dəyişməyən dəbi - Şlyapa

Baş örtüyü qadın görkəminə qəşənglik və zəriflik verir. Müxtəlif dizaynlarla tikilmiş kişi və ya qadın üçün şlyapa və şapkaları həm gündəlik, həm də xüsusi tədbirlərə geymək olur.

Baş örtüklərinin özünəməxsusluğu ondadır ki, onlar sadə saç düzümünü çox yaxşı tamamlayır. Şlyapalar — qadınlarda yuxarıdan aşağıya tökülmüş, hörülmüş, tiftik,  yığılmış saçlarla da çox ahəngdarlıq təşkil edir və qadını çox yaraşıqlı göstərir. Baş örtüklərinin kökü ibtidai icma dövrünə gedib çıxır. Həmin zamanlar insanlar küləkdən, yağışdan, günəşdən özlərini qorumaq üçün baş örtüklərindən istifadə etmişlər. Əsrlər, minilliklər ötdükcə baş örtükləri də müxtəlif formalara salınmışdır. Zaman keçdikcə baş örtükləri təkcə saçları qorumaq üçün deyil, gözəllik, yaraşıq aksessuarları kimi istifadə olunmağa başladı.


Ardı →

Aksesuar seçərkən diqqətli olun!

aksesuarlarHavaların isinməsi ilə qadınlar gözəlliyinə daha çox fikir verir. Rəngli geyimlər, baxımlı saçlar, cəlbedici baletkalar yazın sevimli geyimləridir.
Bütün bu gözəlliklərdən əlavə yazda havaların isinməsi ilə allergiya, günəş şüalarının mənfi təsiri yaranır. Buraya səhv seçilmiş aksessuarlar əlavə edildiyi zaman allergik reaksiyalar artır. Bu isə allergik dermatitə çevrilir. 

Aksessuarların tərkibində olan maddələr dəiyə təmas edərək ortaya çıxan bir xəstəlikdir. Diqqət edilmədiyi zaman həftələr, aylar illər, hətta ömür boyu davam edə bilər.

Nikkel tərkibli sırğalar, nikkelə allergiyası olan qadınların qulağında yaralar əmələ gətirir. Qulaq deşmək üçün istifadə edilən iynələr, boyunbağı və başqa aksessuarlardan keçə bilər. Bədənimizin ən həssas bölgəsi gözlərə makiyaj edilən zaman havada olan allergik təsirlər və göz kölgələri allergiyaya səbəb olur.
Geyimlərdə istifadə edilən boyalar ən çox tərləyən bölgələrdə özünü göstərir.
Ardı →

Sevimli aksesuar- Şərflər

şərflərBütün qadınların sevimli aksessuarı olan-qadınlarımızı qışın soyuğundan qoruyan, müxtəlif formalı, görünüşlü şərflər bu günümüzə XIX əsrdən gəlmişdir.
İlk olaraq artistlər və rəssamlar anladılar ki, şərflər istənilən fəsildə onların istifadə edə biləcəyi ən gözəl aksessuar ola bilər. Ümumiyyətlə şərflər nəinki qadınların,eləcədə uşaqların və hətta kişilərin də istifadə etdiyi sevimli aksessuardır.
Müxtəlif üslubda olan sadə şərf və yaxud da yaylıq sizin geyindiyiniz paltara bir başqa görünüş verə bilər. Misal üçün, sizin sadə bir paltonuz var. Bu palto ilə uyğunlaşdırdığınız hər hansı şərf sizin paltonuza bir başqa görünüş verəcəkdir. Sanki paltonun modeli dəyişiləcəkdir.
Şərflər hər kəsin zövqünə uyğun olaraq müxtəlif formalarda taxılır. Kimisi şərfi başına bağlayır. Hətta bir çox xanımlarımızı sadə yaylıq formasında olan şərfləri öz çantalarının formasını dəyişmək üçün çantaya da taxırlar.
Ardı →

Mirvari

Azərbaycanda mirvari ehtiyatı olmasa da, bu qiymətli daş-qaşa həddindən artıq isti münasibət var; hətta "Ölkəmizdə mirvarisi olmayan xanım yoxdur" desək yanılmarıq. Bəstəkarlarımız bu ada mahnı da qoşublar; məsələn: «Ay mirvari dalğalar». Qızına «Mirvari» adı verən valideynlər də az deyil. Bir sözlə, bizdə ən incə, ən qəşəng, gözəl, özəl məqamların adı mirvari ilə assosiasiya olunur. Mirvarinin Şərqdə geniş yayılmış digər bir adı isə incidir ki, bu ada qarşı da bizdə eyni həssaslıq var.


Görünür, bu həm də mirvarinin Müqəddəs Qurani-Kərimdə adının çəkilməsi, onun insanlara bəzək əşyası kimi göndərilməsinə dair məlumatın olması, cənnət bəzəyi adı verilməsi ilə bağlıdır.


Ardı →