Müdafiə reaksiyası gülüş olan aktrisa - Gülşən Qurbanova
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Əlbəttə ki, həyat kinodur, ancaq heç də hər kino həyat deyil. Fransa kinematoqrafiyasını isə bəri başdan istisnalara daxil edirik.
O, zəriflik nümunəsidir, incəsənətdir, həyatdır – heç bir pafos, heç bir şişirtmə olmayan həyat — dərimizə qədər hiss etdiyimiz həyat...
Avropa kinosunun pərəstişkarları bu aktrisanı çox gözəl tanıyır, onu sevir, onunla fəxr edir: Emmanuel Bear — Avropanın ən cəsarətli və gözəl xanımlarından biri.
“Bədən aktyorun alətidir. Lüt çəkilməyin mənəviyyata zidd olduğunu heç vaxt düşünməmişəm. Təəccüblənmək və hiddətlənmək də gərək deyil”.
Atası şansonye və şair (Qay Bear), anası model (Jenevyeva Qalea) olan aktrisanın uşaqlığı səs-küylü paytaxt həyatından kənarda keçib. Bear xatırlayır:
“Biz Yerlə birbaşa təmasda idik. Günəşi, təbiətin ritmini hiss edir, təpələrlə, ağaclarla söhbət edirdik. Mən kinonun, musiqinin və teatrın olmadığı mühitdə böyümüşəm. Bütün uşaqlığım yarıçılpaq və ayaqyalın keçib. Bu səbəbdən, kinoda çılpaq səhnələri oynayarkən zərrə qədər sıxılmamışam”.