Əhli-kef

Tariximizin, mədəniyyətimizin hər qarışında bir istedad var.
Fazil gözünü dünyaya 1931-ci ildə Bakıda açdı. İdris kişinin evində. Sentyabr ayının ilk günü idi. Dərslər yenicə başlamışdı. Fazilsə bütün bunlardan xəbərsiz-xəbərsiz qayğısız böyüyürdü. Amma yeddi yaşını, məktəbə gedəcəyi günü gözləməyə səbri çatmadı. Ağlı kəsər-kəsməz yazmağa başladı. 1935-ci ildə çəkilmiş fotoşəkli əlimə keçib. Arxasında Fazil latın qrafikasıyla öz adını, soyadını yazıb...Uşaqlığının dörd ilini müharibə ilə qoşa addımladı. Fazil rəssam olmaq qərarına gəlmişdi. Əli qələm-karandaş tutandan şəkil çəkirdi. Ona görə də orta məktəbi bitirən kimi sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə verdi. Qəbul oldu, təhsil aldı, «Azərnəşr»də tərtibatçı-rəssam kimi işlədi də. Amma özü demişkən, axıracan rəssam olmağa fürsət yoxmuş… .

Davamı →

Səhnəmizin fəxri ad almayan əhli-kef məşhuru...

Gözləri qəm dəryası olan, yaddaşımızda insanlıq nümunəsi göstərən bir obraz -  “Qırçı Məhəmməd”  kimi qalan aktyor Fazil Salayev...
Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandır. Fazil evin vur-tut bircə uşağı olub.
Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil, sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Rəsssamlıq məktəbinin sonuncu kursunda aktyorun atası İdris Salayev oğlunu həmyerlisinin qızı Fəridə xanımla nişanlayır. Nişan gününədək xanımın üzünü görməyən Fazil evlənənədək cəmi bir dəfə onunla qarşılaşır. Valideynlərinin dəvəti ilə qız tərəfi teatra gələndə Fəridəni ilk dəfə orda görən Fazil Salayev gələcək qaynatasının xasiyyəti tünd olduğundan onunla danışa bilməyib. 

Davamı →